Gündəm

Ən nazik mühafizəli smartfon təqdim olunub

2 Noyabr 2017 19:06

“E&L” şirkəti çəkisi 175 qram olmaqla korpus qalınlığı 9,5 millimetrə bərabər mühafizəli “S70” smartfon modelini təqdim edib.  

Emre ata oldu

2 Noyabr 2017 19:00

Futbolçu Emre Belözoğlu üçüncü dəfə ata olub.  "Meditol Başakşehir"in kapitanının bu dəfə də qızı dünyaya gəlib. Cütlük qızlarına Məryəm Leyla adını qoyub. 

Konserti üçün 60 minlik paltar tikdirdi

2 Noyabr 2017 18:52

Müğənni Ebru Gündeş İzmir konsertinə hazırlaşır. İfaçı konserti üçün bahalı libas tikdirib. Belə ki, Ebru səhnə üçün 60 min lirəlik (təxminən 30 min manat) paltar tikdirib. Gündeşin konserti noyabrın 11-də keçiriləcək.

Selena sevgilisini atıb, Castinlə barışdı

2 Noyabr 2017 18:48

Məşhur müğənni Selena Qomes ilə keçmiş sevgilisi Castin Biber barışıb. İkili ötən gün Los Anceles küçələrində birlikdə gəzərkən fotokameralara düşüblər. Onlar birlikdə vaxt keçirib, xeyli əyləniblər. Cütlüyün qucaqlaşaraq gəzməsi və velosiped sürməsi paparassilərin diqqətindən yayınmayıb.

Aldığı qonorarla ən çox qazanan aktyorlardan oldu

2 Noyabr 2017 18:46

“Diriliş Ertuğrul” serialının qəhrəmanı Engin Altan Düzyatanın seriyabaşı aldığı qonorarın miqdarı bəlli olub.  Məlumata görə, aktyorun hər seruayya görə 150 min lira (təxminən 75 min manat) aldığı üzə çıxıb. Bununla da Engin ən çox qazanan aktyorlar sırasına daxil olub. 

Kasıblar üçün ucuz “iPhone X” yaradıldı

2 Noyabr 2017 18:43

ABŞ-ın “Apple” şirkəti Çində ucuz “iPhone X” smartfonu tərtib edib. Məlumata görə, şirkət 1000 dollara bu cihazı almağa imkanı olmayanlar üçün “iPhone X” smartfonunun iki qənaətcil variantını yaradıb. Bu tərtibatlar xüsusi olaraq Çindən olan alıcılar üçün edilib. “Lisbon” və “Hangzhou” adlanan yeniliklərin təqdimatı yaz aylarında baş tutacaq.

"Bad Rabbit" virusuna yoluxmuş faylları necə geri qaytarmalı?

2 Noyabr 2017 18:40

"Bad Rabbit" yaradıcıları tərəfindən buraxılmış az əhəmiyyətli əməliyyat xətaları nəticəsində bəzi qurbanlar şantajçının tələb etdiyi ödənişi etmədən öz fayllarını geri qaytara bilərlər.

Robotların qəbiristanlığı yaradıldı - DÜNYADA İLK DƏFƏ

2 Noyabr 2017 18:37

Oktyabrın 31-də Moskvada ev robotlarının qəbiristanlığı açılıb. Bu barədə Moskva Texnologiya İnstitutunun mətbuat xidmətinin əməkdaşları məlumat veriblər. “Artıq Fiztexparkın rezidentləri və  qonaqları ömrünü başa vurmuş elektron ev əşyaları olan robotlarını qəbiristanlığa gətirə biləcəklər. Bura telefonlar, ev tozsoranları, elektron oyuncaqlar və digər cihazlar aid edilə bilər”, - deyə institut rəsmiləri şərh ediblər.

Dedi-qodular düz çıxdı - tanınmış cütlük boşanır

2 Noyabr 2017 18:33

Bir müddətdir haqlarında boşanacaqları ilə bağlı xəbərlər yayılan stilist Ece Sükanla dizayner əriÜmit Benan məhkəməyə müraciət ediblər. 2014-cü ildə ailə quran cütlük "yolagetməmə" şikayəti ilə ərizə yazıblar. Ortaq protokol imzalayan Ece ilə Umutun məhkəməsi növbəti günlərdə keçiriləcək.

Huseyn Cavid Sumqayıtda anildı

2 Noyabr 2017 18:31

2 Noyabr tarixində Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin Akt zalında  Azərbaycanın görkəmli dramaturqu, mütəfəkkir şairi Hüseyn Cavidin 135 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə qonaq qismində Sumqayıt Poeziya Evinin rəhbəri İbrahim İlyaslı, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov, Kollecin müəllim və tələbə heyəti istirak etmişdi.

Serdar Ortaç: "Ebru mənim kişi olduğumu görəndə çox təəccüblənmişdi"

2 Noyabr 2017 18:30

Türkiyənin məşhur müğənnisi Serdar Ortaç "Pal fm"də qonaq olub. O, aparıcının və tamaşaçıların suallarını cavablandırıb. Canlı yayım zamanı şəxsi həyatından danışan Serdar Ortaç aparıcı ilə Ebru Gündeşlə tanışlığı barədə də söhbət edib. O, açıqlamasında Ebru Gündeşin əvvəllər onu qadın zənn etdiyini söyləyib.

Lavrov ATƏT-in baş katibi ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

2 Noyabr 2017 18:28

Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 3-də ATƏT-in baş katibi Tomas Qremingerlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək. Məlumata görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

Məşhur müğənninin atası yatıb ayılmadı: dəfnində oğlunun halı pisləşdi

2 Noyabr 2017 18:20

Türkiyəli məşhur müğənni Hakan Altunun atası Hasan Altun, ötən gün səhərə yaxın İstanbuldakı evində yuxuda olarkən dünyasını dəyişib.  Cənazə namazı zamanı Hakan Altunun halı pisləşib. Altunun bir stula oturdularaq əlini-üzünü yuyublar. Daha sonra özünə gələn Altun yenidən atasının nəşinin yanına qayıdaraq namaza qatılıb. Cənazə maşına qoyularkən Hakan Altun Tuncay Şanlı və Ercan Saatçinin köməyi ilə cənazə maşınına mindirilib. 

Təyyarədə iki sərnişin cinsi əlaqədə olarkən tutuldu - VİDEO

2 Noyabr 2017 18:19

Amerikan hava yolları şirkəti "Delta Air Lines"ın Los AnCeles-Detroit səfərində tanış olan iki sərnişin uçuş zamanı cinsi əlaqədə olduqları vaxt yaxalanıb. The Washington Post qəzetində yer alan xəbərə görə, uçuş zamanı 48 yaşlı bir qadın digər 28 yaşlı bir oğlan sərnişinlə cinsi əlaqədə olub. Adları açıqlanmayan sərnişinlər təyyarə Detroitə endikdən sonra polislərə təhvil verilib. 

Putin istefaya gedən qubernatorlara mükafat verəcək

2 Noyabr 2017 18:16

Rusiya prezidenti Vladimir Putin bu ilin sentyabr-oktyabr aylarında istefaya yollanmış region rəhbərlərini dövlət mükafatları ilə təltif edəcək.