Gündəm
Azərbaycan və Polşa arasında enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu təsdiq edildi
Prezident İlham Əliyev Azərbaycan Energetika Nazirliyi ilə Polşa Energetika Nazirliyi arasında enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında fərman imzalayıb.
Azərbaycanın region ölkələri arasında əməkdaşlığa töhfəsi
Azərbaycan artıq neçə illərdir ki, regionun aparıcı ölkəsi olaraq dünya dövlətlərinin maraq dairəsinə çevrilib. Ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlər, uğurla həyata keçirilən xarici siyasət kursu dünyanın Bakıya olan diqqət və marağını daha da artırır, hər bir ölkə Azərbaycanla ikitərəfli və çoxtərəfli formatda əmıəkdaşlığa üstünlük verir. Bakı da öz növbəsində istər qonşuları, istərsə də yerləşdiyimiz coğrafiyadan kənarda yerləşən fərqli-fərqli ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi, ikitərəfli və çoxtərəfli münasibətlərin dərinləşdirilməsinə öz töhfəsini verir.
Qubada mənşəyi məlum olmayan at əti aşkar olunub
Qubada mənşəyi məlum olmayan at əti aşkar olunub. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 2-də daxil olmuş məlumat əsasında nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taborunun əməkdaşları tərəfindən Quba rayonu ərazisində Alış Rüstəmovun idarə etdiyi “Qazel” markalı avtomobilə baxış keçirilib.
Akademik Murtuza Nağıyevin 110 illik yubileyi keçiriləcək
Prezident İlham Əliyev Akademik Murtuza Nağıyevin 110 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. 2018-ci ilin may ayında Azərbaycanın görkəmli kimyaçı alimi, əməkdar elm xadimi, Sosialist Əməyi Qəhrəmanı, akademik Murtuza Fətulla oğlu Nağıyevin anadan olmasının 110 illiyi tamam olur.
AzTU tələbələri Gürcüstandan qələbə ilə qayıdıb
Dahi gürcü riyaziyyatçısı Llia Vekuanın şərəfinə “Vekua Programming CUP 2017” proqramlaşdırma olimpiadası keçirilib. “OLAYLAR” -ın xəbərinə görə, Azərbaycan Texniki Universitetini “İnformasiya texnologiyaları və proqramlaşdırma” kafedrasının baş müəllimi Vüqar Hüseynlinin rəhbərliyi ilə AzTU-1 və AzTU-2 komandaları təmsil ediblər. Komandaların üzvləri həmin yarışda ilk dəfə iştirak etməklərinə baxmayaraq qarşıya qoyulan problemlərin bir neçəsinin həllini dəqiq yerinə yetirərək sertifikat və hədiyyələr alıblar.
Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın Baş nazirini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın Baş naziri Şinzo Abeyə təbrik məktubu göndərib.
Sumqayıt Dövlət Universitetinin əməkdaşları fəxri ad və medalla təltif edilib
Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt Dövlət Universitetinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Yeni orfoqrafiya lüğətinin tərtib olunması prinsiplərini Nazirlər Kabineti təsdiqləyəcək
“Dilçilik İnstitutu bir aya yeni orfoqrafiya lüğətinin tərtib prinsiplərini hazırlayaraq Orfoqrafiya Komissiyasının müzakirəsinə təqdim etməlidir”. Bunu AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib. O bildirib ki, yeni lüğətinin tərtib prinsipləri Orfoqrafiya Komissiyasında müzakirə olunduqdan sonra təsdiqlənməsi üçün Nazirlər Kabinetinə təqdim ediləcək: “Orfoqrafiya lüğətinin tərtib prinsipləri Nazirlər Kabineti tərəfindən təsdiqləndikdən sonra orfoqrafiya lüğəti nəşr edilə bilər”. Akademik qeyd edib ki, əvvəlki ilə müqayisədə orfoqrafiya lüğətinin tərtib prinsiplərində müəyyən dəyişikliklərin edilməsi gözlənilir.
Mətbuata göstərilən dövlət qayğısı davamlı və sistemli səciyyə daşıyır
Statistik göstəricilər KİV-in kəmiyyət göstəriciləri ilə bağlı qənaətbəxş mənzərə yaradır. 2017-ci il yanvar ayında olan məlumata görə, Azərbaycanda dövlət qeydiyyatına alınan KİV sayı 5100-ü ötüb. Ölkəmizdə 40-a yaxın gündəlik, 200-dən artıq həftəlik və aylıq mətbuat orqanı, 20-dən çox informasiya agentliyi, 300-ə yaxın aktiv internet informasiya resursu, 50-dən artıq televiziya və radio kanalı, onlarla mətbuat yayımı firması fəaliyyət göstərir.
Moskva kürdləri Ankaradan müdafiə etdi: “Onlar Türkiyə vətəndaşı deyil”
Rəsmi Ankara Demokratik Birlik Partiyasının (PYD) Suriya Milli Dialoq Konqresinə qatılmasına etiraz edib. Rusiya xarici işlər nazirinin köməkçisi Mixail Boqdanov bu etiraza qarşı “onlar Suriya vətəndaşıdır, Türkiyənin deyil” ifadəsini işlədib. Boqdanov məsələ barədə jurnalistlərə açıqlama verərkən deyib: “Türk müttəfiqlərimizlə hər zaman əlaqə saxlayırıq.
Şəhid anası övladının oxuduğu universitetdə
Azərbaycan Texniki Universitetinin (AzTU) Şəhid məzunu Əliyev Elşad Hacıbaba oğlunun valideyni Flora Əliyeva oğlunu yad etmək üçün universitetə gəlib. “OLAYTLAR” -a Təhsil Ocağından bildirilib ki, Kütləvi İnformasiya Vasitələrində (KİV) AzTU-nun məzunu olmuş Milli Qəhrəmanlar və Şəhidlər Muzeyinin açılış mərasimi ilə bağlı gedən video və foto materiallarda oğlunun adını görən Flora Əliyeva əvvəlcə universitetin həyətindəki abidə kompleksi önünə gül dəstələri qoyub. Şəhid anası daha sonra muzeylə tanış olub.
Dini Komitədə müşavirə keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) müşavirə keçirilib. Müşavirədə DQİDK-nın sədr müavinləri, eləcə də Mərkəzi Aparatının və bölgə şöbələrinin müdirləri iştirak ediblər. “OLAYLAR”-ın xəbərinə görə, müşavirəni giriş sözü ilə açan Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Heydər Əliyevin uzaqgörənliklə əsasını qoyduğu və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət-din münasibətlərinin sağlam prinsiplər üzərində qurulduğunu deyib. Səyyad Salahlı gündəlikdəki məsələlər, planlaşdırılan tədbirlər və qarşıda duran vəzifələr barədə məlumat verərək qeyd edib ki, dini durumun tənzimlənməsi baxımından bu cür müşavirələr xüsusi əhəmiyyət kəsb edir.
Ermənistan dövlət sərhədində təxribat törədib
Noyabrın 2-si saat 12.30 radələrində Tovuz rayonunun Qaralar kəndi Ermənistan Respublikası silahlı qüvvələrinin Berd rayonu ərazisindəki adsız yüksəkliklərdəki mövqelərindən iriçaplı silahlardan atəşə tutulub.
Trampın ulu babası ilə bağlı TARİXÇİDƏN ŞOK İDDİA
ABŞ tarixçiləri prezident Donald Trampın mümkün əcdadlarının arasında orta əsr qatil-adamyeyənin olduğunu aşkar ediblər.
İnquşetiya Səudiyyə Ərəbistanına su tədarük edəcək
Rusiyanın İnquşetiya Respublikası və Səudiyyə Ərəbistanı arasında su tədarükü barədə danışıqlar keçirilir. Məlumata görə, bunu Rusiya-Səudiyyə Ərəbistanı ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının iclası zamanı İnquşetiya rəhbəri Yunus-Bek Yevkurov deyib.













