Gündəm

Qanunsuz ovla məşğul olan 35 nəfər saxlanılıb

2 Noyabr 2017 17:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən “Ovçuluq haqqında” və “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə əməl olunması vəziyyətinin araşdırılması, respublika ərazisində çöl quşlarının və vəhşi heyvanların qanunsuz ovlanması, saxlanması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq reydlər keçirilir.

İngilis dilində ilin ən populyar söz hansıdır?

2 Noyabr 2017 16:58

Böyük Britaniyada bir qrup linqvist 2017-ci ilin ən populyar sözünü müəyyən edib. Məlumata görə, bu “fake news” – “saxta xəbər” ifadəsi olub.

İranın XİN rəhbəri Azərbaycana səfər edəcək

2 Noyabr 2017 16:52

Dekabrın 20-də İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana rəsmi səfər edəcək. İranın XİN rəhbəri Bakıda azərbaycanlı və türkiyəli həmkarları Elmar Məmmədyarov və Mövlud Çavuşoğlu ilə üçtərəfli görüşdə iştirak etmək üçün səfərə gələcək.

Taylandda siqaret çəkmək qadağan edildi

2 Noyabr 2017 16:45

Taylandda siqaret çəkməyi qadağan edən qanun qüvvəyə minib. Qanunu pozan şəxsləri 3 ay sonra cəzalandıracaqlar. Ətraf mühitin mühafizəsi və təbii sərvətlər nazirliyindən bildiriblər ki, 1 noyabr tarixində qəbul edilən qanun 90 gün sonra krallığın 24 çimərlik və 15 əyalətində qüvvəyə minəcək. Qanuna əsasən qadağanı pozan şəxslər 100 min bat məbləğində cərimə ediləcəklər.

"Hər 3-4 ildən bir bu xəstəliyin artımı müşahidə edilir"

2 Noyabr 2017 16:39

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) ölkədə suçiçəyi xəstəliyi ilə bağlı mövcud vəziyyəti dəyərləndirib. RGEM-in direktor müavini Afaq Əliyeva deyib ki, yay aylarında bu xəstəliyə yoluxanların sayı azalmağa doğru dəyişib.

"Qanuni oğru" arvadına intim mesaj göndərən şəxsin başına oyun açdı

2 Noyabr 2017 16:33

Türkiyədə iki avtoritet qadın üstündə dalaşıb.   Türkiyədə həbsxanadan azad olan Lavasoqlu Batumskiy ləqəbli Mindiya Qoradze həmkarı Ceyran Xonskiy ilə əlbayaxa dalaşıb.  İki avtoritetin dava etməsinin səbəbi isə, qadın olub. Belə ki, Ceyran Xonskiy Batumskiyin arvadına gizlincə öz intim şəkillərini və mesajlar göndərib. 

Ermənistanda 2 meyit tapılıb

2 Noyabr 2017 16:31

Yerevan-Sevan yolunda 2 meyit tapılıb. Məlumata görə, cəsədlər sentyabrın 18-də itkin düşən 53 yaşlı Samvel Alixanyan və onun həyat yoldaşı Vardui Simonyana məxsusdur.

İlham Əliyev dünyanın ƏN NÜFUZLU müsəlmanları SİYAHISINDA

2 Noyabr 2017 16:23

Azərbaycan Prezidenti İlham Əliyev dünyanın ən nüfuzlu müsəlmanları sırasında yer alıb. Ən nüfuzlu 500 müsəlmanın adı olan növbəti siyahı ("The Muslim 500-2018") Corctaundakı müsəlman-xristian Anlaşma Mərkəzinin dəstəyi ilə Əmman şəhərindəki Kral İslam Strateji Araşdırmalar Mərkəzi tərəfindən tərtib olunub.

Barama FinTech Hackathon müsabiqəsinin 3 qalibi

2 Noyabr 2017 16:19

Azercell Telekom və PAŞA Bank-ın dəstəyi, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin və ADA Universitetinin təşkilatçılığı ilə gənc proqramçılar üçün təlim və yarış xarakterli Barama FinTech Hackathon 2017 Mobile App layihəsi böyük həyəcanla başa çatdı. Xatırladaq ki, artıq ölkəmizdə dördüncü dəfə təşkil olunan Barama FinTech Hackathon 2017Mobile App layihəsi  mobil developerlərin 36 saat ərzində yatmadan fasiləsiz yeni mobil tətbiqetmə hazırlamasını özündə ehtiva edən yarışmadır.

Rus qızlarını zorlayan Kürdəmir sakinləri həbs edildi

2 Noyabr 2017 16:17

Rusiyada yaşayan iki azərbaycanlı gəncin rus qızlarla əyləncəsi onların həbsxanaya düşməsi ilə nəticələnib. Hadisə 2009-cu il yanvarın 26-da Rusiyanın Surqut şəhərində baş verib. Kürdəmir rayon sakini, 1982-ci il təvəllüdlü Seymur Eyvazov bibisi oğlu Həsən Orucovla birgə əylənmək qərarı veriblər. Buna görə tanışları - 1993-cü il təvəllüdlü Diana və 1995-ci il təvəllüdlü Yekaterinanı da çağıraraq Profsoyuz küçəsində kirayə tutduqları evə gediblər.

Azərbaycan prezidenti İtaliya Senatının nümayəndə heyətini qəbul edib

2 Noyabr 2017 16:10

Azərbaycan prezidenti İlham Əliyev İtaliya Senatının sədr müavini xanım Linda Lanzillottanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Azərbaycanın I vitse-prezidenti Fransa parlamentinin nümayəndə heyəti ilə görüşüb

2 Noyabr 2017 16:08

Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyeva Fransa Respublikası Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb. Məlumata görə, M. Əliyeva Pyer Alen Rafanı Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Əməliyyatlar yenidən başlana bilər - Bağdaddan TƏHDİD

2 Noyabr 2017 16:01

Rəsmi Bağdad Şimali İraq Kürd Muxtariyyətinə qarşı hərbi əməliyyat keçirə bilər.  İraq hökuməti sərhəd-keçid məntəqələrinin təhvil verilməsini gecikdirən və onların birgə idarə edilməsini təklif edən Ərbili hərbi əməliyyatla təhdid edib.

Həbsxanadan qaçan 3 məhbus yaxalandı - İtaliyada

2 Noyabr 2017 16:00

İtaliyanın Siciliya adası yaxınlığındakı Favinyana adasındakı həbsxanadan qaçan 3 məhbus yaxalanıb.  Onlar sahildə qayıqlardan birini qaçırmaq istəyərkən Sahil-Mühafizə Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılanlardan biri özünü suya atıb təkrar uzaqlaşmağa cəhd göstərsə də, qısa müddət sonra yenidən saxlanılıb.

AXC-nin 100 illiyi ilə bağlı beynəlxalq konfrans keçirilib

2 Noyabr 2017 15:57

Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı sərəncamına əsasən noyabrın 2-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda “Azərbaycan tarixin yolayrıcında: təlatümlü 1917-ci il” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. AMEA-nın Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Xəlilovun verdiyi məlumata görə, beynəlxalq elmi konfransın təşkilatçıları Tarix İnstitutu, “Azərbaycan Tarix Qurumu” və “Azərbaycan Tarixçiləri” ictimai birlikləridir.