Həbsxanadan qaçan 3 məhbus yaxalandı - İtaliyada

İtaliyanın Siciliya adası yaxınlığındakı Favinyana adasındakı həbsxanadan qaçan 3 məhbus yaxalanıb.  Onlar sahildə qayıqlardan birini qaçırmaq istəyərkən Sahil-Mühafizə Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılanlardan biri özünü suya atıb təkrar uzaqlaşmağa cəhd göstərsə də, qısa müddət sonra yenidən saxlanılıb.

Qeyd edək ki, məhbuslardan biri qətldə ittiham olunaraq ömürlük həbs cəzasına məhkum edilib. Məhbuslar oktyabrın 28-də həbsxanadan qaçıblar. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31