Gündəm
İran mediası prezidentlərin üçtərəfli görüşünə geniş yer ayırıb
Azərbaycan, İran və Rusiya prezidentlərinin Tehranda keçirilən sammiti, eləcə də prezidentlər İlham Əliyev və Vladimir Putinin İranın ali lideri Ayətullah Xamenei ilə görüşləri İran mətbuatının diqqət mərkəzindədir. Bu gün paytaxt Tehranda çap olunan bütün qəzetlərin manşet xəbəri bu mövzuya həsr olunub.
Prokuror mənimsəmədə təqsirləndirilən bələdiyyə sədrinə 9 illik həbs cəzası istəyib
Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayonu, Qobu bələdiyyəsinin dələduzluqda, mənimsəmədə və saxta sənəd düzəltməkdə təqsirləndirilən keçmiş sədri Ənvər Əmiraslanovun cinayət işi məhkəmə prosesi davam etdirilib. Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. O, Ə. Əmiraslanovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalında həbs olunmasını istəyib.
Hesablama Palatası: ANAMA-da Nizamnamə pozulub, artıq pul və yanacaq silinməsinə yol verilib
Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən “Regionların 2014-2018-ci illərdə sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”nın müvafiq bəndlərində nəzərdə tutulmuş tədbirlərin həlli üçün respublikanın müharibə getmiş və işğaldan azad olunmuş ərazilərində, habelə keçmiş hərbi sursat anbarları və hərbi poliqon ərazilərində mina və partlamamış hərbi sursatların (PHS) təmizlənməsi və zərərsizləşdirilməsi əməliyyatları həyata keçirməklə, ümumilikdə 2015-ci ildə 36335,0 min m2, 2016-cı ildə isə 79101,9 min m2 ərazinin təmizlənməsi, müvafiq olaraq 24380 ədəd minanın və 38576 ədəd PHS-in aşkar edilərək zərərsizləşdirilməsi, ərazilərin təhlükəsizlik sənədləri ilə təmin olunması işləri həyata keçirilib.
Almaniyada supermarketdə atışma - Yaralanan var
Almaniyanın Bremen şəhərində supermarketdə atışma baş verib. Məlıumata görə, bu barədə şəhər Polis İdarəsi xəbər yayıb.
İspaniyadan Kataloniya prezidenti haqda sərt qərar
Belçikaya qaçan Kataloniya lideri Çarlz Puiqdemont İspaniyaya qayıdıb polisə ifadə verməsə, haqqında həbs qərarı çıxarılacaq. Bu qərar İspaniya Ali Məhkəməsi tərəfindən qəbul edilib. Üsyan, üsyana təşviq və vəzifəsindən sui-istifadə etməkdə təqsirləndirilən Kataloniya hökuməti və parlamentinin 20 üzvü haqqında araşdırma-istintaq tədbirlərinə bu gün start verilib. Məhkəmə binasına ilk olaraq Kataloniya prezidentinin köməkçisi Oriol Cunqueras gedib.
Nəsillərə örnək olan ziyalı: Nadir Balakişiyev
Son bir ayda az qala hər gün vərəqlədiyim bu kitab qayğıların başdan aşdığı, informasiyaların yaz yağışı kimi üstümüzə töküldüyü bir vaxtda elə bil ki, könlümə və ruhuma bir dinclik gətirməkdə idi. Həyatı tutumuyla ülvü hissləri yaşadan şeirlər təkcə insanlara şəfa bəxş edən bir həkimin yox, həm də kövrək qəlbli bir şairin ürəyinin sədası idi. Yeri gəlmişkən deyim ki, üzünü belə görmədiyim bu həkim xanım bəlkə də taleyini ədəbiyyatla, şeirə bağlasaydı heç şübhəsiz ki, bu sahədə tanınmışlarından biri ola bilərdi…Digər tərəfdən əyani tanımadığım bu müəllifi, həm də qiyabi olaraq tanımışdım. Təqribən 25-28 il əvvəl Nadir müəllim evin sonbeşiyi olan Nailə haqqında, ailənin həkimlik estafetinə sadiqlik edən, çığal və hazırcavab qızı haqqında söhbətləri qismən də olsa yadımda idi.
Elçin Hüseynbəyli yazır... Ədəbiyyatımızın maralları
Mən ədəbiyyatımızın marallarından yeri düşəndə yazmışam. İndiki yazını isə stolumun üstündəki bir vizit kartı ağlıma saldı. Yadınızdadırsa, ötən dəfə xarici səfərdən qayıdan bir həmkarımız barədə danışmışdım. O, xaricdən qayıtdıqdan sonra otaqları bir-bir gəzib özünü tərifləyir və təriflədiyi adamın dəstəyini qazanmaq üçün çox intimcəsinə və pıçıltıyla bunları deyirdi: “Öz aramızdır, orda (yəni xaricdə) ikicə adamı tanıyırlar: səni və məni...” Özü də bu sözləri deyəndə sinəsinə döyəcləyirdi: “Səni və məni...”
Evlərdən qızıl aparan şəxs ələ keçib
Evlərdən pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəxs tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Yasamal RPİ 28-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il iyulun 24-də və oktyabrın 31-də rayon ərazisində 2 evdən pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Neftçala rayon sakini Vurğun İbrahimov tutulub, daha 1 nəfər isə müəyyən edilib.
Avtomobil piyadanı vurub öldürdü
Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, noyabrın 1-də saat 18 radələrində Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində Bakı şəhər sakini Elşən Cəbrayılov idarə etdiyi “VAZ-2101” markalı avtomobillə yolu keçən paytaxt sakini Ceyhun Qəribovu vurub və nəticədə piyada hadisə yerində ölüb. Xəzər RPİ tərəfindən araşdırma aparılır.
Ov silahları polisə təhvil verilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şahdağ Milli Parkının Qəbələ bölməsinin əməkdaşları xeyli sayda ov silahını Qəbələ Rayon Polis Şöbəsinə təhvil veriblər. DİN-dən “Olaylar”a verilən məlumata görə, adıçəkilən Nazirliyin əməkdaşları tərəfindən qanunsuz ov hallarının qarşısının alınması məqsədilə vaxtaşırı keçirilən reydlər nəticəsində xeyli silah yığılıb. Noyabrın 1-də Şahdağ Milli Parkının Qəbələ bölməsinin əməkdaşları son üç ildə yığılmış ümumilikdə 10 ədəd, o cümlədən - 4 “İJ”, 4 “TOZ” və 2 ədəd “BUM” markalı ov silahlarını müvafiq tədbirlər görülməsi üçün Polis Şöbəsinə təhvil veriblər.
Silsilə oğurluqla məşğul olan şəxs tutulub
Oğurluqda şübhəli bilinən Abşeron rayon sakini tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin iyun ayından oktyabr ayınadək olan müddətdə rayon ərazisində 8 evdən və 1 avtomobildən pul, velosiped, inşaat materialları, təmir-tikinti aləti və akkumulyator oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini Elnur Həsənov tutulub.
Telefon oğrusu yaxaladı
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini tutulub. DİN-dən “Olaylar”a veriln məlumata görə, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 25-də Biləcəri qəsəbəsi ərazisindəki bərbərxanaların birindən mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Zakiri tutulub. Aparılan tədbirlərlə onun oktyabrın 31-də daha 1 nəfərin mobil telefonunu oğurlaması da müəyyən edilib.
Kembric Universitetində SOCAR-BP əməkdaşlığının 25 illiyi münasibətilə tədbir keçirilib
Kembric Universitetinin Kinq Kollecində SOCAR-BP əməkdaşlığının 25 illik yubileyinə həsr edilmiş böyük tədbir keçirilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, tədbirdə SOCAR-ın vitse-prezidenti Rəfiqə Hüseynzadə, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Böyük Britaniya Parlamentinin Lordlar Palatasının üzvləri, Kembric Universitetinin professorları və digər rəsmi şəxslər iştirak ediblər.
Binəqədi icra başçısı ASAN könüllülərlə görüşüb
Binəqədi Rayon İcra Hakimiyyətində 24 oktyabr tarixindən etibarən təcrübə keçən 11-ci qrup ASAN könüllüləri ilə görüş keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, görüşdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Aparatın şöbə müdiri Elman Dadaşov və 11-ci qrup ASAN könüllüləri iştirak ediblər. Görüşü açıq elan edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov gəncləri salamladı və onlara könüllük peşəsini şərəflə, əzmlə icra etmələri münasibətilə təbrik edib. Natiq qeyd edib ki, Ulu öndər Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Ulu öndər Heydər Əliyev dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında gənclərin iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi.
İrəvana QARABAĞ ZƏRBƏSİ: Sarkisyan Azərbaycana dəstək verməyə məcbur olacaq
Avropa İttifaqının noyabrın 24-də keçirilən Şərq Tərəfdaşlığı sammitində qətnamə qəbul ediləcək. Qətnamənin ikinci bəndində ərazi bütövlüyünə dəstək punktu yer alacaq. Qətnamədə Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünün dəstəkləndiyi qeyd olunacaq. Aİ-nin əsas hədəfi son dövrlər Avropada Katalaniyadan başlayan separatizmin qarşısının alınmasıdır. Lakin bu, həm də Şərq Tərəfdaşlığı ölkələrindən Azərbaycanın, Ukraynanın və Gürcüstanın da ərazi bütövlüyünün dəstəklənməsidir. “Jamanak” qəzeti yazır ki, bu, Şərq Tərəfdaşlığı sammitində Avropa İttifaqı ilə yeni saziş imzalamağa hazırlaşan Ermənistana böyük zərbədir.





.jpg)








