İspaniyadan Kataloniya prezidenti haqda sərt qərar
Belçikaya qaçan Kataloniya lideri Çarlz Puiqdemont İspaniyaya qayıdıb polisə ifadə verməsə, haqqında həbs qərarı çıxarılacaq. Bu qərar İspaniya Ali Məhkəməsi tərəfindən qəbul edilib. Üsyan, üsyana təşviq və vəzifəsindən sui-istifadə etməkdə təqsirləndirilən Kataloniya hökuməti və parlamentinin 20 üzvü haqqında araşdırma-istintaq tədbirlərinə bu gün start verilib. Məhkəmə binasına ilk olaraq Kataloniya prezidentinin köməkçisi Oriol Cunqueras gedib.
2 Noyabr 2017 15:47 DünyaBelçikaya qaçan Kataloniya lideri Çarlz Puiqdemont İspaniyaya qayıdıb polisə ifadə verməsə, haqqında həbs qərarı çıxarılacaq. Bu qərar İspaniya Ali Məhkəməsi tərəfindən qəbul edilib. Üsyan, üsyana təşviq və vəzifəsindən sui-istifadə etməkdə təqsirləndirilən Kataloniya hökuməti və parlamentinin 20 üzvü haqqında araşdırma-istintaq tədbirlərinə bu gün start verilib. Məhkəmə binasına ilk olaraq Kataloniya prezidentinin köməkçisi Oriol Cunqueras gedib.
Məhkəmənin sədri Karlos Lesmes bir hakim tərəfindən çağrılan birinin məhkəməyə gəlməyəcəyi təqdirdə haqqında İspaniyada və hər hansı bir Avropa İttifaqı ölkəsində axtarış qərarı çıxarılacağını bildirib. Publika.az