Kembric Universitetində SOCAR-BP əməkdaşlığının 25 illiyi münasibətilə tədbir keçirilib

Kembric Universitetinin Kinq Kollecində SOCAR-BP əməkdaşlığının 25 illik yubileyinə həsr edilmiş böyük tədbir keçirilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, tədbirdə SOCAR-ın vitse-prezidenti Rəfiqə Hüseynzadə, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Böyük Britaniya Parlamentinin Lordlar Palatasının üzvləri, Kembric Universitetinin professorları və digər rəsmi şəxslər iştirak ediblər.

Kembric Universitetinin Kinq Kollecində SOCAR-BP əməkdaşlığının 25 illik yubileyinə həsr edilmiş böyük tədbir keçirilib. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, tədbirdə SOCAR-ın vitse-prezidenti Rəfiqə Hüseynzadə, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Böyük Britaniya Parlamentinin Lordlar Palatasının üzvləri, Kembric Universitetinin professorları və digər rəsmi şəxslər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Lord Devid Evans bildirib ki, BP və SOCAR arasında uzun illərdən bəri davam edən uğurlu əməkdaşlıq ölkələrimiz arasında yüksək səviyyəli əlaqələrin qurulmasında mühüm rol oynayıb. Tədbirin sonunda Lord Evans və Rəfiqə Hüseynzadənin həmmüəllifləri olduğu, Böyük Britaniyada çap edilmiş "Azərbaycanı kəşf et" kitabının 2-ci nəşri qonaqlara təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31