Gündəm
Agentlər bu gözəlin izinə düşdülər - Hər yerdə axtarılır
Universitet tələbəsi olan Anok Yai adlı qızın festival zamanı çəkdirdiyi foto sözün yaxşı mənasında başına bəla olub.
Qeyri-rəsmi məşğulluqla mübarizədə Türkiyə qurumları ilə təcrübə mübadiləsi aparılıb
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli 2760 nömrəli Sərəncamı ilə yaradılan Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasına üzv qurumların nümayəndələri əmək bazarı iştirakçılarının qanuni mənafelərinin müdafiəsi və qeyri-rəsmi məşğulluqla mübarizə sahəsində Türkiyə təcrübəsinin öyrənilməsi üçün qardaş ölkənin Ankara şəhərində səfərdə olublar. Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin dəstəyi ilə baş tutan işgüzar səfərdə , 8 nəfərdən ibarət Azərbaycan nümayəndə heyətinə rəhbərliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov edib.
BTQ regiona uzunmüddətli sabitlik və təhlükəsizlik gətirir
Oktyabrın 30-da Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti istifadəyə verildi. Bu, təkcə Azərbaycan və region dövlətləri üçün deyil, həmçinin qlobal əhəmiyyətli tarixi hadisə kimi qiymətləndirilir. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri mərasimdə iştirak ediblər. Ekspertlərin qənaətinə görə, BTQ dəmir yolunun Azərbaycan üçün siyasi, iqtisadi əhəmiyyəti danılmazdır.
Azərbaycanın bölgədəki iqtisadi və siyasi çəkisi artıracaq
Azərbaycan iki gün içərisində iki önəmli layihə ilə yadda qaldı. Birinci layihə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi. ikinci layihə isə şimal-cənub nəqliyyat xəttinin tikintisiylə bağlı idi. Məlumat üçün qeyd edək ki, Bakı-Tiflis-Qars dəmiryolu 30 oktybarda təntənə ilə açıldı.
Müsəlman kişilər niyə gec evlənirlər?
Ötən yazılarımızın birində müsəlman ölkələrində nikahla bağlı bəzi məsələlrərə aydınlıq gətirməyə çalışmışdıq. Xüsusən, şəriətdə ər və arvadın hansı hüquqlara malik olmasını izah etməyə çalışmışdıq. Lakin nəzərə aımaq lazımdır ki, müsəlman ölkələrindəki toylar da bir ayrı məsələdir. Hesab edirik ki, müsəlman ölkələridə toyla bağlı bəzi adət-ənənələri diqqətə çatdırmaq maraqlı olardı.
Həbsdə olan MTN generallarının məhkəməsi davam etdirilir
Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
Rövşən Lənkəranskinin qətlində adı hallanan şəxsi öldürən iki azərbaycanlı Rusiyada tutulub
Sankt-Peterburqda iki nəfər Azərbaycan vətəndaşı saxlanılıb. Saxlanılan şəxslər əvvəllər məhbus həyatı yaşamış, 1975-ci il təvəllüdlü Hüseyn və 1979-cu il təvəllüdlü Emin adlı şəxslərdir. Həmin şəxslər qətllə bağlı cinayət işi çərçivəsində ilkin olaraq iki gün müddətinə saxlanılıb. İstintaqın versiyasına əsasən, onlar bu ilin sentyabr ayının 11-də Tbilisidə kriminal avtoritet, 1975-ci il təvəllüdlü Elçin Məmmədovu qətlə yetiriblər.
Boşanma hallarına daha çox hansı amil təsir göstərir?
Son illərdə cəmiyyətdə müşahidə edilən sosial prolemlərdən biri də boşanma hallarının artmasıdır. Bəzən elə hallara rast gəlinir ki, hətta illərlə bir yerdə yaşayan cütlük hansısa səbəblərdən boşanma qərarı verir.
Üçtərəfli sammit 3 qonşu dövlətə nə qazandıracaq?
“Azərbaycan Prezidenti cənab İlham Əliyevin qonşu, dost İrana səfəri, səfər zamanı İran Prezidenti Həsən Ruhani və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə həm təkbətək, həm birlikdə görüşməsi, yəni, 3 ölkənin dövlət rəhbərlərinin növbəti üçtərəfli sammitinin reallaşdırılması, Birgə Bəyannamənin imzalanması, verilən bəyanatlar, səsləndirilən mesajlar çox əlamətdar, çox önəmli və çox əhəmiyyətli tarixi-siyasi hadisədir.
Attetasiya məsələsində işçilər arasında niyə fərq qoyulur?
Milli Məclisin son iclasında 19 qanuna dəyişiklik edilərək "Elm haqqında" qanuna uyğunlaşdırıldı. Lakin dəyişikliklərdəki təhsil müəssisələrində çalışanların 5 ildən bir attestasiyasının keçirilməsi və təhsil müəssisələrinin özəlləşdirilməsi ilə bağlı müddəalar fikir ayrılığı yaradıb.
“Qoca”nın yeni FOTOları - FB-da profili varmış...
Dünən gecə saatlarında hüquq-mühafizə orqanlarının Qaradağ rayonunda keçirdiyi əməliyyat nəticəsində yaralanan, daha sonra ölən "Qoca" ləqəbli Etibar Məmmədovun Feysbukda profilinin olduğu məlum olub.
Azərbaycanın və regionun iqtisadiyyatı üçün önəmli hadisə
Azərbaycanın iştirakı ilə daha bir mühüm regional və beynəlxalq əhəmiyyətli layihə yekunlaşaraq istifadəyə verildi. Söhbət bu günlərdə Azərbaycan və Türkiyə prezidentləri, eləcə də Gürcüstan, Qazaxıstan və Özbəkistanın baş nazirlərinin iştirakı ilə rəsmi açılış mərasimi baş tutan Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən, üç ölkənin Azərbaycan, Türkiyə və Gürcüstanın yeni bir əməkdaşlıq formatından gedir. Artıq neçə gündür ki, bütün dünya mətbuatı məhz bu layihədən yazır desək yanılmarıq. Birmənalı olaraq ortaya qoyulan mövqe və dəyərləndirmə ondan ibarətdir ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti regional olmaqla yanaşı, həm də beynəlxalq əhəmiyyətlidir. Ən əsası sözügedən layihənin reallaşması ilə Azərbaycanın bölgədəki nüfuzu və çəkisinin nə qədər önəmli olduğu xüsusi vurğulanır.
ÜAK-ın qeydiyyatının ləğvi barədə qərardan Rusiya Ali Məhkəməsinə müraciət olunub
Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğv edilməsi ilə bağlı qərardan Rusiya Ali Məhkəməsinin Rəyasət Heyətinə müraciət olunub. Bu gün ÜAK-ın vəkili Ali Məhkəmənin Rəyasət Heyətinə birinci instansiya məhkəməsinin və Apellyasiya Kollegiyasının təşkilatın ləğvi haqqında Ədliyyə Nazirliyinin qaldırdığı iddia ilə bağlı çıxardıqları qərarlardan şikayət təqdim edib.
Fədayənin illər öncəki ETİRAFI: Tacirdən ona görə uşaq istəmədim ki...
Azərbaycan musiqi dünyasına şok yaşadan Fədayə Laçının həbsi ilə bağlı ən çox sualların ünvanlandığı şəxslərdən biri Tacir Şahmalıoğlunun olması təsadüfi deyil. Cütlük illərlə bir yerdə ifa etdikləri duetləri, ən əsas isə şəxsi münasibətləri ilə xalqın ən çox müzakirə etdiyi şəxslərdən olublar. Lakin son olaylardan sonra Tacir Şahmalıoğlunun Fədayənin həbsi xəbərinə soyuqqanlı, biganə münasibəti sosial şəbəkələrdə birmənalı qarşılanmır.
Prezident İlham Əliyev xalq artistinə "İstiqlal" ordenini təqdim etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, xalq artisti, Dövlət Mükafatı Laureatı Rauf Abdullayevə "İstiqlal" ordenini təqdim edib.














