Azərbaycanın və regionun iqtisadiyyatı üçün önəmli hadisə

Azərbaycanın iştirakı ilə daha bir mühüm regional və beynəlxalq əhəmiyyətli layihə yekunlaşaraq istifadəyə verildi. Söhbət bu günlərdə Azərbaycan və Türkiyə prezidentləri, eləcə də Gürcüstan, Qazaxıstan və Özbəkistanın baş nazirlərinin iştirakı ilə rəsmi açılış mərasimi baş tutan Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən, üç ölkənin Azərbaycan, Türkiyə və Gürcüstanın yeni bir əməkdaşlıq formatından gedir. Artıq neçə gündür ki, bütün dünya mətbuatı məhz bu layihədən yazır desək yanılmarıq. Birmənalı olaraq ortaya qoyulan mövqe və dəyərləndirmə ondan ibarətdir ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti regional olmaqla yanaşı, həm də beynəlxalq əhəmiyyətlidir. Ən əsası sözügedən layihənin reallaşması ilə Azərbaycanın bölgədəki nüfuzu və çəkisinin nə qədər önəmli olduğu xüsusi vurğulanır.

Azərbaycanın iştirakı ilə daha bir mühüm regional və beynəlxalq əhəmiyyətli layihə yekunlaşaraq istifadəyə verildi. Söhbət bu günlərdə Azərbaycan və Türkiyə prezidentləri, eləcə də Gürcüstan, Qazaxıstan və Özbəkistanın baş nazirlərinin iştirakı ilə rəsmi açılış mərasimi baş tutan Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən, üç ölkənin Azərbaycan, Türkiyə və Gürcüstanın yeni bir əməkdaşlıq formatından gedir. Artıq neçə gündür ki, bütün dünya mətbuatı məhz bu layihədən yazır desək yanılmarıq. Birmənalı olaraq ortaya qoyulan mövqe və dəyərləndirmə ondan ibarətdir ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti regional olmaqla yanaşı, həm də beynəlxalq əhəmiyyətlidir. Ən əsası sözügedən layihənin reallaşması ilə Azərbaycanın bölgədəki nüfuzu və çəkisinin nə qədər önəmli olduğu xüsusi vurğulanır. Eyni zamanda Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Azərbaycana verəcəyi faydalar da ayrıca qeyd edilir. Elə iqtisadçılar da Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin reallaşmasının ölkımiz üçün xüsusi önəm kəsb edəcəyi, eyni zamanda bununla Bakının beynəlxalq aləmdəki nüfuzunun artacağını qeyd edirlər. İqtisadçı ekspert Qubad İbadoğlu da hesab edir ki, tikintisi 10 ildən çox davam edən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin istifadəyə verilməsi Azərbaycanın və regionun iqtisadiyyatı üçün önəmli hadisədir.

O, bildirib ki, Azərbaycanın əlverişli və strateji cografi mövqeyindən, bu sahədə malik olduğu təbii üstünlüklərdən regional layihələr vasitəsilə bəhrələnmək siyasətini düzgün hesab edirəm: "Amma, mən belə layihələrin nə qlobal və nə regional əhəmiyyətini kiçiltmədən demək istərdim ki, nəqliyyat infrastrukturu xidmət sahəsi olaraq həmişə real sektorda məhsullarının istehsalından, hərəkətindən və daşınmasından asılı olaraq inkişaf edir. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin praktikliyini və səmərəliliyini artıran vacib həlqə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikilməsi və müasir infratsurkturunun yaradılmasıdır. Bakı-Tbilisi-Qars işə salınsa da, liman kompleksində 7 ildən artıqdır ki, tikinti işləri davam edir. Əslində nəqliyyat infrastrukturunun birinci həlqəsinin tikintisi hələ 5 il bundan əvvəl başa çatmalı və bu ilə qədər də xərclərinin bir hissəsini də örtməli idi. Vaxtında işlər görülsəydi və gecikdirilməsəydi bu layihə tam zamanında 2012-ci ildə işə düşəə idi, hazırda bölgə üçün daha çox əhəmiyyət kəsb edərdi. Bu layihənin uzanması həm də onun xərclərinin artırdı. Bu xərclərin bir hissəsinin mənimsənilməsi də onu smeta dəyərini daha da çoxaltdı. İstənilən halda daha bir layihə başa çatdı. Bu həm də ona görə sevindiricidir ki, həmin sahədə korrupsiya imkanları azaldı. Dövlət Neft Fondunun məlumatına görə, "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinə birbaşa olaraq 569,1 milyon manat vəsait ayrılıb ki, onun da 165 milyon 825 min manatı bu ilin büdcəsinin payına düşür. Bununla yanaşı, Bakı-Tbilisi-Qars layihəsinin Gürcüstan hissəsinin tikintisi və rekonstruksiyasının maliyyələşdirilməsinə Azərbaycan höküməti tərəfindən 775 milyon dollar, o cümlədən, illik dərəcəsi 1 faiz olmaqla 25 il müddətinə 200 milyon dollar və illik dərəcəsi 5 faiz olmaqla ikinci tranş üzrə 25 il müddətinə 575 milyon dollar həcmində kredit vəsait ayrılıb. Bütövlükdə bu layihəyə Azərbaycan tərəfi 1 milyard 344 milyon manat vəsait xərclənib. Bundan başqa Türkiyə tərəfi də bu layihəyə əlavə olaarq 500 milyon dollaradək vəsait ayırıb. Təxminən 2 milyard manatdan çox dəyəri olan bu layihənin yaxın gələcəkdə xərclərini ödəcəyi gözlənilən deyil. Bunu gecikdirən əsas səbəblərdən də biri də bölgədə sosial-iqisadi durumun və biznes şəraitinin pisləşməsidir". İqtisadçı deyib ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikilməsi və müasir infratsurkturunun yaradlmasına büdcədən ayrılan vəsait də 100 milyonlarla ölçülür: "Hesab edirəm ki, bütövlükdə nəqliyyat dəhlizinin rentabelliyini təmin etmək üçün Azərbaycan vergi və gömrük qanunvericiliyində, nəqliyyatda daşınma tariflərndə islahatlar aparılmalı, ümumilikdə isə Ələt Azad Ticarət Zonasında avtonom hüquqi rejim yaradılımalı, sərbəst valyuta və əlverişli biznes mühiti formalaşdırılmalıdır".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31