Müsəlman kişilər niyə gec evlənirlər?

Ötən yazılarımızın birində müsəlman ölkələrində nikahla bağlı bəzi məsələlrərə aydınlıq gətirməyə çalışmışdıq. Xüsusən, şəriətdə ər və arvadın hansı hüquqlara malik olmasını izah etməyə çalışmışdıq. Lakin nəzərə aımaq lazımdır ki, müsəlman ölkələrindəki toylar da bir ayrı məsələdir. Hesab edirik ki, müsəlman ölkələridə toyla bağlı bəzi adət-ənənələri diqqətə çatdırmaq maraqlı olardı.

Qadınlar arasında yaylığın altından tellərin görünməsi dəbi yayılıb
 

Ötən yazılarımızın birində müsəlman ölkələrində nikahla bağlı bəzi məsələlrərə aydınlıq gətirməyə çalışmışdıq. Xüsusən, şəriətdə ər və arvadın hansı hüquqlara malik olmasını izah etməyə çalışmışdıq. Lakin nəzərə aımaq lazımdır ki, müsəlman ölkələrindəki toylar da bir ayrı məsələdir. Hesab edirik ki, müsəlman ölkələridə toyla bağlı bəzi adət-ənənələri diqqətə çatdırmaq maraqlı olardı. Beləliklə qeyd edək ki, İran və İraqda toylara orta hesabla azı 100 nəfər qonaq dəvət olunur. Bu isə ən azı 5 min dollar xərc deməkdir. Toy gecəsi isə bəy gəlinin ata evinə "qızıl süd haqqı" verməlidir. İranda bu "haqq" adətən 50 qram, İraqda isə 100 qram qızıl olur. Bu səbəbdən də İranla bahəm, ərəb ölkələrində subaylar çoxdur. Gənclər 28-30 yaşlarına qədər çalışır, gözləyir və pul yığırlar. Doğrudur, İranda siğə, yəni müvəqqəti nikah var. Lakin belə nikaha razılıq vermiş qızı atası çox vaxt evdən qovur, qohumları və qonşuları isə "fahişə" adlandırırlar. Müsəlman ölkələrində problemin bir həlli də nişanlanmaqdır. Gənclər nişanlanır, barmaqlarına nişan üzükləri taxır, sonra isə qız nişanlı gənci pul yığana qədər gözləyir. Yəmən, İran, Səudiyyə Ərəbistanı, Küveyt, Tunis, Misir, Liviya kimi ölkələrdə ailə həyatı qurmaq istəyən gənclər yetərli məbləği toplayandan sonra da onların çətinlikləri bitmir. Üstəlik gələcək bəylə gəlin genetik uyarlılığı təsbit etmək üçün qan testi də verməlidir. Qan qrupları uyğun gəlməyən cavanların rəsmi nikahına əksər hallarda icazə verilmir.
 

Təhsilli xanımların sayı artır

Lakin bütün baş verənlərə baxmayaraq müsəlman ölkələrində təhsilli xanımların sayı sürətlə artır. Hz.Məhəmməd (s.ə.s) müsəlmanlara bilik və elmin vacib olduğunu buyurub. Ona görə də müsəlman qadının təhsil almasına dövlət nəinki qadağalar qoymur - əksinə, bunu hər vəchlə təqdir edir. Üstəlik, Qərbin İslam aləminə təsirini də danmaq mümkün deyil. Misir, Birləşmiş Ərəb Əmirlikləri, Tunis, Mərakeş, İraq və Küveyt kimi ölkələrdə gənc qızlarla xanımlar əvvəlki qərinələrlə müqayisədə daha azad, cəsarətli, özlərinə əmin, savadlıdır. Onlar işgüzar sahədə karyeralarını düşünür, idmanla məşğul olur, müasir musiqi ilə maraqlanırlar. Misirli xanımlar ölkənin ən məşhur və nüfuzlu universitetlərində təhsil alır, maddi imkanları yol verənlər isə Avropa və ya ABŞ-a yollanıb oradakı universitetlərdə oxuyur, vətənə qayıtdıqda isə nüfuzlu vəzifələrdə çalışır və özlərini təmin edə bilirlər. Bu səbəbdən də müsəlman xanımların əksəriyyəti indi ər seçimində daha tələbkar olublar. Bəhs etdiyimiz səbəbdən də Misir, Livan, Qətər, Küveyt və Bəhreyn təki ölkələrdə ailə həyatı quran qızların orta yaş həddi artıb, Səudiyyə Ərəbistanında isə 26-ya çatıb. Əsrin əvvəllərində bunu təsəvvür etmək belə, çətin idi. İraq, İran və Pakistanda təhsil almaq, yaxşı vəzifədə çalışmağa çalışan qadınların sayı fasiləsiz artır. Adıçəkilən ölkələrdə xanımlar indi kişilərlə bərabər çalışır, eyni maaş alırlar. Üstəlik, ali təhsil müəssisələrindəki tələbələrin də çoxu qızlardır. Doğrudur, Şəriətin konstitusiyada təsbit olunduğu ölkələrdə qızlar lisey, gimnaziya və universitetlərdə oğlanlardan ayrı təhsil alır, iş yerlərində isə bəzən ayrı-ayrı otaqlarda otururlar. İran, İraq və ərəb ölkələrində maşın sürən, idmanla məşğul olan, siyasətə atılan, dövlət işində çalışan qadınların sayı ilbəil az qala həndəsi silsilə ilə artır. Qərbli xanımlardan fərqli olaraq, bu ölkələrdə pul qazanmaq qadının borcu deyil. Ailənin təminatı kişinin boynundadır və qadın da pulu yalnız istədiyi təqdirdə, qazanır, işləyir. Ev işlərində də İslam ölkələrindəki qadınları zavallı və ya hüquqsuz saymaq doğru deyil. Təbii, ev işlərinin çoxunu qadın görür, uşaqların tərbiyəsi ilə də məhz o məşğul olur. Amma kişinin də "ailə mükəlləfiyyət"ləri var. Məsələn, ərəb ölkələri və İranda bazara bir qayda olaraq kişilər gedir, həftəbazarını da onlar edir.
 

Qadın hüquqlarını qadınların özləri qoruyur

Geniş yayılmış təsəvvürlərin tam əksinə olaraq, ərəb ölkələrindəki qadınlar arasında həmrəylik çox güclüdür. Ümumiyyətlə, bu fani dünyada qadın həmrəyliyi varsa, məhz Şərqdə, qadınların istənilən məsələdə dərhal birləşdikləri və vahid cəbhə ilə çıxış etdikləri məkanda özünü büruzə verir. Xüsusilə də iş kişilərin "bir balaca yerlərində oturdulması" ilə bağlı olanda. Mərakeşdən tutmuş, İndoneziyaya qədər müsəlman qadınlar öz təşkilatlarını yaradır, hüquqları uğrunda mübarizə aparırlar. Qadınların tələbləri də bəzən qərbli feminist xanımların tələblərindən və istəklərindən fərqlənir. Məsələn, Livandakı "Müsəlman Qadınlarının Ümummilli Liqası" bu ayın əvvəlində "Təmiz Sima" aksiyasına başlayıb. Aksiyanın təşkilatçısı Süşeylə Abdulla "Əs Şərq əl Əvsət"ə bildirib ki, onlar müsəlman xanımların istədikləri vaxt, istədikləri yerdə hicab, niqab və çarşabla dolaşmalarının azad olmasına çalışırlar. "Simanın örtülməsi müsəlman qadının hüququ və seçimidir. Üzü örtülü qadına hər tərbiyəsiz baxa bilməz. Amma bu, qadının öz seçimi olmalı, onu kimsə vadar etməməlidir", - Britaniyanın Kembric Universitetində təhsil almış Süheylə Abdulla deyir. Ümumdünya İslam Liqasının baş katibi Əbdel Ömər Nasif isə bu "Əl Ərəbiyyə"yə verdiyi müsahibəsində deyib: "İslam ölkələrində qadın tam azad olmalıdır. Heç kim və heç nə qadının hüquqlarını məhdudlaşdıra, azalda və ya zərbə altına qoya bilməz. Müsəlman qadın maşın sürmək istəyirmi? Sürə bilər. İşləmək istəyirmi? İşləyə bilər". Cəmi 5-6 il əvvəl kim düşünə bilərdi ki, ortasında dikdaban qadın ayaqqabısı olan qırmızı üçbucaq Səudiyyə Ərəbistanındakı avtomobillərin arxa şüşəsində peyda ola bilər. Sükan arxasında qadının olduğunu göstərən bu nişan son vaxtlara qədər krallıqda ağlagəlməz məsələ idi. Çünki həmin ölkədə dikbadan ayaqqabı geyən qadının özünə belə, yaxşı baxmırdılar. Görünən budur ki, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Oman, Misir, Mərakeş və Tunis təki, Səudiyyə Ərəbistanını hakimiyyət dairələri də müsəlman qaydaları, adət və ənənələri çərçivəsindən kənara çıxmamaq şərtilə əsl feminist inqilabına mane olmaq niyyətində deyillər.
 

Çadra və çarşab manipulyasiyaları..
 

Həqiqət budur ki, heç bir dini və dövlət qanunları qadının gözəl görünmək istəyinin qarşısını ala bilməz. Bu səbəbdən də Şəriət qaydalarının hökm sürdüyü ölkələrdə qadınlar çarşabın altından Avropada istehsal edilən, yerli dükan və butiklərdə satılan al-əlvan paltarları, futbolka və maykaları geyinirlər. Belə paltarla tək evdə yox, qohum və dostların evinə qonaq gedəndə də qürrələnmək olar. Bir çox müsəlman ölkələrində isə xanımlar çarşabı müasir, ətəyi dizədək olan donlarla əvəzləyiblər. Bir şərtlə ki, həmin donun altından cins şalvar geyinilə. İslam ölkələrinin istisnasız olaraq hamısında iri şəhərlərdəki dükanlarda "Vogue", "Elle", "Cosmopolitan" jurnallarına rast gəlmək olar. Avropadan müsəlman ölkələrinə plastik cərrahiyyə dəbi də gəlib. İndi Misir, Səudiyyə Ərəbistanı və ya İranın küçələrində burnunda plastır olan qadınlar nadir hal deyil. Həmin xanımlar burunlarını "düzəldən" qadınlardır. Burunun formasının dəyişdirilməsi əməliyyatı isə müsəlman Şərqində ölkədən asılı olaraq 400-1500 dollara başa gəlir. Və ən nəhayət, son vaxtlar yaylığın altından tellərin görünməsi dəbi də yayılıb. Buna görə də İrandan tutmuş, Mərakeşədək xanımlar hicablarını mümkün qədər geri çəkirlər ki, daha gözəl görünsünlər. Belə xanımlara irad tutmaq da mümkün deyil: mühafizəkarların narazılığına hüquqi əsas yoxdur - axı, xanımın başında hicab var..

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31