İngilis dilində ilin ən populyar söz hansıdır?

Böyük Britaniyada bir qrup linqvist 2017-ci ilin ən populyar sözünü müəyyən edib. Məlumata görə, bu “fake news” – “saxta xəbər” ifadəsi olub.

Böyük Britaniyada bir qrup linqvist 2017-ci ilin ən populyar sözünü müəyyən edib. Məlumata görə, bu "fake news" - "saxta xəbər" ifadəsi olub.

Qeyd olunur ki, son bir il ərzində bu sözün istifadə 365 faiz artıb. Mütəxəssislərin fikrincə, bu ifadənin populyarlığına səbəb ABŞ prezidenti Donald Trampın seçkiqabağı kampaniyası olub. Qeyd edək ki, D.Tramp ABŞ KİV-lərini tez-tez saxta xəbərlər yaymaqda ittiham edib. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31