AzTU tələbələri Gürcüstandan qələbə ilə qayıdıb
Dahi gürcü riyaziyyatçısı Llia Vekuanın şərəfinə “Vekua Programming CUP 2017” proqramlaşdırma olimpiadası keçirilib. “OLAYLAR” -ın xəbərinə görə, Azərbaycan Texniki Universitetini “İnformasiya texnologiyaları və proqramlaşdırma” kafedrasının baş müəllimi Vüqar Hüseynlinin rəhbərliyi ilə AzTU-1 və AzTU-2 komandaları təmsil ediblər. Komandaların üzvləri həmin yarışda ilk dəfə iştirak etməklərinə baxmayaraq qarşıya qoyulan problemlərin bir neçəsinin həllini dəqiq yerinə yetirərək sertifikat və hədiyyələr alıblar.
2 Noyabr 2017 17:40 SosialDahi gürcü riyaziyyatçısı Llia Vekuanın şərəfinə "Vekua Programming CUP 2017" proqramlaşdırma olimpiadası keçirilib. "OLAYLAR" -ın xəbərinə görə, Azərbaycan Texniki Universitetini "İnformasiya texnologiyaları və proqramlaşdırma" kafedrasının baş müəllimi Vüqar Hüseynlinin rəhbərliyi ilə AzTU-1 və AzTU-2 komandaları təmsil ediblər. Komandaların üzvləri həmin yarışda ilk dəfə iştirak etməklərinə baxmayaraq qarşıya qoyulan problemlərin bir neçəsinin həllini dəqiq yerinə yetirərək sertifikat və hədiyyələr alıblar.
AzTU-nun rəhbərliyi komandalarımızı, xüsusi ilə AzTU-1 komandasından Araz Məhərrəmlini (655s) və Nuru Daşdəmirlini (685s), AzTU-2 komandasından isə Ülvi Əzizlini (684s) və Rafət Ağabəylini (685a1) təbrik edir, onlara daha böyük uğurlar arzulayır.