Azərbaycanın region ölkələri arasında əməkdaşlığa töhfəsi

Azərbaycan artıq neçə illərdir ki, regionun aparıcı ölkəsi olaraq dünya dövlətlərinin maraq dairəsinə çevrilib. Ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlər, uğurla həyata keçirilən xarici siyasət kursu dünyanın Bakıya olan diqqət və marağını daha da artırır, hər bir ölkə Azərbaycanla ikitərəfli və çoxtərəfli formatda əmıəkdaşlığa üstünlük verir. Bakı da öz növbəsində istər qonşuları, istərsə də yerləşdiyimiz coğrafiyadan kənarda yerləşən fərqli-fərqli ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi, ikitərəfli və çoxtərəfli münasibətlərin dərinləşdirilməsinə öz töhfəsini verir.

Moskva-Bakı-Tehran formatı qarşılıqlı əlaqələrdə yeni imkanlar açacaq

Azərbaycan artıq neçə illərdir ki, regionun aparıcı ölkəsi olaraq dünya dövlətlərinin maraq dairəsinə çevrilib. Ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlər, uğurla həyata keçirilən xarici siyasət kursu dünyanın Bakıya olan diqqət və marağını daha da artırır, hər bir ölkə Azərbaycanla ikitərəfli və çoxtərəfli formatda əmıəkdaşlığa üstünlük verir. Bakı da öz növbəsində istər qonşuları, istərsə də yerləşdiyimiz coğrafiyadan kənarda yerləşən fərqli-fərqli ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi, ikitərəfli və çoxtərəfli münasibətlərin dərinləşdirilməsinə öz töhfəsini verir. Bu baxımdan Azərbaycanın şimal və cənub qonşuları ilə münasibəti də xüsusi əhəmiyyət kəsb edir və sevindirici hal ondan ibarətdir ki, həm Rusiya Federasiyası, həm də İranla əlaqələrimiz yüksələn xətlə inkişaf edir. Qarşılıqlı səfərlər və inkişaf etməkdə olan münasibətlər öz növbəsində yeni əməkdaşlıq formatlarının müəyyən edilməsini zərurətə çevririr. Bu baxımdan bu günlərdə İran İslam Respublikasınınpaytaxtı Tehran şəhərində keçirilən Azərbaycan, Rusiya və İran prezidentlərinin zirvə görüşü xüsusi əhəmiyyət kəsb edir. Qeyd etmək yerinə düşər ki, İlham Əliyev, Vladimir Putin və Həsən Ruhaninin İslam Respublikasında bir araya gəlməsi və Tehranda üç ölkə başçısının iştirakı ilə sammitin keçirilməsi təkcə adlarını çəkdiyimiz üç dövlətdə deyil, eləcə də yaxın və uzaq ölkələrdə diqqətlə, maraqla izlənilir. Bizimlə qarşılıqlı əməkdaşlığa üstünlük verən, Azərbaycanın, eləcə də Rusiya və Tehranın mövqeyinə hörmətlə yanaşan ölkələr Tehran sammitini yüksək qiymətləndirsə də, lakin bu əməkdaşlıqdan əndişə keçirənlər, ona qısqanc yanaşanlar Azərbaycan, Rusiya və İran prezidentlərinin sammitini özünə qarşı təhlükə hesab edir. Bu görüşdən bərk narahatçılıq keçirirlər. Əslində isə Moskva-Bakı-Tehran əməkdaşlığından narahatçılıq keçirmək lazım da deyil. Daha dəqiq desək regionda sülh və sabitlik arzusunda, inkişaf istəyində olanlar Azərbaycan, Rusiya və İran prezidentlərinin Tehran sammiti və bundan da irəli gələrək yeni formatda fəaliyyət göstərəcək üçtərəfli əməkdaşlığı təqdir edir. Alqışlayırlar. Çünki qeyd etdiyimiz kimi Moskva-Bakı-Tehran əməkdaşlığı regionda sülhə və sabitliyə, bölgənin inkişafına xidmət edir. Bu gün Azərbaycanın həm şimal qonşumuz Rusiya Federasiyası, həm də cənub qonşumuz İranla çox sıx əlaqələri, münasibətləri var. Tarixi köklərə bağlı olan bu münasibətlər gündən-günə inkişaf edir, yeni-yeni əməkdaşlıq imkanları, perspektivləri yaradır. Elə bu günlərdə Tehranda baş tutan sammitdə məhz bu imkanlardan biridir. Eyni zamanda prezidentlərin Tehran sammiti adıçəkilən region ölkələrinin mövcud situasiya, cərəyan edən proseslərə adekvat reaksiyası, münasibəti deməkdir.

Əgər regionda həyata keçirilən əməkdaşlıq formatlarına nəzər yetirsək aydın şəkildə görərik ki, Azərbaycan yerləşdiyi coğrafiyada reallaşan hər bir əməkdaşlıq formatında yaxından iştirak edir. Eyni zamanda Azərbaycan bu formatlara özünün səmərəli təklifləri, təşəbbüsləri, ən əsası faydası ilə töhfə verir, yeni əməkdaşlıq imkanları yaradır. Bu həm Azərbaycanın regionda mühüm əhəmiyyət daşıyan bir ölkə olması, həm də düzgün siyasət həyata keçirməsi ilə bağlıdır. Bu əməkdaşlıq formatlarına diqqət edək.

Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə və Azərbaycan-İran-Rusiya, eləcə də dgər formatlar. Məhz bu formatların yaranmasında Azərbaycanın təşəbbüsü xüsusi rol oynayıb. Bu gün Azərbaycan-İran-Türkiyə formatlı əməkdaşlıq, eləcə də Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığı özünü müsbət nəticələri ilə doğruldub. Azərbaycan-İran-Türkiyə əməkdaşlığı regional problemlərin həllində rol oynamaqla yanaşı, terrorrizmə qarşı effektli mübarizəni də özündə ehtiva edir. Eyni zamanda bu əməkdaşlıq hər üç ölkəyə iqtisadi faydalar da verir. İslam Respublikasına qarşı sanksiyaların yumşaldılmasından sonra xüsusi əhəmiyyət kəsb edən bu əməkdaşlıq hazırda da uğurla davam edir. Yaxud Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığı. Bu əməkdaşlığın əyani sübutları Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz, nəhayət Bakı-Tbilisi-Qars dəmir yolu xəttidir. Ümumiyyətlə, Azərbaycanın iştirak etdiyi istənilən formatda əməkdaşlıq, eləcə dəAzərbaycan-İran-Rusiya əməkdaşlığı üçtərəfli formatı regional sabitliyin, təhlükəsizliyin təmin edilməsi, bölgədə əməkdaşlıq mühitinin stimullaşdırılması, ölkələr arasında iqtisadi-ticari əlaqələrinin, enerji və nəqliyyat sahəsində mövcud olan əməkdaşlığın daha da inkişaf etdirilməsinə xidmət edir. Hər bir əməkdaşlıq formatı kimi Azərbaycan-Rusiya-İran əməkdaşlığı da xüsusilə günümüz üçün aktual olan məsələlərin həlli üçün mühüm əhəmiyyətə malik platformadır.

Xəbərlərdən də aydın olduğu kimi Tehran sammiti zamanı iştirakçı ölkələr arasında  enerji, neft-qaz hasilatı və ixracı sahəsnidə əməkdaşlığın inkişaf etdirilməsi kimi məsəslələr müzakirə mövzusu olub ki, bunlar arasında üç ölkənin enerji şəbəkələrinin birləşdirilməsi və Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin formalaşdırılması xüsusi qeyd edilməldir. Burada isə Azərbaycanın həmin layihələrin reallaşması baxımından mövqeyi daha diqqətçəkicidir.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan regionda mühüm əməkdaşlıq məkanı, ölkələr arasında rabitə, əlaqə rolu oynayan dövlət kimi tanınır, qəbul edilir. Bu təkcə ölkəmizin yerləşdiyi coğrafiya ilə bağlı deyil, eyni zamanda dövlətin, onun prezidentinin həyata keçirdiyi uğurlu siyasət kursu da bu məsələdə mühüm rol oynayır.

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31