Siyasi şərhçi: “Rusiya və İran Azərbaycanın böyük qonşularıdır”
“Ümumiyyətlə Rusiya və İran Azərbaycanın böyük qonşularıdır. Azərbaycan Prezidenti də öz çıxışında qeyd etdiyi kimi Rusiya və İranla ortaq sərhədi olan yeganə ölkə Azərbaycandır. Yəni Cənubi Qafqazın yeganə ölkəsi, eləcə də Orta Asiya regionunda belə Rusiya ilə İranın arasında sərhədi olan ölkə məhz Azərbaycandır”. Bunu siyasi şərhçi Azər Həsrət deyib.
3 Noyabr 2017 12:13 Siyasət"Ümumiyyətlə Rusiya və İran Azərbaycanın böyük qonşularıdır. Azərbaycan Prezidenti də öz çıxışında qeyd etdiyi kimi Rusiya və İranla ortaq sərhədi olan yeganə ölkə Azərbaycandır. Yəni Cənubi Qafqazın yeganə ölkəsi, eləcə də Orta Asiya regionunda belə Rusiya ilə İranın arasında sərhədi olan ölkə məhz Azərbaycandır". Bunu siyasi şərhçi Azər Həsrət deyib.
Onun sözlərinə görə, Rusiya ilə İranın bir-birinə bağlanmasında, onlar arasında ümumi siyasi məsələlərin həll edilməsində Azərbaycanın rolu danılmazdır: "Üstəlik də burada Azərbaycan Prezidentinin şəxsi xarizması, ölkə Prezidentinin şəxsi siyasi çəkisi və dünya səviyyəsində onun qəbul edilməsi öz rolunu oynayır. Bu baxımdan düşünürəm ki, İran və Rusiya prezidentlərinin məhz Azərbaycan Prezidentinin də iştirak ilə bir araya gəlməsi iqtisadi məsələlərlə bərabər, həm də siyasi məsələlərin müzakirə edilməsi baxımından çox önəmlidir. Yəni burada artıq Azərbaycanın önəminin bir daha təsdiqlənməsi və vurğulanmasından danışa bilərik. Xüsusən də Rusiya və İrana qarşı Qərbin artan təzyiqləri qarşısında Azərbaycana bir növ ümid yeri kimi baxıldığını da qeyd edə bilərik. Yəni Rusiya kimi nəhəng bir dövlət, İran kimi kifayət qədər güclü bir dövlət Qərblə münasibətlərdə hardasa Azərbaycanı və onun Prezidentini özləri üçün vasitəçi və problemləri həll edə biləcək bir lider kimi görürlər.
Bax, bu bizim ölkəmizin və onun liderinin siyasi çəkisinin bir daha təsdiq olunmasıdır. Mənə elə gəlir ki, bu görüşdən sonra artıq Qərb ölkələri bir daha əmin olacaq ki, Cənubi Qafqazda və bütövlükdə bizim coğrafiyamızda söz sahibi olan lider məhz İlham Əliyevdir. Düşünürəm ki, cənab Prezidentin bütün davranışları, atdığı addımlar, xüsusən də qonşularla sıfır siyasət yürütməsi, eyni zamanda Qərblə münasibətlərdə də balanslı siyasət yürütməsi bütün bunları deməyə əsas verir. Yəni Azərbaycan bir daha özünün siyasi gücünü göstərmiş oldu, onun lideri Prezident İlham Əliyev bir daha özünün siyasi çəkisini sübut etmiş oldu. Artıq Qərb ölkələri bundan öz hesablarını götürməlidirlər". Sia.az