İnsult keçirən tanınmış bəstəkarın vəziyyəti ağırdır

İnsult keçirərək 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsində yerləşdirilən tanınmış bəstəkar Tahir Əkbərin vəziyyəti ağır olaraq qalır. Bu barədə  Mərkəzin reanimasiya şöbəsindən məlumat verilib. Şöbədən bildirilib ki, dünən səhər saatlarında xəstəxanaya yerləşdiriləndən T.Əkbərin vəziyyətində ciddi bir irəliləyiş qeydə alınmayıb. “Hələ o, özünə gəlməyib. Çünki insult səbəbindən beyində yaranan ocaq böyükdür”, - deyə şöbədən bildirilib.

İnsult keçirərək 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsində yerləşdirilən tanınmış bəstəkar Tahir Əkbərin vəziyyəti ağır olaraq qalır. Bu barədə  Mərkəzin reanimasiya şöbəsindən məlumat verilib. Şöbədən bildirilib ki, dünən səhər saatlarında xəstəxanaya yerləşdiriləndən T.Əkbərin vəziyyətində ciddi bir irəliləyiş qeydə alınmayıb. "Hələ o, özünə gəlməyib. Çünki insult səbəbindən beyində yaranan ocaq böyükdür", - deyə şöbədən bildirilib.

Qeyd edək ki, T.Əkbər dünən səhər saatlarında insult keçirərək 1 saylı Kliniki Tibbi Mərkəzinə yerləşdirilib. Həkimlər onun əvvəl iki dəfə də insult keçirdiyini bildiriblər. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31