Yeni formatda ilk dərs

Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullanın rəhbərliyi altında universitetdə təhsilin inkişafı istiqamətində genişmiqyaslı islahatlar və layihələr davam etdirilir. Rektorun göstərişinə əsasən universitetin kafedraları arasında əməkdaşlığın genişləndirilməsi və tələbələrin elmi potensialının gücləndirilməsi məqsədi ilə birgə dərslərin keçirilməsinə başlanılıb. İnteraktiv formada keçirilən dərsdə iki lektorun mühazirə deməsi, tələbələrlə mühazirəçilər arasında sərhədin aradan qaldırılması kimi nüanslar dərsə xüsusi maraq qatır, onun keyfiyyətini yüksəldir.

Universitetin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanovun təşəbbüsü ilə Azərbaycan ədəbiyyatı kafedrası və Fəlsəfə və ictimai elmlər kafedralarının ortaq fəaliyyəti əsasında "Ədəbiyyatda postmodernizm" mövzusunda ilk birgə dərs keçirilib.

Öncə çıxış edən Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Dilbər Zeynalova "Postmodernizmin Azərbaycan ədəbiyyatında təzahürü" mövzusunda ətraflı məlumat verib. "Postmodernizmin fəlsəfi aspektləri" mövzusunda danışan Fəlsəfə və ictimai elmlər kafedrasının professoru Niyazi Mehdi postmodernizmin fəlsəfəsi, prinsipləri, əsas ideyaları və

mədəniyyətdə önəmindən bəhs edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31