Tovuzda 3 istiqamət üzrə avtomobil yolları yenidən qurulur
“Azəravtoyol” ASC tərəfindən Tovuz rayonunda strateji əhəmiyyətə malik 3 istiqamətdə avtomobil yollarının yenidən qurulması işləri aparılır. “OLAYLAR”-a Səhmdar Cəmiyyətin mətbuat xidmətindən bildirilib ki, söhbət Ağdam, Yuxarı Öysüzlü, Əlibəyli və Hacalı kəndlərinə gedən avtomobil yollarından gedir.
3 Noyabr 2017 12:57 Sosial"Azəravtoyol" ASC tərəfindən Tovuz rayonunda strateji əhəmiyyətə malik 3 istiqamətdə avtomobil yollarının yenidən qurulması işləri aparılır. "OLAYLAR"-a Səhmdar Cəmiyyətin mətbuat xidmətindən bildirilib ki, söhbət Ağdam, Yuxarı Öysüzlü, Əlibəyli və Hacalı kəndlərinə gedən avtomobil yollarından gedir.
Tovuz-Ağdam-Yuxarı Öysüzlü-Əlibəyli-Hacalı avtomobil yolunun ümumi uzunluğu 11 km təşkil edir. Layihə üzrə yol 4 və 5-ci texniki dərəcələrə uyğun olaraq yenidən qurulur. Tovuz-Ağdam və Əlibəyli-Hacalı kəndlərini birləşdirən yolların ümumi eni 10 metr təşkil edir. Bura 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir. Ağdam-Yuxarı Öysüzlü kəndlərini birləşdirən yolun hərəkət hissəsinin eni 4.5 metr və hər bir istiqamət üzrə 1.75 metr enində çiyinlər olmaqla ümumi eni 8 metr təşkil edir. Yolun hazır olan hissələrində isə artıq asfaltlanma işlərinə də başlanılıb. 11 km uzunluğunda olan yolun 7 km-lik hissəsinə 1 qat olmaqla yeni asfalt-beton örtük döşənib. Ümumilikdə yolun 60 min m2-dən çox sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örütüyü döşənəcək. Layihə çərçivəsində "Azəravtoyol" ASC tərəfindən Ağdam-Yuxarı Öysüzlü kəndləri arasında Tovuz çayı üzərində yeni avtomobil körpüsü də inşa edilir. Körpünün ümumi uzunluğu 45 metr, eni isə 4.5 metr təşkil edəcək. Sözügedən ərazidə körpünün tikintisi ilə rayon mərkəzinə məsafə dəfələrlə qısalacaq.
Qeyd edək ki, Tovuz-Ağdam-Yuxarı Öysüzlü-Əlibəyli-Hacalı avtomobil yolunun yenidən qurulması ilə 4 yaşayış məntəqəsinin minlərlə əhalisinin gediş-gəlişini rahatlaşacaq, yük və sərnişin daşınması xeyli asanlaşacaq.