Gündəm
Putin kəşfiyyat qrupunu göndərdi - TƏMİZLƏMƏ BAŞLADI
Rusiya prezidenti Vladimir Putin Donbasa Federal Təhlükəsizlik Xidmətinin (FTX) zabitlər qrupunu göndərib. Bu haqda feysbuk səhifəsində Ali Radanın üzvü, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk bildirib. Deputat qeyd edib ki, qrupda Rusiya “LXR” və “DXR”də ciddi təmizləmələri planlaşdırır.
“KamAZ” sürücünü vurub öldürdü
Noyabrın 2-də saat 05 radələrində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində Saray qəsəbə sakini Mirislam Yaqubov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolun kənarında dayanmış Masazır qəsəbə sakini Samiq Mehrəliyevə məxsus “Mercedes” markalı avtomobilin sərnişini, Astara rayon sakini Səid Salmanovu vurub.
İdarəni qarət edən dəstə ifşa olunub
Bir neçə gün əvvəl Sumqayıt şəhərində yerləşən idarələrdən birinə naməlum şəxslər daxil olaraq oradan 1 ədəd televizor, 1 ədəd fotoaparat, 2 kompüter və 2 ədəd noutbuk oğurlayıblar. DİN-in mətbuat xidmətindən “Olaylar”a bildirilib ki, hadisə barədə Sumqayıt Şəhər Polis İdarəsinə (ŞPİ) məlumat daxil olan kimi dərhal əməliyyat-istintaq qrupu hadisə yerinə yollanıb və müvafiq əl-barmaq izləri götürülüb. İsti izlərlə keçirilən əməliyyat tədbirləri ilə qeyd edilən cinayətin Sumqayıt şəhər sakinləri – Tural Dəmiroğlu, Teymur Mövsümov, İlkin Nağıyev və Rauf Cəfərov tərəfindən törədildiyi müəyyən edilib.
Təhsil müəssisələrində diaspor dərsləri keçirilir
Diaspor Jurnalistləri Birliyi tərəfindən könüllü olaraq növbəti “Diaspor dərsi” noyabrın 2-də Bakı Biznes və Kooperasiya Kollecində keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, kollec direktorunun 1-ci müavini Vaqif Mahmudov layihənin BBKK-da keçirilməsindən məmnunluğunu ifadə edib. V.Mahmudov DJB-nin bu təşəbbüsünü yüksək qiymətləndirib və layihənin tələbələrin diasporla bağlı maariflənməsində əhəmiyyətli rol oynayacağını deyib.
Vətəndaşlar nazirə nədən şikayət etdi?
Gənclər və idman naziri Azad Rəhimov Ağdaşda, Mingəçevir, Yevlax, Ağdaş, Ağsu, Bərdə, Göyçay, Kürdəmir, Tərtər, Ucar , Zərdab, şəhər və rayon sakinlərini qəbul edib. Nazirlikdən “OLAYLAR”-a bildirilib ki, Heydər Əliyev Mərkəzində baş tutan və ümumilikdə 20-dən artıq vətəndaşın iştirak etdiyi qəbulda, müxtəlif sahələri əhatə edən müraciətlər öz əksini tapıb.
Nazirlikdən “WhatsApp”dakı problemlə bağlı açıqlama
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “WhatsApp” mesencerinin fəaliyyətində yaranan problemə aydınlıq gətirib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, messengerin fəaliyyətindəki problem internetlə bağlı deyil. "Bu, proqramda yaranmış problemdir. Qlobal məsələdir və bizim mütəxəssislərimiz məsələni araşdıracaqlar. Problemin nədən qaynaqlandığı barədə ictimaiyyətə məlumat veriləcək"- məlumatda qeyd edilib.
Toya görə müəllif qonorarı ödəmək istəməyənləri ağır cərimə və həbs gözləyir
Nazirlər Kabinetinin 20 oktyabr 2017-ci il tarixli qərarı ilə “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı”nda edilmiş dəyişikliklərə əsasən toy mərasimlərində mətnli, yaxud mətnsiz musiqili əsərlərin istifadəsinə görə müəllif qonorarlarını ödəməkdən yayınmaq mümkün olmayacaq.
Türkiyədə "itən" gəmidən daha 3 nəfərin meyidi tapıldı
İstanbul sahillərində bir neçə gün əvvəl batmış yük gəmisinin heyət üzvlərindən bu gün daha 3 nəfərin meyidi tapılıb. Məlumata görə, gəminin qalan üzvlərinin axtarışları davam etdirilir.
Ailə münaqişəsi intiharla nəticələndi
Masallıda intihar hadisəsi baş verib. Məlumata görə, rayonun Qızılavar kənd sakini, 1969-cu il təvəllüdlü Fətullayev İntiqam Ərşad oğlu keçmiş qayınatasının evində özünü zəhərləyib. Sirkə turşusu içərək həyatına qəsd edən 48 yaşlı kişi xəstəxanaya yerləşdirilsə də, orada ölüb. Bildirilir ki, İ.Fətullayevlə həyat yoldaşı bir müddət əvvəl boşanıb. Lakin onlar arasındakı münaqişə davam edirmiş. 48 yaşlı kişi keçmiş həyat yoldaşını evinə qaytarmaq istəyirmiş. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Qonur ayını ovladılar - Faktla bağlı araşdırma
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən Quba rayonunda reyd keçirilib. Olaylar.az bildirir ki, reyd zamanı şöbənin əməkdaşları meşəlik ərazidə Cimi çayının sol tərəfində 3 nəfər atlının yüklü halda hərəkət edən şəxslər nazirlik əməkdaşlarını gördükdən sonra xurcun və kisələrini ataraq ərazidən uzaqlaşıblar. Xurcun və kisələrin atıldığı əraziyə keçirilən baxış zamanı kisələrin içində adı “Qırmızı Kitab”a düşmüş qonur ayının boğazından kəsilmiş başı üstündə olan dərisi, hissələrə bölünmüş əti, ov alətləri və bir qədər aralıda ov tulası aşkar edilib. Ovlanmış ayının dərisi, əti və ov alətləri maddi sübut kimi götürülüb. Faktla bağlı akt tərtib olunub.
ABŞ-Meksika sərhədində tikilən divarın qiyməti açıqlandı: İNANILMAZ MƏBLƏĞ - VİDEO
Meksika ilə sərhəddə divarın tikintisi 18 milyard dollara başa gələcək. Bu haqda ABŞ prezidenti Donald Tramp “Foks Nyus” telekanalına müsahibəsində deyib. “Deyirdilər ki, divar 40 milyard dollara başa gələcək. Amma bunun yarısından da az məbləğdən söhbət gedir. Düşünürəm ki, 18 milyard dollar və daha az məbləğə əla divar olacaq”, - Tramp bildirib. Prezident izah edib ki, dağlar və çaylar ABŞ-la Meksika arasında təbii baryer olacaq və bu yerlərdə divar lazım deyil.
“Müasir Azərbaycan hekayəsi antologiyası” ərəb dilində
AMEA Mərkəzi Elmi Kitabxanasının təşkilati dəstəyi ilə Misirdə ərəb dilində işıq üzü görmüş “Müasir Azərbaycan hekayəsi antologiyası” kitabının təqdimatı keçirilib. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin beynəlxalq layihələrindən olan yeni antologiya Misir Milli Tərcümə Mərkəzi ilə birgə ərsəyə gətirilib. Olaylar.az bildirir ki, MEK-in Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü ərəbdilli oxucular üçün hazırlanmış kitabı hər iki xalq arasında bağlılığın yaradılmasında, ədəbi-mədəni əlaqələrin yaxınlaşmasında mənəvi körpü olacağını bildirib.
Ərdoğan Putinə yeni Qarabağ PLANI TƏQDİM EDİR - İrəvan MƏNGƏNƏDƏ
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Bakdan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında bildirdi ki, yaxın həftələrdə Rusiya prezidenti Vladimir Putinlə görüşəcək və görüşdə Dağlıq Qarabağ münaqişəsini də müzakirə edəcək.
Əlimərdan bəy Topçubaşov anılıb
Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, görkəmli dövlət xadimi, hüquqşünas, jurnalist Əlimərdan bəy Topçubaşovun anım gününə həsr olunmuş tədbir keçirilib. Olaylar.az bildirir ki, Dillər Universitetində keçirilən tədbiri giriş sözü ilə açan ADU-nun Beynəlxalq münasibətlər kafedrasının müdiri, s.e.d, dosent Aida Yusifzadə Ə.Topçubaşov haqqında qısa məlumat verib. ADU-nun Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşı, professor Solmaz Rüstəmova-Tohidi “Topçubaşov siyasi xadim və diplomat kimi” mövzusunda məruzə ilə çıxış edərək onun siyasi fəaliyyətinin, həyat və yaradıcılığının mühüm məqamları haqqında geniş məlumat verib.
Son qalasını itirdi - İŞİD-ə AĞIR ZƏRBƏ
Suriya Deyr-ez-Zor şəhərini İŞİD terror təşkilatından tamamilə təmizləyib. Bu haqda Suriya ordusunun açıqlamasında deyilir. Hazırda İŞİD döyüşçüləri Suriya-İraq sərhədinə dar bir bölgədə qalıb. Sərhədin İraq tərəfində mühasirə vəziyyətində olan İŞİD Fərat çayı hövzəsində kiçik bir yaşayış məntəqəsinə nəzarət edir.




.jpg)









