Qonur ayını ovladılar - Faktla bağlı araşdırma
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən Quba rayonunda reyd keçirilib. Olaylar.az bildirir ki, reyd zamanı şöbənin əməkdaşları meşəlik ərazidə Cimi çayının sol tərəfində 3 nəfər atlının yüklü halda hərəkət edən şəxslər nazirlik əməkdaşlarını gördükdən sonra xurcun və kisələrini ataraq ərazidən uzaqlaşıblar. Xurcun və kisələrin atıldığı əraziyə keçirilən baxış zamanı kisələrin içində adı “Qırmızı Kitab”a düşmüş qonur ayının boğazından kəsilmiş başı üstündə olan dərisi, hissələrə bölünmüş əti, ov alətləri və bir qədər aralıda ov tulası aşkar edilib. Ovlanmış ayının dərisi, əti və ov alətləri maddi sübut kimi götürülüb. Faktla bağlı akt tərtib olunub.
3 Noyabr 2017 13:22 SosialEkologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən Quba rayonunda reyd keçirilib. Olaylar.az bildirir ki, reyd zamanı şöbənin əməkdaşları meşəlik ərazidə Cimi çayının sol tərəfində 3 nəfər atlının yüklü halda hərəkət edən şəxslər nazirlik əməkdaşlarını gördükdən sonra xurcun və kisələrini ataraq ərazidən uzaqlaşıblar.
Xurcun və kisələrin atıldığı əraziyə keçirilən baxış zamanı kisələrin içində adı "Qırmızı Kitab"a düşmüş qonur ayının boğazından kəsilmiş başı üstündə olan dərisi, hissələrə bölünmüş əti, ov alətləri və bir qədər aralıda ov tulası aşkar edilib. Ovlanmış ayının dərisi, əti və ov alətləri maddi sübut kimi götürülüb. Faktla bağlı akt tərtib olunub.
İlkin araşdırmalara görə qanun pozucularının Quba rayonu Qonaqkənd sakinləri Fariz Rəhmanov, Aydın Nəsirov və Cimi kənd sakini Pirməhəmməd Nemətov olduğu müəyyən edilib.
Toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkarlar barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.