Nazirlikdən “WhatsApp”dakı problemlə bağlı açıqlama
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “WhatsApp” mesencerinin fəaliyyətində yaranan problemə aydınlıq gətirib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, messengerin fəaliyyətindəki problem internetlə bağlı deyil. "Bu, proqramda yaranmış problemdir. Qlobal məsələdir və bizim mütəxəssislərimiz məsələni araşdıracaqlar. Problemin nədən qaynaqlandığı barədə ictimaiyyətə məlumat veriləcək"- məlumatda qeyd edilib.
3 Noyabr 2017 13:27 SosialNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "WhatsApp" mesencerinin fəaliyyətində yaranan problemə aydınlıq gətirib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, messengerin fəaliyyətindəki problem internetlə bağlı deyil. "Bu, proqramda yaranmış problemdir. Qlobal məsələdir və bizim mütəxəssislərimiz məsələni araşdıracaqlar. Problemin nədən qaynaqlandığı barədə ictimaiyyətə məlumat veriləcək"- məlumatda qeyd edilib.
Qeyd edək ki, bu gün "WhatsApp" messengerinin fəaliyyətində problem yaranıb. İstifadəçilər "WhatsApp" vasitəsilə ismarıc göndərə bilmirlər. Problem Azərbaycanla yanaşı dünyanın bir çox ölkəsində müşahidə olunur. AzVision.az