Təhsil müəssisələrində diaspor dərsləri keçirilir
Diaspor Jurnalistləri Birliyi tərəfindən könüllü olaraq növbəti “Diaspor dərsi” noyabrın 2-də Bakı Biznes və Kooperasiya Kollecində keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, kollec direktorunun 1-ci müavini Vaqif Mahmudov layihənin BBKK-da keçirilməsindən məmnunluğunu ifadə edib. V.Mahmudov DJB-nin bu təşəbbüsünü yüksək qiymətləndirib və layihənin tələbələrin diasporla bağlı maariflənməsində əhəmiyyətli rol oynayacağını deyib.
3 Noyabr 2017 13:30 SosialDiaspor Jurnalistləri Birliyi tərəfindən könüllü olaraq növbəti "Diaspor dərsi" noyabrın 2-də Bakı Biznes və Kooperasiya Kollecində keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə, kollec direktorunun 1-ci müavini Vaqif Mahmudov layihənin BBKK-da keçirilməsindən məmnunluğunu ifadə edib. V.Mahmudov DJB-nin bu təşəbbüsünü yüksək qiymətləndirib və layihənin tələbələrin diasporla bağlı maariflənməsində əhəmiyyətli rol oynayacağını deyib.
DJB sədri Fuad Hüseynzadə layihənin məqsədindən danışaraq, əsas hədəflərinin tələbə-gənclərin Azərbaycan diasporu haqda düşüncəsini inkişaf etdirmək, gənclərin informasiya müharibəsinin aparılmasında rolunu gücləndirmək olduğunu qeyd edib. Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Sankt-Peterburq şöbəsinin müdiri Zakir Nəbizadə xaricdə keçirdikləri tədbirlər, xüsusən ermənilərə qarşı mübarizədə gördükləri işlər haqqında məlumat verib.
Qırğızıstan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının magistri, "Həmrəy" gənclər təşkilatı sədrinin 1-cü müavini, politoloq Elvin Babayev xaricdəki tələbə-gənclərimizin diaspor fəaliyyətinin perspektivləri, Azərbaycan gənclərinin informasiya müharibəsinin aparılmasında rolu mövzularından ətraflı danışıb. Diaspor Jurnalistləri Birliyinin baş katibi Siyavuş Əmirli DJB-nin gördüyü işlər haqqında ətraflı məlumat verib. O, Azərbaycan diasporunun erməni diasporuna qarşı mübarizəsindən danışaraq gəncləri informasiya müharibəsində aktiv olmağa səsləyib.