Əlimərdan bəy Topçubaşov anılıb

Azərbaycan Xalq Cümhuriyyətinin  qurucularından biri, görkəmli dövlət xadimi, hüquqşünas, jurnalist Əlimərdan bəy Topçubaşovun anım gününə həsr olunmuş tədbir keçirilib. Olaylar.az bildirir ki, Dillər Universitetində keçirilən tədbiri giriş sözü ilə açan ADU-nun Beynəlxalq münasibətlər kafedrasının müdiri, s.e.d, dosent Aida Yusifzadə Ə.Topçubaşov haqqında qısa məlumat verib. ADU-nun Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşı, professor Solmaz Rüstəmova-Tohidi “Topçubaşov siyasi xadim və diplomat kimi” mövzusunda məruzə ilə çıxış edərək onun siyasi fəaliyyətinin, həyat və yaradıcılığının mühüm məqamları haqqında geniş məlumat verib.

Azərbaycan Xalq Cümhuriyyətinin  qurucularından biri, görkəmli dövlət xadimi, hüquqşünas, jurnalist Əlimərdan bəy Topçubaşovun anım gününə həsr olunmuş tədbir keçirilib.

Olaylar.az bildirir ki, Dillər Universitetində keçirilən tədbiri giriş sözü ilə açan ADU-nun Beynəlxalq münasibətlər kafedrasının müdiri, s.e.d, dosent Aida Yusifzadə Ə.Topçubaşov haqqında qısa məlumat verib. ADU-nun Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşı, professor Solmaz Rüstəmova-Tohidi "Topçubaşov siyasi xadim və diplomat kimi" mövzusunda məruzə ilə çıxış edərək onun siyasi fəaliyyətinin, həyat və yaradıcılığının mühüm məqamları haqqında geniş məlumat verib.

ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Auditoriya+ proqramı çərçivəsində silsilə şəkildə təşkil edilən tədbirlərin əhəmiyyətini xüsusi vurğulayaraq tarixi mövzularda tədbirlərin keçirilməsinin vacibliyindən danışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31