“Müasir Azərbaycan hekayəsi antologiyası” ərəb dilində

AMEA Mərkəzi Elmi Kitabxanasının  təşkilati dəstəyi ilə Misirdə ərəb dilində işıq üzü görmüş “Müasir Azərbaycan hekayəsi antologiyası” kitabının təqdimatı keçirilib. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin beynəlxalq layihələrindən olan yeni antologiya Misir Milli Tərcümə Mərkəzi ilə birgə ərsəyə gətirilib. Olaylar.az bildirir ki, MEK-in Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü ərəbdilli oxucular üçün hazırlanmış kitabı hər iki xalq arasında bağlılığın yaradılmasında, ədəbi-mədəni əlaqələrin yaxınlaşmasında mənəvi körpü olacağını bildirib.

AMEA Mərkəzi Elmi Kitabxanasının  təşkilati dəstəyi ilə Misirdə ərəb dilində işıq üzü görmüş "Müasir Azərbaycan hekayəsi antologiyası" kitabının təqdimatı keçirilib. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin beynəlxalq layihələrindən olan yeni antologiya Misir Milli Tərcümə Mərkəzi ilə birgə ərsəyə gətirilib.

Olaylar.az bildirir ki, MEK-in Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü ərəbdilli oxucular üçün hazırlanmış kitabı hər iki xalq arasında bağlılığın yaradılmasında, ədəbi-mədəni əlaqələrin yaxınlaşmasında mənəvi körpü olacağını bildirib.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsud çıxış edərək yeni nəşrin məziyyətlərindən danışıb.

Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdülkərim Əbdürrəhman, Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş çıxış edərək layihənin əhəmiyyətindən söz açıblar.

Tədbirdə filoloq alimlər, professorlar İmamverdi Həmidov, Qulu Məhərrəmli, Nəsrulla Məmmədov, Paşa Kərimov çıxış edərək kitabla bağlı fikirlərini bölüşüblər.

Kitabın tərcüməçisi, Misir səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi bildirib ki, Misirdə işıq üzü görən Azərbaycan ədəbiyyatını ərəb dünyasına ilk dəfə təqdim edən kitabda XX əsrdə yazıb-yaratmış yazıçılarımızın hekayələri yer alıb.

Sonda Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova bu nəşrin kitabxananın həyat keçirdiyi ən böyük layihələrdən biri olan Milli Rəqəmsal Yaddaşa daxil ediləcəyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31