Gündəm
Fuad Muradov: “Parlamentdəki partiyaların büdcəsi artırılsın”
Büdcədə artımı görürük. Elə sahələr vardı ki, onlarda artımı görmürdük, amma bu gün görürük. "Olaylar” xəbər verir ki, bunu büdcə zərfinin MM-in İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu, Mədəniyyət, Gənclər və idman, Regional məsələlər komitələrinin birgə iclasında müzakirəsi zamanı akademik, parlamentin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib.
Teatra ayrılan vəsait 300 faiz azalıb
“Azərbaycan son dərəcədə mühüm günlərin axarında, astanasında yaşayır. Bu səbəbdən büdcəmiz də İstiqlalımızın, Müstəqil dövlətimizin yüz illiyinə hesablanıb. Bu sənəddə mümkün risklər nəzərə alınıb, onu qənaətbəxş saymaq olar”.
Dövlət qulluğunda işləmək istəyənlərə yeni xəbər
Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, qiymətləndirmənin aparılması qaydası, test imtahanı mərhələsi üçün qəbul proqramları, müsabiqəyə təqdim olunmuş vakant vəzifələrin siyahısının əks olunduğu “Dövlət qulluğu” jurnalının 1 saylı buraxılışı çap olunub.
"Ronaldo məndən seks üçün istifadə etdi" - Nataşadan ittiham
“Kriştiano Ronaldo məni seks üçün istifadə edib”. Bu iddia ilə portuqaliyalı model Nataşa Rodriges çıxış edib. Nataşa bildirib ki, Ronaldonun sevgilisi Corcina Rodriges hamilə olarkən portuqaliyalı ulduz onunla yatıb: “Ronaldonun Corcina ilə sevgili olmasından xəbərsiz idim. Onunla uzun müddət yazışdıqdan sonra görüşdük. Həqiqətən də Ronaldo ilə üz-üzə gəlmək xoş idi. Kriştiano ilə birlikdə gecə keçirdik. İndi başa düşürəm ki, o, məndən seks üçün istifadə edib. Amma yenə də təəssüflənmirəm. Çünki onunla bir gecə keçirmək mənim arzum idi”.
Komitə sədri: “Yerli icra hakimiyyətləri bələdiyyələrin fəaliyyətini məhdudlaşdırır”
“Dotasiya ilə bərabarər bələdiyyələrə subvensiya verilməlidir. Mən keçən dəfə də bu məsələni qaldırdım. Amma heç bir nəticə yoxdur. Mən başa düşmürəm bu laqeydlikdir yoxsa özlərini çətinliyə vermək istəmirlər?” “Olaylar”ın məlumatına görə, bunu Milli Məclisdə 2018-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.
Erməni iş adamının maşını atəşə tutulub
Ermənistanın Qeqarkunik rayonunda atışma baş verib. “İMPİQRA” tikinti şirkətinin rəhbəri Rubenin avtomobili Karçaxpur kəndində atəşə tutulub. Məlumata görə, hüquq-mühafizə orqanları atəş açan şəxsin kimliyini müəyyənləşdirib.
Rusiyada iflas səviyyəsi tarixi maksimuma yaxınlaşır
Bu ilin sentyabr ayında Rusiyada şirkətlərin iflas səviyyəsi 2009-cu ilin oktyabr ayında qeydə alınan tarixi maksimuma yaxınlaşıb. Bu məlumat Makroiqtisadi Təhlillər və Qısamüddətli Proqnozlaşdırma Mərkəzi tərəfindən hazırlanan icmalda verilib.
Səhiyyə Nazirliyinin zavodu qiymətli kağızlar bazarına daxil olmağa hazırlaşır
Səhiyyə Nazirliyi yanında Tibb Texnikasının Təmiri və Quraşdırma Baza Zavodu “Tibb Texnikasının Təmiri Zavodu” ASC-yə çevrilib. Onun sözlərinə görə, yeni müəssisənin nizamnamə kapitalı 1,85 mln. manat təşkil edəcək: “Dövriyyəyə hər birinin nominal dəyəri 2 manat olan 925 min ədəd səhm buraxılacaq".
Ermənistanda hərbi xidmətə getmək istəməyən tələbələrin etiraz aksiyası genişlənir
Yerevan Dövlət Universiteti tələbələrinin “Elmin inkişafı naminə” şüarı ilə keçirdikləri etiraz aksiyasına Ermənistanın başqa ali məktəblərində təhsil alanlar da qoşulacaq. Bunu “Elmin İnkişafı Naminə” hərəkatın korrdinatoru David Petrosyan bildirib. Onun sözlərinə görə, hərbi xidmətdən möhlət hüququnun ləğv edilməsi elm sahəsinin maliyyələşdirilməsinin azlığı və təhsilin keyfiyyətinin aşağı səviyyədə olmasının göstəricisidir: "Bunu da ölkədə hamı bilir".
Braziliya Qran-prisinin qalibi müəyyənləşdi
"Formula-1" maşınları sinfində avtomobil yarışları üzrə dünya çempionatında çıxış edən "Ferrari" komandasının alman pilotu Sebastyan Fettel Braziliya Qran-prisinin qalibi olub. Fettelin göstərdiyi yekun nəticə 1 saat 31 dəqiqə 26,260 saniyə təşkil edib. Yarışda ikinci yeri "Mercedes"in finlandiyalı pilotu Valtteri Bottas (+ 2,762 dəqiqə), üçüncü yeri Fettelin komanda yoldaşı, finlandiyalı Kimi Raykkonen (+ 4,600 dəqiqə) tutub.
Türkiyə İraqda zəlzələ zonasına axtarış-xilasetmə komandası göndərdi
Türkiyənin Fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə İdarəsi (AFAD) İraqda zəlzələ zonasına axtarış-xilasetmə komandası göndərib. Bunu Türkiyə Baş nazirinin müavini Rəcəb Akdağ deyib.
Whatsapp-dan göndərilən linkə diqqət: Qəbirstanlığa gedib...
Rusiyadan dünyaya yayılan və 142 yeniyetməni intihara sürükləyən mavi balina oyununun tələsindən xilas olan gənc başına gələnləri mətbuata danışıb. Rusiyada hazırlanan mavi balina oyunu bütün dünyaya təhlükə saçır. Bəzi ölkələrdə intiharların sayı artdığına görə oyuna girişə qadağa qoyulub.
Arvadını və körpəsini xilas etdi, özü diri-diri yandı - Müəllimin faciəsi - VİDEO
Noyabrın 11-də Abşeron rayonu Masazır qəsəbəsində yerləşən ümumi sahəsi 65 kv.m olan birmərtəbəli 3 otaqlı evdə gecə saatlarında yanğın baş verib. Həmin dəqiqələrdə evdə olan ailə üzvləri tüstünü hiss edərək, yuxudan oyanıbılar. Evin sahibi Əlibəndə Əliyev həyat yoldaşını və 2 azyaşlı uşağını evdən çıxartmağa nail olub. Özü isə tüstüdən huşunu itirərək yıxılıb. Qonşular kömək etmək istəsələr də, güclü alov içəri girməyə imkan verməyib. Yalnız Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadasının hadisəyə müdaxiləsindən sonra alov söndürülüb.
Arif Əsgərovun bacanağı: “Oğlum Elnar Əsgərovun dediyini edib”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Emil Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə E.Hüseynovun atası İsmayıl Hüseynov şahid qismində dindirilib. Bildirib ki, onun yanında kimsə kiməsə pul verməyib: "Mənim oğlum ortada vasitəçi olub. Pul alan məlum, verən məlum. Xahiş edirəm iş düzgün araşdırılsın. Mən oğlumun dövlət işində işlədiyini bilmişəm, başqa fəaliyyəti barədə xəbərim olmayıb. Baldızım oğlu Elnar Əsgərov ("Azərbaycan Dövlət Dəmir yolları" QSC-nin sabiq sədri Arif Əsgərovun oğlu- red.) deyib get ondan pul al, filankəsə ver, oğlum da onu edib".
23 ton narkotik vaistə YANDIRILDI
Əfqanıstanın qərbi - Herat vilayətində 23 ton narkotik maddə yandırılaraq məhv edilib. Olaylar.az bildirir ki, Əfqanıstan Narkotiklə Mübarizə nazirliyi bildirib ki, 10 ay ərzində Heratda 23 ton narkotik vaistə ələ keçirilib və müəyyən edilmiş ərazidə yandırılıb. Həmçinin, 33 narkotik ticarətlə məşğul olan şəxs həbs olunub.














