Whatsapp-dan göndərilən linkə diqqət: Qəbirstanlığa gedib...
Rusiyadan dünyaya yayılan və 142 yeniyetməni intihara sürükləyən mavi balina oyununun tələsindən xilas olan gənc başına gələnləri mətbuata danışıb. Rusiyada hazırlanan mavi balina oyunu bütün dünyaya təhlükə saçır. Bəzi ölkələrdə intiharların sayı artdığına görə oyuna girişə qadağa qoyulub.
13 Noyabr 2017 12:42 DünyaRusiyadan dünyaya yayılan və 142 yeniyetməni intihara sürükləyən mavi balina oyununun tələsindən xilas olan gənc başına gələnləri mətbuata danışıb. Rusiyada hazırlanan mavi balina oyunu bütün dünyaya təhlükə saçır. Bəzi ölkələrdə intiharların sayı artdığına görə oyuna girişə qadağa qoyulub.
Hindistanda özəl şirkətdə işləyən 22 yaşlı Aleksandr K. adlı oğlan açıqlamasında deyib: "Oyun 50 təlimatdan ibarətdir. Oyunun linkini Whatsapp-dakı qrupa əlavə etmişdilər. Nə olduğuna fikir vermədən linkə daxil oldum. Linkə daxil olduqda mavi balina oyunu açıldı və kontaktdakı bütün nömrələrim oğurlandı. Oyun adamda bağlılıq yaradır. Hər gecə saat 2-də oyanıb oyunun verdiyi təlimatları yerinə yetirirdim. Bir neçə gün sonra telefondakı şəkillərimin də ələ keçirildiyini öyrəndim.
Gecə yarısı qəbirstanlığa gedib, selfi çəkməyim tələb olundu. Hər gün qorxu içərisində yaşayırdım. Oyunu silə bilmirdim. Təlimatları rədd etdiyimdə Rusiya nömrəsindən zəng gəldi və məni təhdid etdilər. Daha sonra bədənimə kəsici alətlə balina şəkli çəkməyim tələb olundu. Qardaşım qolumu kəsəndə gördü, məni xəstəxanaya çatdırdı, hazırda yaxşıyam, psixoloji yardım alıram".
Qeyd edək ki, intihardan son anda xilas olan başqa bir qız da bir müddət əvvəl mətbuata açıqlama vermişdi. O bildirmişdi ki, oyunun verdiyi təlimatlarını rədd etdiyi zaman gələn zəngdə onun anasının öldürəcəklərini söyləmişdilər. Milli.az Türkiyə mətbuatına istinadla xəbər verir.