Gündəm
İmişlidə Avropa İttifaqının dəstəyi ilə dəyirmi masa keçirilib - FOTOLAR
“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin maliyyələşdirdiyi “Vətəndaş Cəmiyyətinin və Vətəndaşların Maraqlarının Müdafiəsi” layihəsi çərçivəsində 11 noyabr 2017-ci il tarixdə İmişli rayonunda Bələdiyyə - İcra hakimiyyəti və ictimai təşkilatlarla daha sıx əməkdaşlığın qurulması və birgə fəaliyyətlərin genişləndirilməsi məqsədi ilə yerli İcra hakimiyyəti - Bələdiyyə və ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib.
7 yaşlı həmyerlimizin beynəlxalq uğuru
Macarıstanın Pecs şəhərində Bədii gimnastika üzrə XIII Beynəlxalq Pecs Kuboku uğrunda yarışlar keçirilib. Olaylar.az bildirir ki, turnirdə iştirak edən həmyerlimiz Mina Abbasova fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq turnirin qızıl medalına layiq görülüb. Ev sahibi olan Macarıstanla yanaşı, 15-dən çox xarici ölkənin, o cümlədən, Xorvatiya, İsrail, Avstriya, Rusiya, Bosniya və Hersoqovina, Polşa, Serbiya, Birləşmiş Ərəb Əmirlikləri, İsveç, Almaniya, Moldova, Slovakiya, Sloveniya, Belçika və digər dövlətlərin təmsilçiləri iştirak edib.
İzmirdə Xəzər regionu ilə bağlı konfrans keçirildi
Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən “Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyi”nin və Dokuz Eylül Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin təşkilatçılığı ilə "Demoqrafik inkişaf və Xəzər dənizi kontekstində türkcə danışan ölkələr" adlı konfrans keçirilmişdir.
AĞLASIĞMAZ HADİSƏ: 22 yaşlı oğlan əsgərlikyə getməmək üçün elə bir addım atdı ki...
Vinnitsa şəhərinin gənc sakini əsgərlikdən yayınmaq üçün öz nənəsinin bacısı ilə evlənib. Bu barədə “Uktainskiye Vesti” qəzeti məlumat yayıb. Hərbi komissarlıqdan qəzetə bildirilib ki, 22 yaşlı Aleksandr çağırış vərəqəsini 25 oktyabrda alıb və artıq 6 gün sonra komissarlığa nikah haqqında qeydiyyat şəhadətnaməsi təqdim edib. "Ata çağırışçını hərbi komissarlığa gətirərək, dedi ki, o, orduya getməyəcək, çünki evlidir və onun xanımı birinci qrup əlildir", - hərbi komissar Aleksandr Danilyuk təəccübünü gizlətmir. Məlumat üçün onu da qeyd edək ki, gəncin evləndiyi Zina adlı qoca qadın onun ata tərəfdən nənəsinin bacısıdır. Hüquqşünasların sözlərinə görə, himayəni rəsmiləşdirmək təcrübəsi indi Ukraynada geniş yayılıb.
İranda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları var? - Baş konsulluqdan AÇIQLAMA
İlkin məlumatlara görə, İranda baş verən zəlzələ zamanı ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur. Bu barədə Azərbaycanın İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğundan məlumat verilib. Diplomatik nümayəndəlikdən bildirilib ki, İranın müvafiq qurumlarından bu barədə məlumat daxil olmayıb. Həmçinin İranda yaşayan və konsulluqda qeydiyyat alınmış Azərbaycan vətəndaşlarından heç kim müraciət etməyib.
Bahar Muradova: “Azərbaycanın Minsk qrupunun həmsədrlərindən dəyişiklik tələb etməkdə haqlıdır”
“Əgər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prosesin zahiri tərəfinə nəzər yetirsək görərik ki, bu məsələ haqqında çox danışılır, çoxsaylı səfərlər olur, görüşlər keçirilir, söyləmək olar ki, ATƏT-in Minsk qrupu missiyasını yerinə yetirməklə məşğuldur, amma fəaliyyətin nəticəsinə qiymət versək, əlbəttə ki, bunu qənaətbəxş hesab etmək olmaz”. “Olaylar” xəbər verir ki, bunu trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.
Sevinc Həsənova: “Gələn il Azərbaycanın qeyri-neft sənayesi 7,8 faiz artacaq”
Azərbaycanın qeyri-neft sənayesi 2018-ci ildə 7,8 faiz artacaq.“Olaylar” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Milli Məclisin İnsan hüquqları, Regional məsələlər, Hüquq siyasəti və dövlət quruculuğu, Mədəniyyət, Gənclər və idman komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Elçin Quliyevə 15 illik HƏBS TƏLƏBİ
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Bu gün Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.
Putin seçkilərlə bağlı qərarını nə vaxt açıqlayacaq? - SSENARİLƏR
Kremldə Rusiya prezidenti Vladimir Putinin növbəti prezident seçkilərində iştirakı ilə bağlı ssenarilər müzakirə edilir. RBK telekanalının mənbələrinə görə, iki yanaşma mövcuddur. Birinci yanaşma ondan ibarətdir ki, Putin Federasiya Şurası tərəfindən seçkilərin dəqiq vaxtı açıqlanandan sonra istəyini açıqlayacaq. Parlamentin yuxarı palatası seçkilərin dəqiq tarixini 7-17 dekabr tarixlərində elan edəcək.
3 min illik qala tapıldı
Türkiyədə, Van gölü ətrafında, suyun dərinliklərində aparılan araşdırmalar zamanı 3 min il əvvələ aid olduğu ehtimal olunan qalanın qalıqları tapılıb. Tarixi qala Van gölündə suyun səviyyəsinin normadan artıq (təxminən 160 metr) qalxması nəticəsində su altında qalıb. Arxeoloqların fikrincə, sözügedən qala Urartu dövlətinin dövründə inşa edilib.
Əməkdar artistin çəkiliş zamanı ürəyi dayandı... - "Vicdan haqqı"nda şok olay
ATV-də yayımlanan “Vicdan haqqı” serialının Minayəsi, əməkdar artist Hicran Nəsirova ölümdən dönüb. Açıqlama verən aktrisa serialın son çəkilişləri zamanı başına gələn hadisəni danışıb: “Mən lap gənclik illərimdən bəri təbii oynamağa üstünlük vermişəm. Bu, mənim özümdən asılı deyil, serialı da real həyat hesab edirəm və olduğum kimi davranıram. Buna görə də uzun müddət hadisələrin təsirindən çıxa bilmirəm. Fikirləşirəm ki, Nərgizlə Fariz doğrudan da mənim nəvələrimdir. Hər səhnənin çəkilişindən sonra sarsıntı keçirirəm.
Günaydan qalmaqallı sözlər: "İradənin Azərbaycan şou-biznesində yeri yoxdur"
"ATV maqazin onlarla" verilişinin "Hit parad" rubrikasının qonağı müğənni Günay İbrahimli olub. Sənətçi ən çox sevdiyi on mahnını sıralayıb. Günay Murad Arifin "Partlat" mahnısını sonuncu sıraya qoyub: "Murad Arifin adını qarışqa qoymuşam. Amma "Patlat" mahnısı mənim zövqümdə deyil. Yalan danışmayım, mahnı hit deyil. Ramalın mahnısı yeni işıq üzü görüb. Bir aydan sonra bəlkə partladı, amma indi yox. Siyahıda doqquzuncu olsun".
Daha 151 dövlət əmlak hərraca çıxarılacaq
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dekabrın 12-də növbəti hərrac keçiriləcək. Komitədən “Olaylar” verilən məlumata görə, hərraca ümumilikdə 151 dövlət əmlakı çıxarılacaq. Bunlardan 19-u səhmdar cəmiyyəti, 70-i kiçik dövlət müəssisə və obyekti, 62-i istifadəsiz qeyri-yaşayış sahəsidir.
Heydər Əsədov Bərdədə qəbul keçirəcək
Kənd təsərrüfatı naziri Heydər Əsədov 17 noyabr 2017-ci il tarixində, saat 11:00-da Bərdə rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Bərdə, Ağcabədi, Ağdam, Tərtər və Laçın rayonlarının sakinləri ilə görüşəcək.
Nazir müavini: “İKT sektorunda artım olacaq”
“2018-ci ildə Azərbaycanın turizm sektorunun 6,6% , daha sonrakı 3 ildə isə 6%-dən çox artacağı proqnozlaşdırlır”. "Olaylar” xəbər verir ki, bunu Milli Məclisdə 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı çıxış edən iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

.jpg)












