AĞLASIĞMAZ HADİSƏ: 22 yaşlı oğlan əsgərlikyə getməmək üçün elə bir addım atdı ki...
Vinnitsa şəhərinin gənc sakini əsgərlikdən yayınmaq üçün öz nənəsinin bacısı ilə evlənib. Bu barədə “Uktainskiye Vesti” qəzeti məlumat yayıb. Hərbi komissarlıqdan qəzetə bildirilib ki, 22 yaşlı Aleksandr çağırış vərəqəsini 25 oktyabrda alıb və artıq 6 gün sonra komissarlığa nikah haqqında qeydiyyat şəhadətnaməsi təqdim edib. "Ata çağırışçını hərbi komissarlığa gətirərək, dedi ki, o, orduya getməyəcək, çünki evlidir və onun xanımı birinci qrup əlildir", - hərbi komissar Aleksandr Danilyuk təəccübünü gizlətmir. Məlumat üçün onu da qeyd edək ki, gəncin evləndiyi Zina adlı qoca qadın onun ata tərəfdən nənəsinin bacısıdır. Hüquqşünasların sözlərinə görə, himayəni rəsmiləşdirmək təcrübəsi indi Ukraynada geniş yayılıb.
13 Noyabr 2017 13:38 DünyaVinnitsa şəhərinin gənc sakini əsgərlikdən yayınmaq üçün öz nənəsinin bacısı ilə evlənib. Bu barədə "Uktainskiye Vesti" qəzeti məlumat yayıb. Hərbi komissarlıqdan qəzetə bildirilib ki, 22 yaşlı Aleksandr çağırış vərəqəsini 25 oktyabrda alıb və artıq 6 gün sonra komissarlığa nikah haqqında qeydiyyat şəhadətnaməsi təqdim edib. "Ata çağırışçını hərbi komissarlığa gətirərək, dedi ki, o, orduya getməyəcək, çünki evlidir və onun xanımı birinci qrup əlildir", - hərbi komissar Aleksandr Danilyuk təəccübünü gizlətmir. Məlumat üçün onu da qeyd edək ki, gəncin evləndiyi Zina adlı qoca qadın onun ata tərəfdən nənəsinin bacısıdır. Hüquqşünasların sözlərinə görə, himayəni rəsmiləşdirmək təcrübəsi indi Ukraynada geniş yayılıb.
Hərçənd nikah qeydə alınıb, hərbçilər qərardan məhkəməyə şikayət etməyə hazırlaşırlar. Hərbi komissarlıqda ironiya ilə həmçinin qeyd ediblər ki, Aleksandr arvadının sağlamlığına ciddi fikir verməlidir ki, o, ən azı beş il yaşasın. Çünki gənc 27 yaşa qədər hərbi xidmətə çağırılacaq. Publika.az