Rusiyada iflas səviyyəsi tarixi maksimuma yaxınlaşır
Bu ilin sentyabr ayında Rusiyada şirkətlərin iflas səviyyəsi 2009-cu ilin oktyabr ayında qeydə alınan tarixi maksimuma yaxınlaşıb. Bu məlumat Makroiqtisadi Təhlillər və Qısamüddətli Proqnozlaşdırma Mərkəzi tərəfindən hazırlanan icmalda verilib.
13 Noyabr 2017 12:55 DünyaBu ilin sentyabr ayında Rusiyada şirkətlərin iflas səviyyəsi 2009-cu ilin oktyabr ayında qeydə alınan tarixi maksimuma yaxınlaşıb. Bu məlumat Makroiqtisadi Təhlillər və Qısamüddətli Proqnozlaşdırma Mərkəzi tərəfindən hazırlanan icmalda verilib.
İcmalda bildirilir ki, 2017-ci ilin III rübündə əvvəlki rüblə müqayisədə 3%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 12,4% çox şirkət iflas edib. Sentyabr ayının iflas göstəricisi 2009-cu ilin oktyabr ayının tarixi maksimumundan cəmi 2,1% azdır.
Ən pis vəziyyət inşaat sektorunda qeydə alınıb. Sentyabrda bu sektorda tarixi rekord sayda - 242 şirkət iflas edib. Ticarət, qida sənayesi və maşınqayırma sektorlarında iflaslar müvafiq olaraq 300, 33 və 29 vahid təşkil edib və maksimal həddə yaxınlaşıb.
Mərkəzin hazırladığı icmalda bildirilir ki, iflaslara əsas səbəb istehlakçı inamının azalması nəticəsində müsbət əhval-ruhiyyənin itməsidir. Belə ki, son 12 rübdə ardıcıl olaraq əhalinin real gəlirləri azalmağa davam edir. Report.az RİA "Novosti" agentliyinə istinadən xəbər verir.