Gündəm
Rəşid doktor: “Yeri-göyü yaradan bir qüvvə var və mən ona inanıram"
Seysmoloq: "İraq-İran sərhədində baş verən zəlzələ regionda son illərin ən güclü təbii fəlakəti olub"
"İraq-İran sərhədi yaxınlığında baş verən zəlzələ regionda son illərin ən güclü təbii fəlakəti olub". Bunu Sauthempton Universitetinin (Böyük Britaniya) seysmoloqu Stiven Hiks deyib.
İlk vəzifə tamamladı, ikinci vəzifə bu ölkələri parçalamaqdır - ŞOK PLAN
Suriya və İraqda xəritənin 65 faizini dəyişdirən İŞİD terror təşkilatı PKK və peşmərgənin fəaliyyəti üçün əlverişli şərait yaradaraq ilk vəzifəsini tamamlayıb. Terror təşkilatı sözçüsü 6 dəqiqəlik video müraciəti ilə “çölə qayıdış” qərarını açıqlayıb.
"Azərbaycan qlobal əhəmiyyətli mərkəzə çevrilib" MÖVQE
"Azərbaycan dünya miqyasında böyük nüfuza malik olan bir dövlətdir. Ölkəmiz beynəlxalq birliyin müstəqil üzvü kimi öz mənafelərini qarşılıqlı hörmət prinsipi çərçivəsində həyata keçirir". Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, deputat Sevinc Fətəliyeva deyib. Onun sözlərinə görə, ölkəmiz təkcə siyasi, iqtisadi məsələlərdə deyil, humanitar, mədəni sahələrdə də yeni qlobal mərkəz rolunu oynayır.
Tikintidə çalışanların əmək haqqı azalıb
2017-ci ilin yanvar-sentyabr aylarında tikinti sahəsində çalışan muzdlu işçilərin orta siyahı sayı 102,9 min nəfər təşkil edib.“Olaylar” xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, onların 53,0 min nəfəri binaların tikintisində, 24,9 min nəfəri mülki təyinatlı inşaat işlərində, 25,0 min nəfəri isə ixtisaslaşdırılmış tikinti işlərində çalışıb.
Yük maşınında qumbara tapılıb
Dövlət Gömrük Komitəsi (DGK) Astara Gömrük İdarəsinin yük şöbəsində İrandan daxil olan yük nəqliyyat vasitəsinə gömrük nəzarəti həyata keçirilib. “Olaylar” DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı Azərbaycan vətəndaşı Həşimov Əkbərağa Maşalla oğlunun idarə etdiyi “Kamaz” markalı, 44BM570/44ZA357 nömrəli həmin nəqliyyat vasitəsinin kabinəsində, arxa hissədə yataq üçün nəzərdə tutulmuş döşəyin altında döyüş sursatı hesab edilən “F-1” markalı, müdafiə təyinatlı 1 ədəd əl qumbarası aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Eks nazir oxucuları ilə görüşdü
Türkiyənin keçmiş baş naziri Əhmət Davudoğlu İstanbul kitab sərgisində oxucuları ilə görüşüb. Olaylar.az bildirir ki, "Duruş: Gənclərlə Üz Üzə"adlanan kitab Kürə nəşriyyatında işıq üzü görüb.
Gələn il 33 rayon büdcəsini öz gəlirləri hesabına formalaşdıracaq
“2018-ci il büdcəsi hazırlanan zaman hər hansı qaranlıq məqamlara yer qoyulmayıb”. “Olaylar” xəbər verir ki, bunu parlamentin vitse-spikeri, insan haqqları komitəsinin sədri Bahar Muradova 2018-ci il büdcə zərfinin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, 2018-ci ilin büdcə zərfi 2016-2017-ci ilin inkişaf istiqamətləri, beynəlxalq miqyasdakı risqlər nəzərə alınaraq hazırlanıb. Büdcə zərfi respublikanın regionlarının tarazlıq inkişafi və yerli potensialı nəzərə alanaraq hazırlanıb.
Konte “Qarabağ”la oyun üçün narahatdı
Çempionlar Liqasında "Qarabağ"la eyni qrupda yer alan "Çelsi"nin daha bir aparıcı futbolçusu sıradan çıxıb. "Zadəganlar"ın ulduzu Eden Azar zədələnib.
Baş məşqçi tənqidlə üzləşdi: "Ndlovu oynasaydı..."
DÇ-2018-in seçmə mərhələsində öz meydanında Seneqala uduzan (0:2) CAR yığmasının baş məşqçisi Stüart Bakster ölkəsində tənqidlə üzləşib. Yerli mətbuat təcrübəli çalışdırıcını bu oyuna buraxdığı heyətə görə qınayıb. Komandanın özünə əmin olmadığını və stabil oyun göstərməyi vurğulayan həmkarlarımız bəzi futbolçuların "11-lik"dən kənarda qalmasına sərt reaksiya göstəriblər. Bakster "Qarabağ"ın hücumçusu Dino Ndlovuya görə də tənqid atəşinə tuş gəlib.
Ərdoğan Ramil Quliyevdən danışıb
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan idmanda milliləşdirmənin əleyhinə olmadığını açıqlayıb. "NTV Spor"un qonağı olan dövlət başçısı bu praktikadan bütün dünyada istifadə edildiyini söyləyib. Onun fikrincə, milliləşdirməyə neqativ yanaşmaq faydalı deyil: "İngiltərə, Fransada əcnəbilər oynayır. Kaş ki, öz soyumuzdan olub, torpaqlarımızda yetişərdilər. Lakin bu olmursa və dünyanın bir gerçəyidirsə, buna mənfi baxmağın faydası olmaz".
Amerikalı nazir son nöqtəni qoydu: “Rusiyanın seçkilərə müdaxiləsi...”
“Rusiyanın müdaxiləsi, əslində, ABŞ-dakı seçkilərə heç bir təsir etməyib”. Bu haqda ABŞ-ın maliyyə naziri Stiven Mnuçin CBS telekanalına müsahibəsində deyib. “Heç kim düşünmür ki, Rusiyanın müdaxiləsinin seçkilərə hansısa təsiri olub. Düşünürəm ki, Amerika ictimaiyyəti daha əhəmiyyətli məsələlərə keçməlidir: vergi islahatı, xarici siyasət və sair. Prezident diqqətini indi Şimali Koreya və Suriya kimi əhəmiyyətli məsələlərə yönəldib”, - nazir vurğulayıb.
Səudiyyə Ərəbistanında qadınlar üçün daha bir İLK
Səudiyyə Ərəbistanında ilk dəfə qadınlar üçün basketbol turniri təşkil edilib. Turnirin ilk müsabiqəsi Ciddə şəhərindəki “Kral Abdullah” Stadionunda keçirilib. Səudiyyə Ərəbistanı Şurasının idarə heyətinin üzvü Lena əl-Maena müsabiqənin qadınlarda idmana olan həvəsi və ehtirası ortaya çıxardığını deyib. O, bu turnirin gələcəkdə müxtəlif idman növləri üzrə böyük tədbirlərin təşkil edilməsi üçün bir qapı açdığını vurğulayıb.
Təhsil Nazirliyindən tətil günləri ilə bağlı AÇIQLAMA
Təhsil Nazirliyi məktəblilərin payız tətili günləri ilə bağlı açıqlama verib. Nazirlikdən verilən məlumata görə, 2017-2018-ci dərs ilinin ilk tətili - payız tətili 16-20 noyabr tarixlərində olacaq: "Şagirdlər noyabrın 16-da dərsə getməyəcəklər. Həmin gün tətilin ilk günü olacaq. Noyabrın 21-də isə dərs başlayır".
"Səni biabır edərəm" - Acun Hadiseyə XƏBƏRDARLIQ ETDİ - VİDEO
"O Ses Türkiye"nin növbəti buraxlışına Acun-Hadise dialoqu damğasını vurub.



.jpg)










