"Səni biabır edərəm" - Acun Hadiseyə XƏBƏRDARLIQ ETDİ - VİDEO
"O Ses Türkiye"nin növbəti buraxlışına Acun-Hadise dialoqu damğasını vurub.
13 Noyabr 2017 11:51 Dünya"O Ses Türkiye"nin növbəti buraxlışına Acun-Hadise dialoqu damğasını vurub. Acun "Survivor"a söz verib, getməyən Hadiseni tamaşaçıların önündə növbəti dəfə söz atəşinə tutub: Cütlüyün sözügedən dialoqunu təqdim edirik:
- Dostlar, bilirsiniz, yəqin. Hadise Dominikana ("Survivor") gedəcəyinə söz verdi və gəlmədi. Hətta Dodanı ("O Ses Türkiye"nin ötən mövsümkü qalibi) aparacam dedi. Onu da etmədi.
- Mənlə əlaqəsi yoxdur. Dodan bura gəldiyi zaman özü deyər hər şeyi.
- Özün də "gələcəm" sözü verdin, özün də gəlmədin. Hadise amma 2 addım aralıda, dostlarının toy məclisində əyləndi. Hadise bu mövsüm gələcəyinə söz verdi, gələcək.
- Söz verib, birdən gələ bilməsəm, bəs?
- Səni biabır edərəm.
Milli.az