Amerikalı nazir son nöqtəni qoydu: “Rusiyanın seçkilərə müdaxiləsi...”

“Rusiyanın müdaxiləsi, əslində, ABŞ-dakı seçkilərə heç bir təsir etməyib”. Bu haqda ABŞ-ın maliyyə naziri Stiven Mnuçin CBS telekanalına müsahibəsində deyib. “Heç kim düşünmür ki, Rusiyanın müdaxiləsinin seçkilərə hansısa təsiri olub. Düşünürəm ki, Amerika ictimaiyyəti daha əhəmiyyətli məsələlərə keçməlidir: vergi islahatı, xarici siyasət və sair. Prezident diqqətini indi Şimali Koreya və Suriya kimi əhəmiyyətli məsələlərə yönəldib”, - nazir vurğulayıb.

"Rusiyanın müdaxiləsi, əslində, ABŞ-dakı seçkilərə heç bir təsir etməyib". Bu haqda ABŞ-ın maliyyə naziri Stiven Mnuçin CBS telekanalına müsahibəsində deyib. "Heç kim düşünmür ki, Rusiyanın müdaxiləsinin seçkilərə hansısa təsiri olub. Düşünürəm ki, Amerika ictimaiyyəti daha əhəmiyyətli məsələlərə keçməlidir: vergi islahatı, xarici siyasət və sair. Prezident diqqətini indi Şimali Koreya və Suriya kimi əhəmiyyətli məsələlərə yönəldib", - nazir vurğulayıb.

Qeyd edək ki, Konqresdə Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi haqqında müstəqil araşdırma gedir. Analoji araşdırmanı həmçinin FTB aparır. Publika.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31