Türkiyə İraqda zəlzələ zonasına axtarış-xilasetmə komandası göndərdi
Türkiyənin Fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə İdarəsi (AFAD) İraqda zəlzələ zonasına axtarış-xilasetmə komandası göndərib. Bunu Türkiyə Baş nazirinin müavini Rəcəb Akdağ deyib.
13 Noyabr 2017 12:44 DünyaTürkiyənin Fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə İdarəsi (AFAD) İraqda zəlzələ zonasına axtarış-xilasetmə komandası göndərib. Bunu Türkiyə Baş nazirinin müavini Rəcəb Akdağ deyib.
O qeyd edib ki, 30 xilasedici artıq Türkiyə-İraq sərhədindədir, daha 70 xilasedici isə ölkənin şərqinə göndəriləcək.
Qeyd edək ki, ötən gün axşam saatlarında İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 207-yə çatıb. Yaralıların sayı isə 2500-ə çatıb. İraqın şimalında isə təbii fəlakət nəticəsində 6 nəfər ölüb, 200-dən çox yaralı var. Trend.az