Gündəm

Elmar Məmmədyarov Moskvaya gedir

14 Noyabr 2017 14:01

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 16-da Moskvaya işgüzar səfər edəcək. XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, səfər əsnasında Moskvada xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub.

Hava küləkli, yağmurlu olacaq

14 Noyabr 2017 13:53

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, noyabrın 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-13° isti, gündüz 15-18° isti olacağı gözlənilir. Bakıda gecə 11-13° isti, gündüz 15-17° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

Politoloq: “Rusiya başa düşür ki, Azərbaycan öz mövqeyindən geri çəkilməyəcək”

14 Noyabr 2017 13:50

"Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşündən sonra hər iki ölkənin XİN rəhbərlərinə tapşırıq verilib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı görüşlər keçirsinlər, əməli formatda müzakirələr aparılsın. Hər hansı texniki məsələlər ortaya çıxarsa onlar mövqe bildirsinlər".

Qulağıniza 2 damcı tökün, eşıtməniz 97% -ə qədər yaxşılaşacaq!

14 Noyabr 2017 13:48

Qulağıniza 2 damcı tökün, eşıtməniz 97% -ə qədər yaxşılaşacaq! Hətta bu təbii vasitə 80- 90 yaşlı qocalara da kömək edir.

Tərtər Konserv Açıq Səhmdar Cəmiyyəti özəlləşdirildi

14 Noyabr 2017 13:42

Noyabrın 14-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.Komitədən “Olaylar”a verilən məlumata görə, hərracda özəlləşdirilən kiçik dövlət müəssisələri Masallı və Daşkəsən şəhərlərində yerləşir. Həmin kiçik dövlət müəssisələri xidmət və kənd təsərrüfatı sahələrində əlverişli hesab edilir. Belə ki, Masallıda yerləşən ümumi faydalı sahəsi 558,5 kv.m olan obyekt xidmət sahəsinə aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir.

Braziliyanın xarici əlaqələr naziri Azərbaycana gəlir

14 Noyabr 2017 13:40

Braziliya Federativ Respublikasının xarici əlaqələr naziri Aloysio Nunes Ferreira 15 noyabrda Azərbaycanda rəsmi səfərdə olacaq. XİN-dən “Olaylar”a verilən məlumata görə, səfər çərçivəsində nazir Aloysio Nunes Ferreiranın xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Müəllimdən ŞOK HƏRƏKƏT: tələbələrini iş adı ilə KİŞİLƏRƏ SATIRMIŞ

14 Noyabr 2017 13:38

Ukraynada xoreoqrafiyadan dərs keçən məktəb müəllimi öz tələbələri olan qızları seks-köləlik məqsədilə Türkiyəyə satırmış. Zərərçəkənlər bu barədə REN TV-yə danışıblar.Nikolayev şəhərindən olan rəqqasın kriminal bizneslə məşğul olduğu ortaya çıxıb. “Türkiyəyə yola düşən qızlar əmin idilər ki, onlar yaxşı pul müqabilində gecə klubunda rəqqasə işləməyə gedirlər, ancaq nəticədə girovlara çevrilərək məcburi seksə sürüklənirdilər”, - deyə zərərçəkən bir qızın vəkili kanala bildirib.

Cəza üsulu uşaqların tərbiyəsində nə dərəcədə mühüm rol oynayır?

14 Noyabr 2017 13:36

Son illərdə qeydə alınan cinayət hallarında müşahidə edilən mənfi tendensiyalardan biri də gənclərin, bəzən isə azyaşlı uşaqlarına cinayət törədənlər arasında yer almasıdır. Bəzən bilərəkdən, bəzən isə kortəbii şəkildə törədilən bu cinayətlər uşaqların müəyyən cəzalar almasına gətirib çıxarır. Bir qayda olaraq bu kimi mənfi hallarda üzləşdiyimizdə isə birmənalı şəkildə həmin uşağın ailəsi, valideynləri hədəf seçilir, uşağın belə bir arzuolunmaz situasiya ilə qarşılaşmasında onların günahkar olduğu vurğulanır. Və haqlı olaraq qeyd edilir ki, uşaq ailədə, valideynləri tərəfindən zamanında düzgün tərbiyə edilsə, son nəticədə qeyd etdiyimiz mənfi hallarla üzləşməzdi.

Türk düşməni Stalinin Xəzəri yoxetmə planı

14 Noyabr 2017 13:34

Bir neçə ay əvvəl uzun illər DTK –ya (KQB) rəhbərlik edən İvan Serovun hərfi olaraq tərcüməsi bu şəkildə olan “ Çamadandan qeydlər” (“Записки из чемодана “)xatirələr kitabı əlimə keçdi. Kitabı oxuduğum zaman çox maraqlı bir məlumat gördüm , bu türklərə və bütün müsəlman xalqlara nifrət bəsləyən İosif Stalinin Xəzər dənizini neft üçün qurutmaq niyyəti olduğu haqqında absurd düşüncələri idi. İ.Serov bu mövzu ilə əlaqədar cəmi bir neçə kəlmə yazmışdı, ancaq mən bu məsələni araşdırmağa qərar verdim.

Məşhur gürcü rejissorunun tamaşası Musiqili Teatrda

14 Noyabr 2017 13:34

Noyabrın 14 – 15 tarixlərində Terrens Maknellinin “Mariya Kallas – Dərs” tamaşası dünya şöhrətli, məşhur gürcü rejissoru, SSRİ Xalq artisti Robert Sturuanın quruluşunda Musiqili Teatrında nümayiş olunacaq. Qurumun Mətbuat xidmətindən Olaylar.az – a verilən məlumata görə, tamaşaların nümayişi Şota Rustaveli adına Tiflis Dövlət Dram Teatrının ölkəmizə qastrol səfəri çərçivəsində baş tutacaq.

Yaxın Şərq yenidən çaxnaşmaya hazır vəziyyətdə

14 Noyabr 2017 13:31

Son bir neçə gündür ki, Ər-Riyad bütün diqqətləri özünə cəmləşdirib. İslam dünyasının mərkəzi kimi tanınan Səudiyyədə bir-birinin ardınca baş verən həbslər, müəmmalı qəza və ölkənin tanınmış bir neçə simasının həmin qəzada həlak olması, eləcə də qonşu Livanın baş nazirinin öz ölkəsini qoyub, gəlib Səudiyyədə istefa verməsi barədə bəyanatla çıxış etməsi Ər-Riyadın həm daxili, həm də xarici siyasətdə radikal addımlar atması kimi dəyərləndirilsə də, amma sadaladığımız amillər və proseslərin arxasında kənar təsirlərin olduğu da istisna edilmir. Hər halda Səudiyyə rəhbərliyinin Birləşmiş Ştatlarla sıx əməkdaşlığı belə deməyə əsas verir.

Birləşmiş Ərəb Əmirlikləri-İran qarşıdurması dövlətlərarası münaqişələr prizmasında

14 Noyabr 2017 13:29

Dövlətlərarası münaqişələr beynəlxalq münasibətlər sistemində mühüm yer tutur və onlar beynəlxalq münaqişələrin tərkib hissəsi hesab olunur. Dövlətlərarsı münaqişələri Beynəlxalq münaqişələrlə birləşdirən cəhətlər olduğu kimi onları bir-birindən ayıran xüsusiyyətlər də mövcuddur.

Radikalizmi dini inanclar üzərində qurulmuş bir düşüncə sistemi hesab etmək yanlışdır

14 Noyabr 2017 13:28

Son vaxtlar mətbuatda 200 azərbaycanlı qadının İŞİD-lə əlaqədə şübhəli bilinərək İraq ordusu tərəfindən həbs olunduqları barədə məlumatlar yayılıb. Keçən ay isə radikal qrupların sıralarına qoşulan azərbaycanlıların rəsmi statistikası açıqlandı. Açıqlamaya görə, bu günə qədər radikal qruplara qoşulan azərbaycanlıların sayı 900 nəfərdir.

Azərbaycan dövləti İslam dini dəyərlərinə sadiqdir

14 Noyabr 2017 13:24

Multikulturalizm hazırda Azərbaycanda gedən demokratik proseslərin ayrılmaz tərkib hissəsi kimi çıxış edir. Bu çərçivədə həyata keçirilən tədbirlər isə ölkəmizdə multikultural təhlükəsizliyin intellektual göstəricilərinin artıq formalaşdığını təsdiqləyir. Digər tərəfdən, Azərbaycanda multikultural təhlükəsizliyin təmin olunmasına sistemli yanaşmanın mövcudluğundan xəbər verir.

Hər bir işğalçı erməni hərbçisini faciəvi sonluq gözlədiyini onlara yaşatmalıyıq 

14 Noyabr 2017 13:21

Son illər Azərbaycan Silahlı Qüvvələrinin müasir silahlar və texnika ilə təchiz olunması, orduda hərbi vətənpərvərlik hisslərinin əsaslı dərəcədə artması düşmən cəbhəsində ciddi təşviş yaradıb. Artıq Silahlı Qüvvələrimiz elə bir gücə, potensiala malikdir ki, ölkəmizə qarşı yönələn istənilən təxribatı, təhdidi dəf edə bilər.