Gündəm
Prosineçki: “Hələ heç nə bilmirəm”
Mətbuat yenə öz işindədi. Adımı müxtəlif yığmalarla birgə hallandırırlar. Bu sözləri xorvatiyalı məşqçi Robert Prosineçki deyib. Millimizlə müqaviləsinin müddəti gələn ay başa çatacaq 48 yaşlı çalışdırıcı ölkəsinin mətbuatına müsahibə verib.
Barzani: "Müstəqillik referendumunun ləğvi haqqında qərara tabe olacağıq”
İraqın şimalındakı Kürd Muxtar Əyalətinin hökuməti mərkəzi hakimiyyətin sentyabrın 25-də muxtariyyətdə keçirilən "müstəqillik" referendumun nəticələrinin ləğv olunması barədə qərarına tabe olacağını açıqlayıb.
Rusiya və Ermənistan birgə hərbi təlimlər keçirib
Rusiya və Ermənistan birgə hərbi təlimlər keçirib. Bu haqda Rusiyanın Cənub Hərbi Dairəsi məlumat yayıb. Hərbi təlimlər Cənub Hərbi Dairəsinin Ermənistandakı bazasında keçirilib və orada xidmət edən rus hərbçilərlə yerli qüvvələr iştirak edib. Təlimdə Ermənistan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının vəsaitlərindən istifadə olunub.
“Qulaqcıqlar piyadaların ölüm səbəbidir” – Yol polisindən SOS
“Bu il ərzində yol nəqliyyat hadisələrinin sayı azalıb. Lakin piyadaların vurulması ümumi hadisələrin 67 faizini təşkil edir ki, bu da ciddi rəqəmdir”. Bu barədə Bakı şəhər Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
İranın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirildi
İranın Azərbaycandakı səfirliyində İslam Respublikasında baş verən dağıdıcı zəlzələ nəticəsində həlak olanların xatirəsini anmaq məqsədi ilə elan edilən matəmlə əlaqədar dövlət bayrağı endirilib.
Antalyada qasırğa 38 nəfərin yaralanmasına səbəb oldu
Türkiyənin Antalya vilayətinin bəzi rayonlarında qasırğa tüğyan edib. Yerli mətbuat yazır ki, şiddətli yağıntı ilə müşayiət olunan qasırğa 38 nəfərin xəsarət almasına səbəb olub. Təbiət hadisəsi nəticəsində Kaş, Kemer və digər rayonlarda bir çox tikililərə ciddi ziyan dəyib. Xəsarət alanlar arasında xarici turistlərin olmadığı qeyd olunur.
Telman İsmayılov müğənni Avraam Russonu öldürmək istəyirdi
Rusiya hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilmiş azərbaycanlı iş adamı Telman İsmayılov barədə sensasion iddia açıqlanıb. İstintaqın əlində olan materiallara görə, Telman İsmayılov Rusiya Dövlət Bədən Tərbiyəsi Universitetinin prorektoru Mixail Bodinin qətlə yetirilməsində şübhəli bilinir.
Azərbaycanın birinci vitse-prezidentindən YENİ XƏBƏR var
Azərbaycan Respublikasının birinci vitse-prezidentinin yeni köməkçisi təyin edilib. Məlumata görə, Gündüz Kərimov birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi təyin olunub.
Kadıköy'de lüks bir otomobil içerisinde erkek cesedi bulundu
Kadıköy Acıbadem'de yol kenarında park halindeki otomobilin içinde hareketsiz yatan kişiyi görenler durumu polise bildirdi. Olay yerine gelen polis ve sağlık ekipleri, 52 yaşındaki İbrahim Nar'ın öldüğünü belirledi. Başından vurulduğu belirtilen Nar'ın yanında silah bulundu. Kadıköy'de lüks bir otomobilde başından vurulmuş halde bulunan 52 yaşındaki İbrahim Nar'ın intihar ettiği belirlendi. Olay yerine koşan Nar'ın yakınları gözyaşlarına boğuldu.
Ankara Qarabağ probleminin həllində Moskvadan dəstək ala bilmədi
Türkiyə və Rusiya prezidentlərinin daha bir görüşü reallaşdı. Ötən gün Soçidə bir araya gələn Putin və Ərdoğan arasında keçirilən görüşdə bir sıra regional məsələlər eləcə də ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıldı. Hələ Soçi görüşündən əvvəl belə bir fikir səsləndirilirdi ki, Ərdoğanla Putinin əsas müzakirə mövzusu Dağlıq Qarabağ problemi olacaq. Ancaq görüşdən sonra verilən açıqlamalarda bu əksini tapmırdı.
Millimizin futbolçusu azarkeşi təhqir edib, söhbətə çağırdı
21 yaşlılardan ibarət yığmamızın və "Neftçi"nin futbolçusu Elnur Cəfərov yenidən gündəmə gəlib. Bəstəboy hücumçu bu dəfə də oyunu ilə yox, özünü apara bilməməyi ilə seçilib. Noyabrın 8-də evdə Almaniyadan alınan 0:7 hesablı yenilgidə 90 dəqiqə meydanda olan Elnur 5 gün ərzinə ikinci dəfə sosial şəbəkədə diqqəti cəlb edib. Fiaskodan bir gün sonra bahalı maşında gülə-gülə şəklini paylaşan millimizin 20 yaşlı "qoçu"su indi də onun çıxışından narazı olan azarkeşi təhqir edərək, söhbətə çağırıb.
Daha 3 futbolçu İtaliya millisindən ayrıldı
Canluici Buffondan sonra İtaliya millisinin daha 3 futbolçusu yığmadakı karyerasını başa vurub. Məlumata görə, onlar Daniele de Rossi, Andrea Barzagli və Corcio Kyellinidir. Sözügedən oyunçular DÇ-2018-in pley-off mərhələsində İsveçlə cavab görüşündən sonra bu qərarı veriblər.
Rusiyadan ağır ittiham: ABŞ İŞİD-i dəstəkləyir
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya İŞİD terror təşkilatını dəstəkləyir. Məlumata görə, belə bəyanatlar Rusiya Müdafiə Nazirliyi çıxış edib.
"Neftçi" - "Qəbələ" oyununun vaxtı açıqlandı
Topaz Premyer Liqasında 12-ci turun oyun cədvəli açıqlanıb. Turun görüşləri 3 günü əhatə edəcək. Tura ayın 17-də, "Qarabağ" - "Sumqayıt" görüşü ilə start veriləcək. "Neftçi" - "Qəbələ" qarşılaşması isə turun son oyunu olacaq. Görüş noyabrın 19-da, saat 17:00-da keçiriləcək.
İraqda saxlanılan azərbaycanlı qadınlardan xəbər var
İraqda saxlanılan azərbaycanlı qadın və uşaqların şəxsiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində təmaslar davam etdirilir. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib. H.Hacıyevin sözlərinə görə, Xarici İşlər Nazirliyi digər aidiyyatı orqanlarla əlaqələndirilmiş şəkildə məsələni diqqətdə və nəzarətdə saxlayır: “Hazırda İraqdakı azərbaycanlıların şəxsiyyətlərinin müəyyənləşdirilməsi prosesi həyata keçirilir.














