Gündəm
Rohincalı qadınlar Banqladeşdə fahişəliyə məcbur edilir
Birləşmiş Millətlər Təşkilatı, bildirir ki, avqustdan bəri Rakxayndan qaçan yarım milyondan artıq rohinca müsəlmanı Banqladeşdə cinsi istismar riski ilə üzləşir.
Mədət Quliyev : "Hər an döyüşə hazır olmalıyıq”
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) “N” hərbi hissəsində 9 noyabr – Dövlət Bayrağı Gününə və gənc əsgərlərin hərbi andiçməsinə həsr olunmuş təntənəli mərasim keçirilib.
Tehran sammiti: mühüm geosiyasi aspektlər
İranın paytaxtında Azərbaycan, Rusiya və İran dövlət başçılarının görüşünün keçirilməsinə ekspertlərin marağı böyük olub. Orada müzakirə olunan məsələlərin regional və qlobal inteqrasiyaya ciddi yardım edəcəyi qənaəti vardır. Müxtəlif kontekstlərdə təhlil edilən görüşün tarixi əhəmiyyətini də vurğulamaq lazımdır.
“Leyla Şıxlinskaya”nın əməkdaşları məhkəmə qarşısında - 700 milik yeyinti
"Leyla Şıxlinskaya" Klinikasında baş verən mənimsəmə və israf etmə cinayətində təqsirli bilinən bir qrup əməkdaşın barəsində olan cinayət işinin istintaqı tamamlanıb. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Azərbaycanda çoxpartiyalı sistemin formalaşması siyasi plüralizmin bariz nümunəsidir
Azərbaycan cəmiyyətinin siyasi sistemində dövlətlə yanaşı siyasi partiyalar və ictimai birliklər də fəaliyyət göstərməkdədir. Danılmaz faktdır ki, siyasi və ictimai birliklər bu və ya digər formada ölkənin siyasi həyatında iştirak edir və bununla da cəmiyyətin siyasi sisteminin ünsürləri kimi çıxış edirlər.
Azərbaycan Turizm Assosiasiyası Misirdə turizmin təhlükəsizliyinin təbliğatını həyata keçirəcək
AZTA rəhbərliyi ofisində Misirin Cənubi Sinay əyalətinin qubernatoru Xalid Fudə Siddiqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “OLAYLAR”-a daxil olan məlumata görə, nümayəndə heyətinə Misirin Ədliyyə Nazirliyinın təftiş müşaviri Vəlid Fövzi əs-Subəi, “Air Cargo” şirkətinin idarə heyətinin rəhbəri Yasir Yəhya Məhəmməd, “Maksima” turizm şirkətinin rəhbəri Amir Məhəmməd İsmayıl, “Shams” otellər qrupunun idarə heyətinin sədri Muteyyi Mahmud İsmayıl, “İtaly-Egypt Air” şirkətinin baş meneceri İsam Əbdül Gəni daxil olub.
Müəllim və valideynlər qəbul ediləcək
Noyabrın 17-də paytaxtın Xəzər, Pirallahı və Sabunçu rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.
Qazaxıstanda Şərq-Qərb, Şimal-Cənub nəqliyyat perspektivlərindən danışılacaq
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) elmi işçisi Mahir Hümbətov “Geolokasiyanın faydaları: Mərkəzi Asiya Qlobal Tranzit şəbəkəsi kimi” mövzusunda keçirilən regional konfransda istirak etmək məqsədilə Astanada (Qazaxıstan Respublikası) səfərdədir.
İmtahan nəticələri məlum olub
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), psixoloq və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqənin test imtahanı mərhələsinin nəticələri açıqlanıb. “OLAYLAR”-a Təhsil İdarəsindən bildirilib ki, nəticələrə əsasən, imtahanda iştirak edən 498 namizəddən 134 nəfəri keçid balından yüksək nəticə göstərib. İmtahan nəticələri barədə məlumatlar artıq namizədlərin şəxsi səhifələrinə göndərilib. Keçid balından yüksək nəticə göstərən namizədlər vakansiyalar üzrə seçimlərini etdikdən sonra müsahibə mərhələsinə dəvət olunacaqlar. Təhlil edilən nəticələrə əsasən, vəzifələr üzrə müvafiq keçid balı müəyyənləşdirilib. Təlim-tərbiyə işləri üzrə direktor müavini və tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifələri üzrə keçid balı 24, psixoloq vəzifəsi üzrə keçid balı 28, kitabxanaçı vəzifəsi üzrə keçid balı 17 olub.
Xəzər Dəniz Gəmiçiliyində audit keçirilir
Beynəlxalq nüfuza malik təsnifat və sertifikatlaşdırma qurumu “Amerika Gəmiçilik Bürosu” (ABS) hazırda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də xarici audit aparır. “OLAYLAR”-ın XDG-yə istinadən verdiyi xəbərə görə, audit 2015-ci ildən Gəmiçilikdə tətbiq edilib işləyən “Təhlükəsizliyin Keyfiyyətli İdarəedilməsi Sistemi”nin (TKİS) hazırkı səviyyəsinin İSO 9001 (Keyfiyyət Menecmenti), İSO 14001 (Ekoloji Menecment), İSO 50001 (Enerji Səmərəliyi Menecmenti) və OHSAS 18001 (Peşə Təhlükəsizliyi və Əməyin Mühafizəsi Menecmenti) üzrə beynəlxalq idarəetmə standartlarına uyğunluğuna dair alınmış sertifikatlara müvafiqliyini müəyyənləşdirmək üçün aparılır.
Rusiya hökuməti Dünya Azərbaycanlıları Assambleyasına cavab verdi
Rusiya Ədliyyə Nazirliyi Dünya Azərbaycanlıları Assambleyasının müraciəti ilə əlaqədar Rusiya Federasiyası Prakrorluğu qarşısında məsələ qaldırararaq Assambleyanın narahatlığı ilə bağlı araşdırma aparılmasınə və bu haqda Assambleyanın rəhbərinə məlumat verilməsi ilə bağlı xüsusi göstəriş verib. DAA-dan “OLAYLAR”-a bildirilib ki, bu haqda Rusiya Ədliyyə Nazirliyinin Assambleyaya göndərilən məktubunda qeyd olunur və Rusiya Baş Prokrorluğuna bu məsələni icraatlarında saxlamalarını və qeyd olunanlarla bağlı araşdırılaraq Assambleyaya məlumat verilməsinin zəruri olduğu vurğulanır.
“Qarabağ”ın rəqibi Arda Turanı istəyir
Qışda "Barselona"dan ayrılacağı gözlənilən Arda Turan karyerasını İngiltərədə davam etdirə bilər. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Bu ölkənin "A Spor" telekanalında yayımlanan "Takım oyunu" proqramında İngiltərə Premyer Liqasının son çempionu "Çelsi"nin 30 yaşlı futbolçunun xidmətində maraqlı olduğu açıqlanıb.
Rusiyalı dünya çempionunu öldürən azərbaycanlıdan yeni xəbər var
Rusiyalı dünya çempionunu öldürməkdə təqsirləndirilən Anar Allahverənovun işi ili bağlı yenilik var. Rusiya Ədliyyə Nazirliyi Dünya Azərbaycanlıları Assambleyasının müraciəti ilə əlaqədar Rusiya Federasiyası Prokrorluğu qarşısında məsələ qaldırıb. Rusiya Ədliyyə Nazirliyi Assambleyanın narahatlığı ilə bağlı araşdırma aparılmasına və bu haqda Assambleyanın rəhbərinə məlumat verilməsi ilə bağlı xüsusi göstəriş verib.
WhatsAppdan YENİLİK
WhatsApp proqramı ilə bağlı yenilikləri yaxından izləyən “WABetaInfo” saytı proqrama yeni xüsusiyyətlərin əlavə olunacağını elan edib.
İranda 1500 il əvvələ aid məzarlıq tapılıb
1500 il əvvələ aid olduğu ehtimal edilən məzarlıqdan tapılan insan qalıqları dünya mediasının diqqətini çəkib. Ölkənin Loristan bölgəsində tapılan insan qalıqarının Sasanilər dövründə yaşayan insana aid olduğunu deyir. Lakin məzarın uzunluğu alimləri çaş-baş salıb. 2,3 metr uzunluğundakı məzarın içərisində dəfn edilən insanın boyunun 2 metr olduğu ehtimal edilir. Bu isə o dövr üçün səciyyəvi xarakter hesab olunmur.














