Gündəm

Rusiyanı bu layihədən imtinaya məcbur edirlər

14 Noyabr 2017 16:20

Avropada Rusiya Federasiyasını Şimal axını-2 layihəsindən imtina etməyə məcbur etməyə çalışırlar. Bunu Rusiyanın Baş naziri Dmitri Medvedyev jurnalistlərə açıqlamasında deyib. “Bu, bizim ölkəmizə təzyiqdir.

Dünyanı güclü qravitasiya dalğaları gözləyir – 10 ildə

14 Noyabr 2017 16:18

Yaxın 10 ildə Yerdə güclü qravitasiya dalğaları müşahidə ediləcək. Bu iddia ilə ABŞ-ın Uolliron Universitetinin olan tədqiqatçıları çıxış ediblər. Elm adamları indiyə qədər qara dəliklərin birləşməsinin səbəb olduğu "zəif" qravitasiya dalğalarını qeyd edə biliblər. Bu qravitasiya dalğalarının kütləsi Günəşdən 100 dəfə böyük olub.

"Mançester Yunayted" futbolçuları qəza törətdilər

14 Noyabr 2017 16:17

"Mançester Yunayted"in 2 futbolçusunun avtomobili toqquşub. Lyuk Şounun idarə etdiyi "Range Rover" komanda yoldaşıFil Consun "Bentley"sinə dəyib.

Qadın 2000 manat cərimələndi - Ağac kəsdiyinə görə

14 Noyabr 2017 16:10

Gəncə şəhəri, Nizami rayonu, Rüstəm Əliyev küçəsi 1 ünvanında yerləşən yaşayış evinin qarşısındakı sahədə yaş köküstə 2 ədəd əncir ağacının kəsilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Olaylar.az –a verilən məlumata əsasən,  fakt nazirlik əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə keçirilən reyd zamanı aşkarlanıb.

İrandakı zəlzələ təxminən 12 min evi dağıtdı

14 Noyabr 2017 16:07

İranın İraqla sərhədində baş vermiş, 400-dən çox insanın öldüyü güclü zəlzələ nəticəsində dağılan evlərin sayı təxminən 12 min qeyd olunub. Bu rəqəmi İran üzrə Qızıl Aypara Cəmiyyətinin rəhbəri Morteza Salimi səsləndirib. Daha öncə İranın mədəni irs və turizm naziri Əli Əsgər Munesan bildrimişdi ki, zəlzələ nəticəsində bir neçə tarixi abidə də dağılıb.

Məhərrəmliklə bağlı monitorinqlərin nəticələri açıqlandı

14 Noyabr 2017 16:05

Məhərrəmlik mərasimlərindən sayılan "Ərbəin günü" (İmam Hüseynin şəhadətinin qırxıncı günü) Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təqviminə uyğun olaraq, noyabrın 9-na təsadüf edib.

MMC-yə məxsus kabeli oğurlayan saxlanıb

14 Noyabr 2017 16:03

4000 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən şəxslər tutulublar. DİN-dən “Olaylar”a verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi, Baş Mühafizə İdarəsi və Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il oktyabrın 30-da paytaxtın Nizami rayonu ərazisində yerləşən “Abşeron rayon elektrik şəbəkəsi” MMC-yə məxsus anbardan 4000 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən Xaçmaz rayon sakini Adil Yusupov və Kürdəmir rayon sakini Loğman Şıxəliyev tutulublar.

Avtomobil vuran piyada ölüb

14 Noyabr 2017 16:02

Suraxanı rayonunun Bülbülə qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, noyabrın 13-də saat 10 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsində Bakı şəhər sakini Əli Vəliyev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Şərur rayon sakini Natiq Quliyevi vurub və nəticədə piyada hadisə yerində ölüb. Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Türkiyə vətəndaşını vuran sürücü saxlanıb

14 Noyabr 2017 16:01

 Yol-nəqliyyat hadisəsi törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Bakı şəhər BPİ-nin Təhlükəsiz Şəhər Xidməti və Səbail RPİ 41-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 11-də Türkiyə vətəndaşı Nevzat Çakıcının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Nissan” markalı avtomobilin sürücüsü - Şirvan şəhər sakini Fəqan Həsənli saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Biznes inkubator startapların dəstəklənməsi üçün mühüm platformadır

14 Noyabr 2017 15:59

Noyabrın 14-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Biznes inkubatorların və sahibkar düşüncə tərzinin inkişaf etdirilməsi, startap layihələrinin dəstəklənməsi” mövzusunda bir sıra dövlət orqanlarının və ali təhsil müəssisələrinin, texnoparkların, ölkədə fəaliyyət göstərən biznes inkubatorların və onların rezidentlərinin, ekspertlərin iştirakı ilə tədbir keçirilib.

Fransada həmrəyliyin Azərbaycan modeli təqdim edildi

14 Noyabr 2017 15:59

Fransanın Nitsa şəhərində Sofiya Antipolis Universiteti və AMEA-nın Fəlsəfə İnstitutunun birgə təşkilatçılığı ilə “Həmrəylik, fəlsəfi prinsip və hüquq norması kimi: Fransa və Azərbaycan mövqeyindən müqayisəli yanaşma” mövzusunda beynəlxalq konfrans keçirilib. Olaylar.az bildirir ki, konfransı giriş sözü ilə açan Universitetin vitse-prezidenti professor Kristian Vallar Fransa və Azərbaycanın elmi əlaqələrindən bəhs edib, 2017-ci ilin əvvəllərində AMEA-nın Fəlsəfə İnstitutu, Bilik Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindəki görüşlərindən danışıb, rəhbərlik etdiyi nümayəndə heyətinin bu tədbirlərdən xoş təəssüratlarla ayrıldığını bildirib. Tədbirdə “Həmrəylik və hüquq: problemin fəlsəfi-etik konteksti” mövzusunda çıxış edən AMEA Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə həmrəyliyin tarixinə ekskurs edib, klassik fəlsəfi məktəbin nümayəndələrinin bu məsələyə müxtəlif münasibət bəsləməsini gündəmə gətirib, problemin fəlsəfi-etik tərəfləri barədə fikrini bildirib.

Məhərrəmlik niyə 60 gün çəkir?

14 Noyabr 2017 15:55

Məlum olduğu kimi, bu ilin sentyabr ayının 22-dən başlayaraq İslam dünyasında Məhərrəmlik başlayıb və müsəlmanlar 14 əsr öncə Kərbəla faciəsində şəhid olan İmam Hüseyn(ə)və tərəfdarlarına matəm saxlayır. Bu il Aşura günü oktyabrın 1-nə, İmam Hüseynin şəhadətinin qırxıncı günü noyabrın 9-na təsadüf etdi. Oktyabrın 21-dən isə Məhərrəmlik əyyamının ikinci ayı olan Səfər ayı başlayıb. Hazırda Səfər ayını yaşayırıq və bu ay noyabrın 19-da başa çatacaq. Beləliklə, Məhərrəmlik ayı ənənəvi olaraq 60 gün davam edəcək.

Azəri qızı Güneldən TƏRBİYƏSİZ HƏRƏKƏT

14 Noyabr 2017 15:56

Türkiyədə fəaliyyət göstərən Günel Zeynalovanın 3 – cü nişanlısında ayrılma xəbəri yayılıb. Olaylar.az bildirir ki, Primetime.az saytının “ Günel 3 – cü nişanlısından ayrıldığını təsdiqlədi” başlıqlı xəbər müğənninin etirazına səbəb olub. Xəbər portlı instaqram hesabında paylaşdığı adıçəkilən xəbərə Günəl sərt reaksiya verib.

Əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair maarifləndirmə tədbiri keçirilib

14 Noyabr 2017 15:56

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakının Xəzər rayonunda əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair maarifləndirmə tədbiri keçirilib.

Tereza Mey:Rusiya ilə əlaqə istəyirik, Kreml geri çəkilməlidir

14 Noyabr 2017 15:53

Londonun yeni soyuq müharibə və ya əbədi qarşıdurmaya deyil, Moskva ilə məhsuldar əlaqələrə ehtiyacı var. Bu barədə xarici siyasət üzrə illik məruzəsində Böyük Britaniyanın Baş naziri Tereza Mey danışıb. Baş nazir çıxışının əvvəlində Rusiyanı Krımı qanunsuz olaraq birləşdirməkdə, Donbas münaqişəsində iştirakda, kiberhücum və bir sıra ölkələrdə seçkilərin keçirilməsinə müdaxilədə ittiham edib: “Nə etdiyinizi bilirik və siz bu barədə uğur qazana bilməyəcəksiniz.