Gündəm

Moskvada Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib

14 Noyabr 2017 17:31

Moskvada səfərdə olan Ermənistanın XİN rəhbəri Eduard Nalbandyan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də görüşə qatılıb. Tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesində irəliləyiş əldə edilməsinə şərait yaradılması məqsədi ilə lazım olan addımlar barədə fikir mübadiləsi aparıb. Həmçinin tərəflər, Vyana, Sankt-Peterburq və Cenevrə sammitlərində əldə edilmiş razılaşmaların reallaşdırılması üçün atılmalı olan addımlardan danışıb.

Rusiya Müdafiə Nazirliyi özünü biabır etdi - ABŞ-a gülünc ittiham - VİDEO - FOTO

14 Noyabr 2017 17:28

Bu gün Rusiya Müdafiə Nazirliyi rəsmi Twitter hesabından Amerika Birləşmiş Ştatlarını İŞİD-ə dəstək olmaqda ittiham etmişdi. Buna dair sübut olaraq isə hərbi təyyarədən çəkilən şəkilləri paylaşmışdı.

İtaliyada əməliyyat - 70 kiloqram həşiş müsadirə olundu

14 Noyabr 2017 17:22

İtaliyanın Siciliya adasında polisin keçirdiyi əməliyyat nəticəsində 70 kiloqram həşiş narkotik vasitəsi müsadirə olunub. Məlumata görə, hadisə ilə əlaqədar 4 nəfər saxlanılıb.

Moskvada əməliyyat - 70-ə yaxın ekstremist saxlanılıb

14 Noyabr 2017 16:50

Moskvada fəaliyyəti qadağan olunmuş “Təbliği Camaat” ekstremist təşkilatının üzvləri saxlanılıb. Məlumata görə, şəhər ərazisində həyata keçirilən əməliyyatlar nəticəsində təşkilatın 69 üzvü saxlanılıb. Əməliyyat nəticəsində polis həmçinin ekstremist ədəbiyyat, rabitə vasitələri və elektron məlumat daşıyıcılarını müsadirə edib.

MTRŞ yeni televiziya kanalının yaradılması ilə bağlı müsabiqə elan edib

14 Noyabr 2017 16:45

Bu gün Milli Telelviziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib. MTRŞ-dan verilən xəbərə görə, iclasda xəbər televiziya kanalının yaradılması barədə müzakirələr aparılıb və ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə Bakı və Abşеrоn ərazisində 31-ci tеzlik rеsursuna 16 noyabr 2017-ci il tarixdən 16 dekabr 2017-ci il tarixədək müsabiqə elan edilib.

İnternet təminatında fasilələr yarana bilər

14 Noyabr 2017 16:43

Bu gecə internet təminatında fasilələr yarana bilər. "Bakı Telefon Rabitəsi" MMC-dən verilən məlumata görə, xidmət keyfiyyətinin yüksəldilməsi və internet trafikinin artırılması məqsədilə "Bakinternet"in texniki platformasında təkmilləşdirmə işləri aparılacaq. Profilaktik işlər zamanı noyabrın 15-dən 16-na keçən gecə, saat 04:00-dan 06:00-dək paytaxtın bəzi ərazilərində internet təminatında fasilələr yarana bilər.

Nadir onu Samiraldoya bənzədənlərə od püskürdü: "Arvadımı da..." - VİDEO

14 Noyabr 2017 16:41

Müğənni Nadir Qafarzadənin sosial şəbəkədə izləyiciləri ilə salamlaşdığı video müzakirələrə səbəb olub. Onun içkili olduğu, özünü stilist Samiraldoya bənzətdiyi barədə sosial şəbəkədə xəbərlər yayılıb.

Kremlin “boz kardinalı”nın gənc arvadı ondan boşandı

14 Noyabr 2017 16:40

Rusiyanın “Rosneft” dövlət neft şirkətinin prezidenti, Kremlin “boz kardinalı” hesab edilən İqor Seçinin özündə 25 yaş gənc arvadı Olqa bu ilin iyun ayında ondan boşanıb. Lakin bu barədə mətbuata yalnız indi məlum olub. virtualaz.org xəbər verir ki, məlumatı “Super.ru” tabloidi yayıb. Bu, Seçinin ikinci nigahı idi. Onlar 2011-ci ildə evləniblər. Həmin vaxt Olqa Rusiya hökumətinin Aparatında işləyirdi. Aralarındakı 25 yaş fərqinə baxmayaraq Olqa onunla nigahdan çəkinməyib. Qeyri-rəsmi mənbələrə görə bu nigahdan onların Varvara adlı qızları var.

Gürcüstanda yanacaq bahalaşıb

14 Noyabr 2017 16:37

Gürcüstanda son 2 ayda yanacağın qiymətində artım müşahidə olunur.

Saakaşvilinin nənəsi öldü

14 Noyabr 2017 16:35

Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin nənəsi Mziya Tsereteli ölüb. Bu barədə özünün “Facebook” səhifəsində Gürcüstanda dərc edilən “Xronika+” qəzetinin baş redaktoru Eliso Kiladze yazıb. Mziya Tsereteli 85 yaşında vəfat edib. Onun nəvəsinin siyasətrini dəstəklədiyi bildirilir. 

Yerevanda sahibkarlar yenə etiraza qalxdı

14 Noyabr 2017 16:34

Yerevandakı “Arinch Mall” Ticarət Mərkəzində fəaliyyət göstərən sahibkarlar Ermənistan parlamentinin binası qarşısında etiraz aksiyası keçirirlər. Onlar həm də Vergi Məcəlləsi ilə bağlı imza toplayırlar.

“Müsyö Jordan və dərviş Məstəli şah” Muğam Mərkəzində təqdim edildi

14 Noyabr 2017 16:31

Beynəlxalq Muğam Mərkəzində Şuşa Dövlət Musiqili Dram Teatrı 144- cü mövsümündə Mirzə Fətəli Axundovun “Müsyö Jordan və dərviş Məstəli şah”  tamaşası nümayiş olunub. Olaylar.az bildirir ki, tamaşanın quruluşcu rejissoru, Şuşa Dövlət Dram Teatrının baş rejissoru, əməkdar artist Loğman Kərimovdur. Tamaşanın səhnəyə qoyulmasında məqsəd, gənc nəslə yeni formatda M.F. Axundov yaradıcılığını müasir dövrə uyğun çatdırılmasıdı.

Şou-biznesdəki ulduzlarımızın xaricdəki mülkləri – Siyahı

14 Noyabr 2017 16:26

Hər zaman bahalı həyat tərzləri ilə gündəmə gələn Azərbaycan şou-biznes ulduzlarının bu dəfə xaricdəki daşınmaz əmlaklarını araşdırdıq.

"Reket jurnalistlər" mətbuat şurasına hücuma keçdilər -Şura xəbərdarlıq etdi

14 Noyabr 2017 16:25

Azərbaycan Mətbuat Şurasının «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının 8 noyabr 2017-ci il tarixli iclasından sonra adlarının «qara siyahı»ya əlavə edilməsi tövsiyə olunan kütləvi informasiya vasitələrinin bir qrupu tərəfindən Şuranın İdarə Heyətinin üzvlərinə qarşı xoşagəlməz kampaniyaya start verilib. Bu kampaniyaya adları «qara siyahı»da yer alan bəzi informasiya orqanlarının qoşulması da diqqət çəkməkdədir.

Türkiyədə terrorçu PKK-nın əsas silahlılarından biri məhv edilib

14 Noyabr 2017 16:22

Terrorçu PKK qruplaşmasının Türkiyədəki əsas silahlılarından olan “Gülbahar” kod adlı Hülya Eroğlu zərərsizləşdirilib. Bu barədə ölkəninDaxili İşlər Nazirliyi məlumat yayıb. Belə ki, noyabrın 2-də Türkiyənin Şırnak bölgəsində keçirilən antiterror əməliyyatı nəticəsində 31 terrorçu məhv edilib.