Trampdan azərbaycanlıların da tanıdığı rusiyalı oliqarxla bağlı İLK AÇIQLAMA
15:58 SiyasətABŞ Prezidenti Donald Tramp oğlunun toy mərasiminin xərclərinin rusiyalı oliqarx Umar Kremlyov (Lütfulloyev) tərəfindən ödənilməsi barədə yayılan xəbərlərə reaksiya verib.
Musavat.com xəbər verir ki, Birləşmiş Ştatların rəhbəri tacik mənşəli rusiyalı iş adamı ilə hər hansı əlaqəsinin olduğunu qətiyyətlə təkzib edib.
Jurnalistlərin suallarını cavablandıran Donald Tramp yayılan iddiaları rədd edərək bildirib: "Umarın kim olduğu haqqında heç bir anlayışım yoxdur, onun haqqında heç vaxt eşitməmişəm. O, Don və Bettinanın toy xərclərini ödəməyib. Bu, sadəcə toy şənliyindən sonra təşkil olunan kiçik bir ziyafət idi. Xüsusi bir şey yoxdur!"
Qeyd edək ki, bir qədər əvvəl Beynəlxalq Boks Assosiasiyasının (IBA) rəhbəri və rusiyalı biznesmen Umar Kremlyovun Donald Trampın oğlu Donald Tramp-kiçiyin Bettina Andersonla keçirilən toy mərasiminin bəzi xərclərini öz üzərinə götürdüyü barədə məlumatlar yayılmış və bu məsələ ABŞ mediasında böyük rezonans doğurmuşdu.