Gündəm
Xaçmazda ŞOK HADİSƏ: sevdiyi qızın anası ilə yatdı, öldürdü, sonra...
Sevdiyi qızın anasını öldürməkdə təqsirli bilinən Xaçmaz rayon sakini, 1989-cu il təvəllüdlü Samir Hacıəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Samir Hacıəliyev 10 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, Samir Hacıəliyev bu il martın 27-də Xaçmaz rayonu, Şimali kəndində 47 yaşlı Gülnaz Sultanovanı baltalayaraq öldürüb. Onun Gülnaz Sultanovanın qızı ilə sevgi münasibətləri olub.
Azərbaycan prezidenti: “Maliyyə vəziyyətimiz bir çox ölkələr üçün əlçatmazdır”
“İqtisadiyyatın şaxələndirilməsi istiqamətində bundan sonra da ardıcıl siyasət aparılacaq. Bu siyasət öz nəticələrini verir. Bu gün neftdən asılılıq azalır. Ancaq onu da bilməliyik ki, neft-qaz sektoru bundan sonra uzun illər ərzində iqtisadiyyatımızın aparıcı qüvvəsi olacaq.
Əli Əkbər Vilayəti: “Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”
Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi qeyd edilib
Bu gün Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev mərasimdə iştirak edib. Dövlət başçısı mərasimdə çıxış edib. İyirmi beş il əvvəl ulu öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransını keçirilməsini böyük tarixi hadisə kimi qiymətləndirən Prezident İlham Əliyev bildirib ki, həmin tarixdən təqribən bir ay əvvəl bir qrup vətənpərvər insan - məşhur 91-lər Heydər Əliyevə müraciət ünvanlayıb.
Fransada TERROR: yoldan keçənlər atəşə tutuldu
Fransanın Nitsa şəhər limanının yaxınlığından keçən insanlar naməlim şəxslər tərəfindən atəşə tutulub. Bu haqda “Nice Matin” qəzeti yazıb.
Prezident İlham Əliyev: “Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmayıb”
“1993-2003-cü illərdə Azərbaycanda aparılmış böyük işlər ölkəmizi gücləndirdi. Azərbaycan bütün çətin sınaqlardan şərəflə çıxa bildi və bugünkü sürətli inkişafın da təməli o illərdə qoyuldu”. Məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində deyib.
Prezident: "Avropa Şurası baş katibinin fəaliyyəti nəticəsində bu qurumla Azərbaycan arasında süni böhran yaradılıb"
"Bizim xarici siyasətimiz həyatda özünü təsdiqləyib və bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük nüfuza malik olan bir ölkədir. Biz növbəti illərdə də müstəqil xarici siyasət aparacağıq, biz bunu indi də aparırıq". Məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində deyib.
Gürcüstanda 5 Azərbaycandilli məktəb təmir olunur
Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda 5 məktəb təmir olunur. Məlumata görə, bunu Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev deyib. O bildirib ki, Kosalı, Qaçağan və digər kənd məktəbləri "Millenium" proqramı çərçivəsində əsaslı təmir olunur: "Gürcüstanda milli azlıqların məktəblərinin təmiri əsas prioritetlərdən biridir və Təhsil və Elm Nazirliyi bu məktəbləri diqqətdə saxlayır".
Prezident İlham Əliyev: “Onlara Azərbaycanın siyasi səhnəsində yer yoxdur”
"Azərbaycanda bundan sonra da sabitlik təmin ediləcək. Heç bir ölkə sabitlik olmadan inkişaf edə bilməz. Bu gün biz görürük ki, dünyanın müxtəlif yerlərində sabitlik pozulanda nə investisiyalar gəlir, nə sosial rifah artır.
Dövlət başçısı: "Azərbaycan nəyin bahasına olursa-olsun ərazi bütövlüyünü bərpa edəcək"
"Dağlıq Qarabağ münaqişəsinin həlli işində bizim prinsipial mövqeyimizdə heç bir dəyişiklik olmayacaq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Biz heç vaxt imkan verə bilmərik ki, tarixi torpağımızda ikinci erməni dövləti yaradılsın".
Prezident: “Bu 14 ildə iqtisadi islahatlar baxımından Azərbaycan qədər sürətli inkişaf yolu ilə gedən ikinci ölkə olmayıb”
“Bu 14 il ərzində iqtisadi islahatlar baxımından Azərbaycan qədər sürətli inkişaf yolu ilə gedən ikinci ölkə olmayıb. İqtisadiyyat üç dəfədən çox artıb, yoxsulluq təxminən 50 faizdən 5 faizə düşüb. Xarici borc ümumi daxili məhsulun 20 faizini təşkil edir, ondan da az səviyyədədir. Valyuta ehtiyatlarımız ümumi daxili məhsulun 100 faizini təşkil edir, yəni, ona bərabərdir”.
Prezident: “YAP-ın yaranması müasir Azərbaycan dövlətçiliyi tarixində dönüş nöqtəsi idi”
“25 il əvvəl 91 vətənpərvər insan ulu öndər Heydər Əliyevə müraciət edərək partiyanın yaradılması missiyasını üzərinə götürməyi xahiş edib”. Məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində deyib.
Dini radikalizm milli-mənəvi dəyərlərə və milli kimliyimizə təhdiddir
Noyabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Şəki rayonu Baltalı kənd məscidi dini icmasının həyata keçirdiyi “Dini radikalizm milli-mənəvi dəyərlərə və milli kimliyimizə təhdiddir” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev tədbiri giriş sözüylə açaraq insanların düzgün dini maarifləndirilməsinin əhəmiyyətindən, onları radikal təsirlərdən qorumağın yollarından bəhs edib.
YAP üzvlərinin 270 mini gənclərdir
“25 il tarix üçün o qədər də uzun zaman deyil. Lakin, arxaya boylanıb ötən 25 ildə hansı hadisələrin baş verməsi, Azərbaycanın bütün sahələrdə necə böyük nailiyyətlər əldə etməsi doğurdan da qürurvericidir. Heç bir mübaliğəyə yol vermədən qeyd edə bilərəm ki, Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətçiliyinin güclənməsində müstəsna rol oynayıb, güclənən bu müstəqillik isə Azərbaycan vətəndaşının rifah halının yaxşılaşmasında, ölkədə təhsil səviyyəsinin artırılmasında, iqtisadi inkişafın davamlılığında, ümumilikdə bütün sahələrin inkişafında mühüm rol oynayıb”.
Bakı buxtasında brakonyerlərlə polis arasında insident olub
Bakı buxtasında insident olub. Məlumata görə, polis əməkdaşları tərəfindən Bakı buxtasında qanunsuz balıq ovu ilə məşğul olan şəxslərə qarşı həyata keçirilən əməliyyat zamanı “Yamaha” markalı qayıqda olan şəxslər polisə tabe olmayaraq, idarə etdikləri qayığı polisin patrul qayığına vuraraq hadisə yerindən qaçıblar.










