Gündəm
Həkim lisenziyası əldə etmiş süni intellekt proqramı təqdim olunub
Çinin "iFlyTek" şirkəti öz süni intellekt proqramı üzərində 4 il müddətində işləyib. Nəticədə süni intellekt proqramı yerli tibbi ali məktəbə qəbul imtahanlarına hazırlaşıb və bütün testləri uğurla verib. İmtahanın nəticələrinə görə süni intellekt proqramına həkim lisenziyası verilib.
Qadınlar neçə yaşından sonra sürətlə kökəlməyə başlayır?
Diyetoloqlar və məşhur"Forza Supplements" Britaniya şirkətinin sağlam qidalanma üzrə aparıcı mütəxəssisləri qadınların və kişilərin neçə yaşından sonra sürətlə kökəlməsi ilə bağlı araşdırma aparıb.
Aktyor inandırıcı olmaq üçün biləyini kəsdi
"Fazilet hanım və kızları" serialında Sinan Egemen obrazını canlandıran aktyor Alp Navruzun başına çəkiliş vaxtı bədbəxt hadisə gəlib. Ssenariyə əsasən, əlini pəncərəyə çırpmalı olan aktyorun biləyi kəsilib. Alp Dəniz Baysalla mübahisə səhnəsində inandırıcı olsun deyə, əlini zərbə ilə pəncərəyə çırpıb. Nəticədə qırılan şüşələr aktyorun biləyini kəsib.
Türkiyənin baş naziri: “Raqqanı İŞİD-dən təmizləməkdənsə, onları dəstəkləyirlər”
“Raqqanı terrorçu İŞİD-dən təmizləmək yerinə, onlara silahları ilə birlikdə çıxmalarına dəstək veriblər”. Bunu ölkənin baş naziri Binəli Yıldırım Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının üzvləri qarşısında ABŞ-a səfəri ilə bağlı çıxışı zamanı bildirib.
Abşeronda iki evdə yanğın olub
Abşeron rayonunda yanğın hadisəsi baş verib. FHN-in saytının verdiyi məlumata görə, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində ümumi sahəsi 120 m2 olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 80 m2 sahədə və bitişik tikilmiş, ümumi sahəsi 100 m2 olan birmərtəbəli 4 otaqlı evin dam örtüyü 2 m2 sahədə və 1 ədəd plastik pəncərə yanıb. Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Ardadan gözlənilməz qərar: "Daha çəkilməyəcəyəm"
“Türkiyənin Leonardo Di Kapriosu” adlandırılan aktyor Arda Kural psixologiyası düzəldikdən sonra yenidən karyerasına qayıtmışdı. Arda bundan sonra heç bir filmə, seriala çəkilməyəcəyini açıqlayıb. Belə ki, o, bu sahəni “saxta dünya” adlandırıb: “Mən populyar mədəniyyətə xidmət etmirəm.
"Qınayırlar ki, Məlahət ancaq kiçik rollara çəkilir"
Aktrisa Məlahət Abbasova "ATV kulis" verilişinin qonağı olub. Aktrisa proqramından danışıb: "Bizimkilər türkiyəli məşhurları tanıyır. Məqsədim "Məlahətli söhbətlər" vasitəsiylə bizimkiləri də orada tanıtmaqdır. Görürəm ki, bura gəlib gedəndən sonra oradakılar məndən Alim Qasımovun, İlqar Muradovun disklərini istəyirlər".
Hindistanda tunel qazıb bankı soydular
Hindistanda filmlərdə görülən qarət hadisəsi baş verib. Bank yaxınlığındakı dükanı kirayəyə götürən oğrular tunel qazaraq bankı soyublar. Həftə sonu banka girən qarətçilər 250 min dollar pul və zinət əşyaları aparıblar. Hadisə Mumbay şəhərində baş verib. Bankın filialını soyan oğrular 12 metrlik tunel qazıblar. Bir metr eni olan tuneli qazmaq üçün oğrular bankın yanındakı dükanı 6 ay əvvəldən kirayəyə götürüblər.
Yaponiya Rusiya ilə razılığa gəlmək niyyətindədir - Kuril məsələsində
Yaponiya Cənubi Kuril adaları ilə bağlı məsələdə Rusiya ilə razılıq əldə etmək üçün işləməyə hazırdır. Məlumata görə, bunu Yaponiyanın baş naziri Sindzo Abe bəyan edib. Onun sözlərinə görə, dörd ada ilə bağlı razılıq üçün Yaponiya mərhələli şəkildə danışıqlar keçirmək niyyətindədir.
Aktrisa ərinin xəyanətinə inanmadı - "Keçmiş arvadının işidir"
Aktrisa Yeliz Yeşilmen əri Ali Uğur Akbaş tərəfindən aldadılması iddiasını qəbul etməyib. “Söylemezsem olmaz” verilişində aktrisanın ərinin ona başqa qadınla xəyanət etdiyi deyilib.
Şahanla eyvanda öpüşən aktrisaya gözlənilməz məhkəmə qərarı
7 il əvvəl eyvanda aktyor Şahan Gökbakarla öpüşərkən çəkilmiş şəkillərinin mediada yayımlanmasına görə məhkəməyə müraciət edən aktrisa Berrak Tüzünataç gözləmədiyi cavab alıb. 2010-cu ildə İstanbul məhkəməsinə ərizə yazan Berrak təzminat kimi media orqanından 50 min lirə (təxminən 25 min dollar) tələb etmişdi.
CBC TV-yə yeni baş direktor təyin edilib
CBC telekanalına yeni baş direktor təyin edilib. Bu vəzifəyə Vüqar Xəlilov təyin olunub.
Bakı Dövlət Universitetinin 100 illik yubileyi keçiriləcək
Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. 2019-cu ildə Azərbaycanın nüfuzlu elm və təhsil ocağı Bakı Dövlət Universitetinin təsis edilməsinin 100 illiyi tamam olur.
Deputat: "Azərbaycan sülh yolu ilə işğal altındakı torpaqlarını azad etmək və ərazi bütövlüyünü təmin etmək istəyir"
Azərbaycan sülh yolu ilə erməni işğalı altındakı torpaqlarını azad etmək və ərazi bütövlüyünü, suverenliyini təmin etmək istəyir. Bunu Milli Məclisin deputatı Bəxtiyar Əliyev Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin Partiyanın yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimindəki çıxışına münasibət bildirərkən deyib.
Prezident İlham Əliyev Mahmud Abbasa məktub göndərib
Azərbaycan prezidenti İlham Əliyev Fələstin Dövlətinin prezidenti Mahmud Abbasa məktub göndərib. Məlumata görə, dövlət başçısının məktubunda deyilir: “Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – Fələstin Dövlətinin Elan Edilməsi Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.













