Gündəm

Vaşinqtonda Bakı-Tbilisi-Qars dəmir yolunun strateji əhəmiyyəti müzakirə olundu

15 Noyabr 2017 07:40

Noyabrın 14-də paytaxt Vaşinqtonda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışına həsr olunmuş tədbir keçirilib. Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyindən Olaylar.az - a bildirilib ki, tədbirin əsas məqsədi Azərbaycanın daxil olduğu regionda həyata keçirilən infrastruktur layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də mövcud biznes və sərmayə imkanları barədə ABŞ-ın ictimai və biznes dairələrinin məlumatlandırılması olub. Digər tərəfdən bu tədbir Azərbaycanın təşəbbüsü ilə ərsəyə gəlmiş və 2016-cı ildən etibarən hər il Vaşinqtonda keçirilən Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizləri Forumu çərçivəsində aparılan müzakirələrin davamlılığının təmin olunması və region ölkələri tərəfindən həmin sahələrdə əldə edilmiş nailiyyətlərin təqdim edilməsi məqsədi daşıyır.

Talıb Tale tələbə yoldaşları ilə birlikdə: "Maşını udandan sonra yada saldılar..." 

15 Noyabr 2017 07:30

Müğənni Talıb Tale tələbə yoldaşları ilə olan fotosunu paylaşıb. Müğənninin “İllər sonra tələbə yoldaşlarımla birlikdə” başlığı ilə paylaşdığı foto izləyicilər tərəfindən maraqla qarşılanıb. İzləyicilərdən bəziləri “Bunlar səni maşını udandan sonra yada saldılar” kimi şərhlər yazıb.

69 ekstremist saxlanıldı - RUSİYADA

15 Noyabr 2017 07:28

Rusiya Federal Təhlükəsizlik Xidməti və DİN əməkdaşlarının Moskva regionunda birgə keçirdikləri əməliyyat nəticəsində “Təbliği Camaat” beynəlxalq ekstremist təşkilatının 69 üzvü saxlanılıb.   Gizli şəkildə fəaliyyət göstərən qruplaşmaya Orta Asiya ölkələrindən olan şəxslər rəhbərlik edib, saxlanılan ekstremistlər arasında Rusiya vətəndaşlarının da olduğu bildirilir.

Nitq mədəniyyəti üzrə mütəxəssis tələbələrlə görüşdü

15 Noyabr 2017 07:25

  “ASAN Radio”nun redaktoru, aparcısı və nitq mədəniyyəti üzrə mütəxəssis Cəlalə Nəzəroğlu Mədəniyyət və İncəsənət Universitetinin tələbələri ilə görüşüb. Oaylar.az bildirir ki, görüşdə mütəxəssis qüsursuz nitqə sahib olmağın yollarına dair mühazirəsi ilə Kino və televiziya sənəti fakültəsinin tələbələrinə dolğun səsə sahib olmaq, söz ehtiyatının artırılması, düzgün nəfəs almaq, auditoriya qarşısında sərbəst çıxış etmək, insanlarda xoş təəssürat yaratmaq və bir çox vacib məsələlərə diqqəti çəkib.

9 hərbçi həlak oldu - YƏMƏNDƏ

15 Noyabr 2017 07:22

Yəmənin Aden şəhərində Birləşmiş Ərəb Əmirlikləri tərəfindən dəstəklənən xüsusi qüvvələrin qərərgahında partlayış törədilib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Məlumata görə, qərargahda partlayıcı qurğunun işə düşməsi nəricəsində 9 hərbçi həlak olub.

Albayrak Bakıya səfər edəcək

15 Noyabr 2017 07:19

Gələn ilin əvvəlində Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak Azərbaycana rəsmi səfər edəcək. Bunu Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehmet Ali Bərbər xarici jurnalistlərlə görüşündə bildirib.

14 yaşlı terrordan şübhəli bilindi

15 Noyabr 2017 07:18

Londonda polis əməkdaşları terrorçuluqda şübhəli bilinən 14 yaşlı qızı saxlayıblar. Saxlanılan şəxsin kimliyi və milliyyəti açıqlanmır. Onun terror aktının hazırlanmasında əli olduğu bildirilir.

Universitetdə dəyirmi masa 

15 Noyabr 2017 07:13

Azərbaycan Dillər Universitetində universitetin Multikulturalizm elmi-tədqiqat laboratoriyası (ETL) və Rusiyaşünaslıq ETL-in birgə təşkilatçılığı ilə Auditoriya+ proqramı çərçivəsində “Azərbaycan multikulturalizmi ölkə daxilində və xaricində siyasi model kimi” mövzusunda dəyirmi masa keçirilib. Olaylar.az bildirir ki, açılış nitqi ilə çıxış edən rektorun elm və təhsil məsələləri üzrə müşaviri Seyfəl Həsənov dəyirmi masanın əhəmiyyətli bir mövzuya həsr edildiyini xatırladaraq tələbələrə onlara faydalı ola biləcək bu tip tədbirlərdə aktiv iştirak etməyi tövsiyə edib. Tədbir iştirakçılarının müəyyən informasiyaya yiyələnmək imkanı əldə etdiyini qeyd edən S.Həsənov gələcəkdə tələbələrin də belə tədbirlər təşkil edəcəyinə əmin olduğunu vurğulayıb.

İrandakı zəlzələ Nurgülü qorxutmadı - "Qayıtmayacağam"

14 Noyabr 2017 20:03

“Gözəl cin” filminin çəkilişi üçün Tehranda olan türk aktrisa Nurgül Yeşilçay da İran-İraq sərhədində baş vermiş zəlzələnin dəhşətindən danışıb.  Aktrisa zəlzələ vaxtı oteldə olduğunu deyib: “Çəkilişdən yenicə qayıtmışdım. Otağımda dincəlirdim. Qəfil zəlzələ oldu, silkələnmə başladı. Dərhal otelin qəbul şöbəsinə zəng etdim. “Qorxulu heç nə yoxdur” dedilər. Çox şükür, yaxşıyam. Çəkilişləri bitirmədən qayıtmayacağam”. 

Acuna məhkəmə şoku - 165 min təzminat verəcək

14 Noyabr 2017 19:55

Aparıcı-prodüser Acun İlıcalı haqqında şikayət ərizəsi verilən məhkəməni uduzub.  TV8 kanalının sahibinin “O səs Türkiyə” və “Risingstar” yarışmalarında Fatma Fikret Şenesin mahnıları icazəsiz istifadə olunmuşdu. 

Nazik fotoelement işığın köməyilə istənilən telefonu enerji ilə dolduracaq

14 Noyabr 2017 19:50

Günəş enerjisi sahəsində həllərin hazırlanması üzrə ixtisaslaşmış “Dracula Technologies” şirkətinin fizikləri tərəfindən ixtira edilmiş plastiklər işığın köməyi ilə istənilən telefonu enerji ilə doldurmağa imkan verir. İstənilən forma və rəngdə olan nazik və elastik fotoelementlər adi şırnaqlı printerdə çap edilə bilər.

Noyabrın birinci yarısı üzrə ən yaxşı smartfonların reytinqi dərc edilib

14 Noyabr 2017 19:42

“Gsmarena” saytında noyabrın birinci yarısı üzrə dünyada 10 ən populyar smartfonun reytinqi yerləşdirilib. Çin şirkətinin “Oppo F5” smartfonu sözügedən reytinqdə birinci yeri tutub. Məlumdur ki, reytinqin tərtibi zamanı mütəxəssislər bu və ya digər cihazla bağlı populyar axtarış sistemlərində sorğuların sayını əsas götürüblər. Statistikanın araşdırılması zamanı məlum olub ki, Çin şirkətinin “Oppo F5” smartfonu reytinqdə birinci yerdə qərarlaşıb. İkinci yerdə “iPhone X” smartfonu yerləşib. Kifayət qədər yaxşı ön kameraya malik “Xiomi Redmi Y1” smartfonu üçüncü yeri tutub.

Gələn il üç yeni “Apple” smartfonu buraxılacaq

14 Noyabr 2017 19:35

“Apple” şirkəti 2018-ci ildə “iPhone X” modeli əsasında üç yeni smartfon buraxa bilər. Bu barədə “Macrumors” portalı “KGI Securities” şirkətinin analitiki Minq-Çi Kuonun hesabatına istinadən məlumat verib. Proqnozlara görə, iki yeni model 5,8 və 6,5 düym diaqonallı (bir düym üçün müvafiq olaraq 458 və 480-500 piksel təsvir ölçülü) “OLED” ekranla, üçüncü model isə 6,1 düym diaqonallı (bir düym üçün 320-330 piksel) “LCD” displeylə təchiz ediləcək.

Üçüncü rübdə smartfonların satışı 2,7 faiz artıb

14 Noyabr 2017 19:28

Cari ilin üçüncü rübündə dünyada ümumilikdə 373,1 milyon smartfon satılıb. Bu, ötən ilin üçüncü rübündən 2,7 faiz və ikinci rübdən 7,4 faiz çoxdur. “IDC” analitik şirkəti qeyd edir ki, bunun ən yüksək nəticə olmamasına baxmayaraq növbəti rübün bayram mövsümünə təsadüf etməsindən bazarda artım tempi davam edəcək.  

İnformasiya texnologiyaları bazarında sürətli artım gözlənilir

14 Noyabr 2017 19:19

“Forrester Research” tədqiqat şirkəti dünya informasiya texnologiyaları bazarında proqram təminatı və konsaltinq xidmətləri sayəsində sürətli artım proqnozlaşdırır. Ekspertlərin gözləntilərinə görə, 2017-ci ildə qlobal proqram və aparat təminatının, eləcə də servislərin satış həcmi ötən ilə nisbətən 3,4 faiz artacaq.  2018-ci ildə bu xərclər 4 faiz artaraq 3 trilyon təşkil edəcək.