Gündəm
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Ərəstun Məcidov təqaüdə göndərilib
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin polkovniki təqaüdə göndərilib. Məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti şöbəsinin rəisi, polis polkovniki Ərəstun Məcidov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat yoxdur.
Şanxaydakı ixrac missiyamız uğurlu nəticələr əldə edir
Azərbaycanın növbəti ixrac missiyası Çin Xalq Respublikasının Şanxay şəhərindədir. “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə təşkil olunmuş ixrac missiyasına şərab və spirtli içkilər istehsalı sahəsində fəaliyyət göstərən yerli şirkətlərin nümayəndələri daxildir.
Nəsimi məktəblilərinin “Ölkəmizi tanıyaq” tur-aksiyası başa çatıb
11-14 noyabr tarixində Nəsimi məktəblilərinin cənub bölgəsinə “Ölkəmizi tanıyaq” tur-aksiyası uğurla başa çatıb. Nəsimi rayon İcra Hakimiyyətindən “Olaylar”a verilən məlumata görə, səfərdən geri dönən məktəblilər Nəsimi rayon İcra Hakimiyyətində təntənə ilə qarşılandılar. Tur-aksiyanın uğurla başa çatması münasibəti ilə keçirilən tədbirdə məktəblilər cənub bölgəsindəki təəssüratlarını öz valideyinləri və müəllimləri ilə bölüşdülər.
Vəkili Rza Zərrabdan XƏBƏR ALA BİLMİR
Əvvəlcə azad edildiyi deyilən, daha sonra isə ABŞ-da həbsdə olduğu iddia edilən Rza Zərdab haqqında məlumat verilmir. İran əsilli türk vətəndaşı Rza Zərrabın ABŞ Ədliyyə Nazirliyinə bağlı Federal Həbsxanaları Bürosunun rəsmi internet səhifəsindəki “09135-104” seriyalı rəsmi sənədə görə, 8 noyabr 2017-ci tarixində azad olduğu qeyd olunmuşdur.
Mehriban Əliyeva: "BMT qətnamələri yerinə yetirilməli, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır"
"Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra biz dərhal müstəqil dövlət kimi mövcudluğumuza real təhlükə yaradan böyük siyasi, iqtisadi və humanitar çağırışlarla üzləşdik. Bunlardan ən ciddisi qonşu Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü idi və bunun nəticəsində ölkəmizin ərazisinin 20 faizi, o cümlədən Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayon işğal olunub, işğal hələ də davam edir".
Səudiyyə Ərəbistanı qadınlarla bağlı daha bir QƏRAR verdi
Səudiyyə Ərəbistanında qadınlara dörd sahədə işləməyə icazə veriləcək. Bu barədə Səudiyyə Ərəbistanı Ədliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, qadınlar artıq sosial, hüquqi, dini araşdırmaçı və idarəetmədə köməkçi vəzifələrində işləyə biləcəklər. Beləliklə, Riyad hökuməti 2030-cu ilə qədər qadınların iş həyatındakı aktivliyi 22%-dən 30%-ə qaldırmağı hədəfləyir.
Ərdoğanla Putinin İrəvanı qorxuya salan QARABAĞ RAZILAŞMASI: Lavrovun Bakı səfərinin İKİ SİRRİ
Noyabrın 13-də Soçidə baş tutan Ərdoğan-Putin görüşündən dərhal sonra Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı və İrəvana səfər edəcəyi haqda informasiyasının ortaya çıxması Ermənistanda narahatlığa səbəb olub.
Türkiyəli biznesmen Bakıdakı evində ölü tapılıb
Bakıda Türkiyə vətəndaşı evində ölü tapılıb. Məlumata görə, Nəsimi rayonu, Əzizbəyov küçəsi 195 ünvanında yaşayan Türkiyə vətəndaşı, 1958-ci il təvəllüdlü Musa Kazım Siliz yaşadığı evdə xəstəlikdən ölüb. Onun meyiti yaxınları tərəfindən aşkar edilib.
Bakıda şadlıq evinin qarşısında bıçaqlanma hadisəsi olub
Metroda qatarlar toqquşdu
Sinqapurda metroda qatarlar toqquşub. Qatarların toqquşması nəticəsində 23 sərnişin xəsarət alıb. Xəsarət alanlar dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta qiymətləndirilir. Hadisənin təfərrüatları ilə bağlı bildirilir ki, hərəkətdə olan qatar dayanmış vaqaonlara çırpılıb.
15 min alim bəşəriyyət üçün ən böyük təhlükəni açıqladı
Dünyanın 184 ölkəsindən 15 mindən çox alim yayımladığı müraciətdə bəşəriyyətə ən böyük təhdidlərin adlarını açıqlayıb. Müraciət “BioScience” jurnalında dərc olunub. Qeyd olunur ki, planetin ekosistemi üçün ən böyük təhdid qlobal istiləşmədir.
Rusiyada sərnişin təyyarəsi qəzaya uğrayıb: ölənlər var
Rusiyada yüngül mühərrikli sərnişin təyyarəsi qəzaya uğrayıb. Bu barədə "RT" məlumat yayıb. İlkin məlumata görə, hadisə Xabarovsk diyarında, təyyarə eniş edərkən baş verib. Hadisə nəticəsində 8 nəfər həlak olub.
İTV Avropa Yayım Birliyinə etiraz məktubu göndərdi
Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkəti Avropa Yayım Birliyinin Baş direktoru Noel Kerrana məktub ünvanlayıb. Bu barədə şirkətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
“AST Telman” və qardaşları “serial qatil” rolunda - film indi başlayır...
Fransa Telman və Vaqif İsmayılovların təhvil verilməsi üçün Rusiyadan ciddi faktlar istəyəcək; istintaqın qardaşlara qarşı ittihamlarının əsaslı olduğuna isə xeyli şübhələr var Məlum olduğu kimi, ötən həftə Moskvanın Basman Rayon Məhkəməsi “AST” Şirkətlər Qrupunun qurucusu, daha çox bağlanmış “Çerkizov” bazarının sahibi kimi tanınan Telman İsmayılov(“AST Telman”) barəsində qiyabi həbs qərarı verib. Bundan sonra o, beynəlxalq axtarışa verilib. İki gün əvvəl isə “AST Telman”ın qardaşı Vaqif Ismayilov barəsində də beynəlxalq axtarışa verildiyi məlum olub. Rusiya mediası yazır ki, o, Rusiya Cinayət Məcəlləsinin qətl və qanunsuz odlu silah saxlamaq maddələri ilə ittiham olunur.
Pentaqon Rusiyanın ittihamlarını rədd etdi
ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın başçısı Rayan Dillon Rusiya Müdafiə Nazirliyinin koalisiya qüvvələrinin İŞİD-ə yardım etməklə bağlı iddialarını sübutsuz adlandırıb. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. “Bunlar sübutsuz, qeyri-dəqiq və tamamilə yanlışdır", - deyə R.Dillon bildirib.














.jpg)