Vəkili Rza Zərrabdan XƏBƏR ALA BİLMİR
Əvvəlcə azad edildiyi deyilən, daha sonra isə ABŞ-da həbsdə olduğu iddia edilən Rza Zərdab haqqında məlumat verilmir. İran əsilli türk vətəndaşı Rza Zərrabın ABŞ Ədliyyə Nazirliyinə bağlı Federal Həbsxanaları Bürosunun rəsmi internet səhifəsindəki “09135-104” seriyalı rəsmi sənədə görə, 8 noyabr 2017-ci tarixində azad olduğu qeyd olunmuşdur.
15 Noyabr 2017 11:00 DünyaƏvvəlcə azad edildiyi deyilən, daha sonra isə ABŞ-da həbsdə olduğu iddia edilən Rza Zərdab haqqında məlumat verilmir. İran əsilli türk vətəndaşı Rza Zərrabın ABŞ Ədliyyə Nazirliyinə bağlı Federal Həbsxanaları Bürosunun rəsmi internet səhifəsindəki "09135-104" seriyalı rəsmi sənədə görə, 8 noyabr 2017-ci tarixində azad olduğu qeyd olunmuşdur.

Lakin məlumatın yanlışlıqla yayımlandığı və məhkumun həbsxanada olduğu deyilmişdir.
Məhkumun vəkili Şeyda Yıldırım mətbuata açıqlamasında, Rza Zərrabdan xəbər ala bilmədiklərini deyib: "Onun azad edildiyi, qaçırıldığı və ya hələ də həbsdə olduğuna dair məlumatımız yoxdur. 5 gündən çoxdur heç bir əlaqə yarada bilmirik."
Xatırladaq ki, Rza Zərrabın noyabrın 27-də ABŞ-da məhkəməsi keçirələcək. Məhkəmə qabağı isə vəkili onun haqqında heç bir məlumatın olmadığını deyib. Publika.az