Gündəm
Neftin qiyməti yenidən düşür
Gözlənildiyi kimi, neftin dünya bazar qiymətində yenidən azalmalar müşahidə edilməyib başlayıb. Brent markalı neftin hər bareli son 2 gün 3 faizə yaxın ucuzlaşaraq 61.3 dollaradək azalıb.
“Uşaq hüquqlarının müdafiəsi” mövzusunda seminar keçirilib
"Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"na uyğun olaraq, bu ilin 20 oktyabrından 20 noyabrınadək "Uşaq hüquqları aylığı" elan edilib. Aylıq çərçivəsində ölkənin şəhər və rayonlarında uşaq hüquqlarının qorunması və təbliği istiqamətində maarifləndirmə tədbirləri, dəyirmi masalar, treninq-seminarlar, orta məktəblərdə, uşaq müəssisələrində müsabiqə və sərgilər təşkil olunur. İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) təşəbbüsü ilə keçirilmiş aylığın məqsədi uşaq hüquqlarına diqqətin daha da artırılmasıdır. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, “Uşaq hüquqları aylığı” çərçivəsində Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi, Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Şəki Şəhər 5 saylı tam orta məktəbdə seminar keçirilib.
Deputatımızın sədrliyi ilə Rusiyada toplantı keçiriləcək
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə və deputat Rauf Əliyev Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının daimi komissiyalarının iclaslarında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcəklər.
Azərbaycan Gənc parlamentarilərin IV qlobal konfransında təmsil olunacaq
Milli Məclisin deputatı Şahin İsmayılov Gənc parlamentarilərin IV qlobal konfransında iştirak etmək üçün Kanadanın paytaxtı Ottavaya səfər edəcək. Milli Məclisdən “Olaylar”a verilən xəbərə görə, Parlamentlərarası İttifaq çərçivəsində keçiriləcək tədbirdə XXI əsrdə miqrasiya, ticarət, ətraf mühit, həyat səviyyəsinin yaxşılaşdırılması məsələlərində gənclərin rolu, onların siyasi fəaliyyətə cəlb edilməsi, gənclərin ehtiyaclarına uyğun olaraq dövlət siyasətinin müəyyənləşdirilməsi və struktur islahatlarının aparılması, nəsillərarası münasibətlərin qorunması mövzularında müzakirələr aparılacaq.
Səhiyyə Nazirliyindən ABŞ-a CAVAB: "Bu, Dövlət Departamentinin öz seçimidir"
Səhiyyə nazirinin müavini Elsevər Ağayev ABŞ Dövlət Departamentinin Azərbaycana səfər edən vətəndaşlarına burada əməliyyat olunmamaq və apteklərdən dərman almamaq barədə tövsiyəsinə münasibət bildirib.
“Ayla”dan üzücü XƏBƏR
Festivallarda Türkiyəni uğurla təmsil edən “Ayla” filmindən üzücü xəbər gəldi. Olaylar.az bildirir ki, film Koreya qazisi Süleyman Dilbirliyinin həyatından bəhs edir. Yayılan xəbərə görə 91 yaşlı qazi səhər saatlarında xəstəxanaya yerləşdirilib.
Ermənistanda hərbi möhlət hüququ ləğv edilir
Ermənistan Milli Assambleyası Hərbi Xidmət və Hərbi Qulluqçunun Statusu haqda qanunu ikinci, yəni sonuncu oxunuşda qəbul edib. 86 nəfər lehinə, 6 nəfər isə əleyhinə səs verib.
“Vicdan haqqı”nın rejissorundan sərt reaksiya: "O qadın haqqında danışmaq istəmirəm"
“Vicdan haqqı” serialında Dilarə obrazını Bakı Musiqi Akademiyasının əməkdaşı vokalist Aygün Zeynalovanın canlandırması tamaşaçılar tərəfindən birmənalı qarşılanmayıb. Bir çox tamaşaçılar əvvəllər Dilarə obrazını canlandıran, əməkdar Kəmalə Müzəffərin serialdan getməsini heç də müsbət qarşılamayıb. Elə K.Müzəffərlinin özü də serialdakı dəyişiklikdən sarsıntı keçirərək, xəstəxanalıq olub.
Birinci vitse-prezident: "Azərbaycanın iddiası 2025-ci ildə Ümumdünya Sərgisinə ev sahibliyi etməkdir"
"Azərbaycan hökuməti adından Bakının 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün namizədliyini təqdim etmək mənim üçün böyük şərəfdir".
Terrorçuların 4 lideri məhv edildi — İŞİD-in “vuran əli” kəsildi
ABŞ-ın rəhbərliyi altında olan koalisiya qüvvələri Suriya və İraqda İŞİD terror təşkilatına qarşı əməliyyat keçirib. Bu barədə koalisiya qüvvələrindən məlumat verilib. Verilən məlumata görə, əməliyyat koalisiya qüvvələrinin qırıcıları tərəfindən keçirilib.
Alimlər: "Qlobal istiləşmə bəşəriyyət üçün ən böyük təhlükədir!"
Dünyanın 184 ölkəsindən 15 mindən çox alim yayımladığı müraciətdə bəşəriyyətə ən böyük təhdidlərin adlarını açıqlayıb. Məlumata görə, müraciət "BioScience" jurnalında dərc olunub. Qeyd olunur ki, planetin ekosistemi üçün ən böyük təhdid qlobal istiləşmədir.
Prezident Braziliya xarici əlaqələr nazirini qəbul edib
Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının xarici əlaqələr naziri Aloyzio Nunyes Ferreiranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə ikitərəfli əlaqələrin inkişafı məsələləri müzakirə olunub.
Azərbaycan prezidenti Moldovanın daxili işlər nazirini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev noyabrın 15-də Moldovanın daxili işlər naziri Aleksandr Jizdanı qəbul edib. Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Azərbaycanda dövlət məşğulluq xidmətləri modernləşdirilir
“Azərbaycan Respublikasında dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” adlı tvinninq layihəsinin icrası üzrə tərəfdaş ölkələrin (Litva Respublikası, Avstriya Respublikası, İsveç Krallığı) mütəxəssislərindən ibarət ekspert qrupu ölkəmizdə səfərdədir.
İspaniya presedenti Dağlıq Qarabağ tənzimlənməsi üçün yeni resurslar yaratdı
İspaniyanın Kataloniyadakı müstəqillik referendumunun nəticələrinə qarşı atdığı addımlar Avropa və ABŞ tərəfindən dəstəkləndi. Məsələ burasındadır ki, cəza prizmasından Dağlıq Qarabağ problemini yaradan ermənilərin davranışı diqqəti daha çox cəlb edir. Dağlıq Qarabağ cinayətkarları müəyyən qədər təpki görsəydilər Dağlıq Qarabağ münaqişəsi çoxdan tənzimlənərdi. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. Dağlıq Qarabağ tənzimlənməsinin yeganə maneəsi Ermənistan və onun başında dayananan cinayətkarlardır.














