Gündəm
Koreyada güclü zəlzələ
Cənubi Koreyanın Könsan-Pukto vilayətində, Phohan şəhərində 5,4 bal gücündə zəlzələ baş verib. Zəlzələdən sonra 3,6 maqnitudalı bir neçə afterşok qeydə alınıb. Təkanlar paytaxt Seulda da hiss olunub.Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Qadını zorladılar, döydülər, binadan atdılar, sonra... - İki rusdan Bakıda DƏHŞƏTLİ HƏRƏKƏT
Bakıda qadını öldürməkdə təqsirləndirilən Dimitriy Razumniy və Samir Zenyukovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Daha sonra dövlət ittihamçısı işlə tanış olmadığı üçün vaxt istəyib. Bu səbəbdən növbəti proses noyabrım 22-də davam edəcək.
Rusiya Dövlət Duması əcnəbi medianın "xarici agent" kimi tanınmasına icazə verən qanun qəbul edib
Rusiya Dövlət Duması əcnəbi medianın "xarici agent" kimi tanınmasına icazə verən qanuna düzəlişləri qəbul edib. Bu gün Dövlət Dumasının keçirilən iclasında qanuna düzəlişlər ikinci oxunuşda qəbul olunub.
Alman kəşfiyyatından xəbərdarlıq: Rusiya geri döndü...
Rusiya – qlobal siyasi oyunçu meydanına geri döndü. Bu barədə Almaniya Federal Kəşfiyyat Xidmətinin rəhbəri Bruno Kal danışıb. Onun sözlərinə görə, Rusiya Avropada lider mövqeyini qaytarmağa cəhd edir. “Bu prosesə Avropa Birliyinin zəifləməsi və ABŞ-ın sıxışdırılması daxildir. Başqa sözlə desək, Avropanın təhlükəsizliyi sahəsində tərəfdaş əvəzinə Rusiyanın potensial təhlükəsi mövcuddur”, - Kal deyib. Kəşfiyyat rəhbəri həmçinin Rusiyanın Avropa üçün çox narahat qonşu olacağını bildirib.
Pensiya və müavinətlər artırılacaq
Milli Məclisin Əmək və sosial siyasət komitəsində Azərbaycanda sosial təminatı, müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanın və İşsizlikdən Sığorta fondunun 2018-ci il üzrə büdcələri müzakirə olunur.“Olaylar”ın məlumatına görə, iclasda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, 2018-ci ildə ölkədə doğulanların sayının 156 min nəfər olacağı proqnozlaşdırılır: “Ömür uzunluğu təqribən 75,9 yaş, qadınlar üzrə 78,3 yaş, kişilər üzrə 73,5 yaş olacağı proqnozlaşdırılır.
Erməni gənclər ayağa qalxdı: Parlamentə giriş bağlandı
Ermənistan parlamentinin önündə tələbələrin etiraz aksiyası başlayıb. Tələbələr parlamentdən az öncə hərbi xidmətdən möhlət hüququnun verilməməsi barədə qanunun ləğv edilməsini tələb edirlər. Etirazçılar qarşısında çıxış edən “Elmin inkişafı naminə” hərəkatının üzvü Vaqan Kostanyan parlamentin tələbələrin etiraz səsini eşitmədiyini bildirib: “Parlament bizim səsimizi eşitmir. Buna görə də biz parlament binası qarşısında səssiz aksiyaya başlayırıq. Biz təslim olmayacağıq”. Bundan sonra tələbələr parlamentə avtomobillərin girişini təmin edən yolu bağlayıblar.
ABŞ-dan “öldürücü” QƏRAR - Ukraynaya cəbhəboyu hücum BAŞLAYA BİLƏR
ABŞ Konqresinin Nümayəndələr Palatası təhlükəsizlik sahəsində yardım üçün Ukraynaya 350 milyon dolların verilməsi barədə qərarı qəbul edib. Bu haqda Ukraynanın ABŞ-dakı səfirliyinin feysbuk səhifəsində deyilir. “ABŞ Konqresinin Nümayəndələr Palatası “2018-ci ildə milli müdafiənin ehtiyacları üçün ABŞ-ın büdcəsi” haqqında qanun layihəsini bəyənib. Qanun layihəsi Ukraynaya təhlükəsizlik sahəsində yardım üçün 350 milyon dolların ayrılmasına icazə verir. Bu məbləğ yardımın ötənilki səviyyəsinə uyğundur”, - səfirlik açıqlayıb.
“Suriya və İraqdakı vətəndaşlarımızla bağlı dövlət proqramı hazırlanır” – SƏYAD SALAHLI
“Suriya və İraqdakı vətəndaşlarımızın ölkəyə qaytarılması üçün dövlət proqramı hazırlanır”. Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı deyib. O qeyd edib ki, bu məsələ həllini hər hansı təşkilatın öz üzərinə götürə bilməyəcəyi dərəcədə qlobal və böyük məsələdir: “Bu məsələni böyük və geniş mənada dövlət öz üzərinə götürüb və proqram hazırayır.
Elsevər Ağayev: “Gələn ildən tibbi sığorta bütün ölkə üzrə tətbiq oluna bilər”
“Tibb müəssisələri publik hüquqi şəxs olduqdan sonra metodik olaraq Səhiyyə Nazirliyinin tabeliyində olacaq. Sadəcə onların maliyyələşməsinin mexanizmində dəyişiklik baş verəcək”. Bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
Çində zəncirvari qəza - 30-dan çox avtomobil toqquşdu
Çinin Anhoy əyalətində 30-dan çox avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib. Məlumata görə, toqquşmadan sonra avtomobillərdən 4-ü yanmağa başlayıb. Xilasedicilər 17 nəfəri xilas edə bilib. Xəsarət alanların olub-olmaması barədə məlumat verilmir.
“Dağlıq Qarabağ münaqişəsinin açarının hansı əllərdə olması yaxşı məlumdur”
“Dağlıq Qarabağ münaqişəsinin açarının hansı əllərdə olması hamımıza yaxşı məlumdur”. Bu fikri politoloq Zaur Məmmədov deyib. Politoloq həmçinin bildirib ki, noyabrın 13-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında görüş baş tutub. Bu gün isə Ermənistan prezidenti Serj Sarkisyan tələsik özünü Moskvaya çatdırmalıdır.
IX sinfi bitirə bilməyənlər üçün eksternat imtahanları keçiriləcək
Əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub ümumi orta təhsil səviyyəsini (IX) bitirə bilməyən vətəndaşlar üçün eksternat qaydasında imtahanlar keçiriləcək. Bu barədə Bakı Şəhəri üzrə Təhsli İdarəsindən (BŞTİ) məlumat verilib. Sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.
Rusiya-Türkiyə danışıqları məhsuldar keçib?
Soçidə prezident iqamətgahında baş tutan növbəti Rusiya-Türkiyə danışıqları məhsuldar keçib. Hər halda, iki ölkə prezidentlərinin səsləndirdikləri bəyanatlar bu qənaətə gəlməyə əsas verib. Lakin media başqa fikirlər də var. Görüşdən əvvəl Ərdoğan Rusiya və ABŞ prezidentlərinin Suriya ilə bağlı mövqelərini tənqid edərək bildirmişdi ki, Suriyada münaqişənin həlli adıçəkilən ölkədən xarici qoşunların çıxarılması və hərbi bazaların bağlanmasından keçir. Soçi danışıqlarında da bununla bağlı hər hansı bir razılıq əldə olunmayıb. Rusiya Xarici İşlər Nazirliyinə yaxın "Kommersant” qəzeti də yazır ki, Türkiyə lideri Soçidə Suriya problemi ilə bağlı qarşısına qoyduğu hədəflərə çata bilməyib.
Nazir müavini: Hər aptek psixotrop maddələrdən ibarət preparatları sata bilməz
Hər aptek də psixotrop maddələrdən ibarət olan preparatları sata bilməz. Bunun üçün xüsusi icazə verilməlidir. Məlumata görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
“İstəmirsiniz videolarıma baxmayın”- VİDEO
“İşarət dili ilə heç bir əlaqəm olmayıb. Nə ailəmdə, nə dostlarım arasında nitq məhdudiyyətli insanlar olmayıb.Gündəlik həyatımda həmişə mimikalardan, əllərdən geniş istifadə edən biriyəm. Danışanda əllərimdən çox istifadə edən biri olduğum üçün işarət dilini rahatlıqla öyrəndim. Heç vaxt gələcəkdə işarət dilini öyrənəcəm kimi bir fikrim də olmayıb və bu haqda geniş məlumatım da yox idi. Loru dildə desək, mən də çoxu kimi lal – kar dili olaraq bilirdim, hansı hərəkət hansı sözü ifadə edir haqqında da heç bir anlayışım olmayıb” – bunu son günlər sosial şəbəkələrdə nitq məhdudiyyətli gənclər üçün videolar hazırlayan Nuranə Abıyeva bildirir.














