Gündəm

Əlillərlə bağlı qanuna dəyişikliklər hökumətə göndərilib

15 Noyabr 2017 13:17

Gələn il pensiyanın azalması məsələsi olmayacaq. “Olaylar” xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.O, qeyd edib ki, bu barədə KİV-də əsassız məlumatlar yayılıb. “Bildiyiniz kimi, artıq pensiyaların baza və sığorta hissəsi yoxdur. Artıq pensiyanın tam məbləğinə artımlar ediləcək.

Yük avtomobilində narkotik vasitələr aşkar edildi

15 Noyabr 2017 13:15

Astara Gömrük İdarəsinin yük şöbəsində Çin Xalq Respublikasından Azərbaycan Respublikasına yük gətirən İran İslam Respublikası vətəndaşının idarə etdiyi yük avtomobilinə kinoloji xidmət iti tətbiq olunmaqla gömrük nəzarəti keçirilib. Dəvlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, gömrük nəzarəti zamanı, xidməti it dartıcının kabinəsinə reaksiya verdiyi üçün avtomobil saxlanılıb və həmin nəqliyyat vasitəsi yoxlanılıb. Nəticədə, kabinədə, sürətlər qutusunun yanında olan saxlanc yerində, polietilen paketdə təsiredici maddəsinin ümumi miqdarı 0,0275 qram təşkil edən 5 ədəd və ½ həb şəklində "Metadone" adlı dərman preparatı, sürətlər qutusu ilə sürücü oturacağının arasında olan boşluqda isə xalis çəkisi 0,668 qram təşkil edən narkotik vasitə - tiryək aşkar olunub.

Səttar Mehbalıyevdən məmurlara etiraz

15 Noyabr 2017 13:14

“Bəzən deputat yoldaşlarım ildə 4-5 dəfə “putyovka” istəyir. Qanunda var ki, ildə bir dəfə bu hüquqdan istifadə edilə bilər”.“Olaylar” xəbər verir ki, bunu Həmkarlar Konfederasiyanın sədri, deputat Səttar Mehbalıyev parlamentdə Əmək və sosial siyasət komitəsinin iclasından deyib.

Bakıda dəhşətli intihar hadisəsi baş verib

15 Noyabr 2017 13:11

Bakıda dəhşətli intihar hadisəsi baş verib. Məlumata görə, Maştağa qəsəbə sakini, 1964-cü il təvəllüdlü Ağayev Sabir Ağaqulu oğlu şüşə ilə boğazını kəsərək intihar edib.Bildirilir ki, Sabir Ağayev uzun müddət bronxial-asma xəstəliyindən əziyyət çəkib. 3 uşaq atası olan Sabir bu səbəbdən əmək qabiliyyətini də itiribmiş. Dünən gecə saatlarında otağında spirtli içki qəbul edən 53 yaşlı kişi daha sonra həmin içkinin butulkasını sındıraraq boğazına soxub. O, çoxlu qan itirmə səbəbindən hadisə yerində ölüb. Hadisə vaxtı ailə üzvləri evdə olsa da, onlar bu barədə S.Ağayevin ölümündən sonra xəbər tutublar. Faktla bağlı araşdırma aparılır.

Nazir: “Əhalinin orta aylıq əməkhaqqının 550 manat olacağı proqnozlaşdırılır”

15 Noyabr 2017 13:09

Milli Məclisin Əmək və sosial siyasət komitəsində Azərbaycanda sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanın və işsizlikdən sığorta fondunun 2018-ci il üzrə büdcələri müzakirə olunur.

Meşə fonduna 2091,62 manat məbləğində ZİYAN DƏYDİ

15 Noyabr 2017 13:07

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən növbəti reyd keçirilib. Olaylar.az bildirir ki, reyd zamanı respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması, ağac emalı sexlərində istifadə olunması, eləcə də ağac kömürünün hazırlanması və satışı hallarına rast gəlinib.

Tərtərdə 1 otaqlı ev külə dönüb

15 Noyabr 2017 13:06

Tərtər rayonu, Bayandur kəndində vətəndaşa məxsus mənzildə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə ümumi sahəsi 24 m² olan birmərtəbəli birotaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Azərbaycan ÇXR arasında əlaqələr inkişaf edir

15 Noyabr 2017 13:05

Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Çin Xalq Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsi katibinin müavini Li Çjunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Maşın oğruları tutulublar

15 Noyabr 2017 13:02

Ötən gün respublikanın ərazi polis orqanları tərəfindən qeydə alınan avtomobil qaçırmaları faktları “isti izlər”lə açılıb və bu əməlləri törədənlər məsuliyyətə cəlb ediliblər.

Uçot dərəcəsi dəyişməz saxlandı

15 Noyabr 2017 13:01

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 15 noyabr 2017-ci il tarixində uçot dərəcəsinin və faiz dəhlizinin digər parametrlərinin dəyişməz saxlanılması (uçot dərəcəsi 15%, dəhlizin aşağı həddi 10%, yuxarı həddi 18%) barədə qərar qəbul etmişdir. AMB-dən “Olaylar”a verilən məlumata görə, qeyri-neft iqtisadiyyatının artımında pozitiv dinamika müşahidə edilir və bu dinamikanın formalaşmasında makroiqtisadi stabilləşmə xüsusi rol oynayır.

DSMF-nın xərcləri artacaq

15 Noyabr 2017 12:59

“Dövlət Sosial Müdafiə Fondunun 2018-ci ildə büdcəsinin xərcləri 3 milyard 578,8 milyon manat proqnozlaşdırılıb.Bu da cari ilin müvafiq göstəricisindən 178,8 milyon manat və ya 5,3 faiz çoxdur. Növbəti ildə əhaliyə ödənişlər fondun bütün xərclərinin 97,7 faizini təşkil edəcək və 3 milyard 495 milyon manat olacaq”.

Səlim Müslümov: “Ünvanlı sosial yardım ləğv ediləcək”

15 Noyabr 2017 12:55

Yaxın 6-7 il ərzində ünvanlı sosial yardımın ləğv edilməsi nəzərdə tutulur.“Olaylar” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında “Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyəti orqanının 2018-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında” qanun layihələrin müzakirəsi zamanı deyib.

"Qoca"nı həbsdən qaçıran qadında ağır xəstəlik tapıldı

15 Noyabr 2017 12:48

Xüsusi təyinatlı vaqondan qaçan məhbuslara kömək etməkdə təqsirləndirilərək həbs edilən Günay Atakişiyevada vərəm xəstəliyi aşkarlanıb. G.Atakişiyeva Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə yerləşdirilib. Onun müayinəsi davam etdirilir.

Zimbabvedə hərbçilər bezdilər, hakimiyyəti ələ keçirdilər - VİDEO 

15 Noyabr 2017 12:46

Zimbabvedə hərbçilər hakimiyyəti ələ keçirdiklərini deyirlər. Bu barədə dünən yerli ZBC telekanalının canlı yayımında açıqlama verilib. "Məqsədimiz prezident Robert Muqabeni devirmək yox, onun ətrafındakı cinayətkarların qanun qarşısında cavab vermələrini təmin etməkdir. Prezident indi tam təhlükəsizlikdədir", - hərbçilər deyiblər.

Rusiyanın xarici kəşfiyyat şefinə Azərbaycan şərabı?! - Yenə Telman İsmayılov...

15 Noyabr 2017 12:43

Çoxsaylı sifarişli qətllərdə, mütəşəkkil cinayətkar qruplaşma formalaşdırmaqda təqsirli bilinərək barəsində axtarış elan edilmiş azərbaycanlı keçmiş oliqarx-milyarder Telman İsmayılov cəmi bir neçə ay əvvələ qədər Rusiya siyasi elitasını brend alkaqolla təchiz edirmiş.