Pentaqon Rusiyanın ittihamlarını rədd etdi

ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın başçısı Rayan Dillon Rusiya Müdafiə Nazirliyinin koalisiya qüvvələrinin İŞİD-ə yardım etməklə bağlı iddialarını sübutsuz adlandırıb. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. “Bunlar sübutsuz, qeyri-dəqiq və tamamilə yanlışdır", - deyə R.Dillon bildirib.

ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın başçısı Rayan Dillon Rusiya Müdafiə Nazirliyinin koalisiya qüvvələrinin İŞİD-ə yardım etməklə bağlı iddialarını sübutsuz adlandırıb.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

"Bunlar sübutsuz, qeyri-dəqiq və tamamilə yanlışdır", - deyə R.Dillon bildirib.

Onun fikrincə, Rusiya bu cür bəyanatları yaymaqla, diqqəti Suriyada üzləşdiyi çağırışlardan yayındırmağa çalışır.

Qeyd edək ki, bir müddət əvvəl Rusiyanın Müdafiə Nazirliyi ABŞ-ın İŞİD döyüşçülərinə dəstək verməsi barədə danılmaz sübutların olduğunu iddia edib. Report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31