Gürcüstanda yanacaq bahalaşıb
Gürcüstanda son 2 ayda yanacağın qiymətində artım müşahidə olunur.
14 Noyabr 2017 16:37 DünyaGürcüstanda son 2 ayda yanacağın qiymətində artım müşahidə olunur.
APA-nın yerli bürosu Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinə istinadla xəbər verir ki, yanacağın qiyməti orta hesabla 10 tetri bahalaşıb. Oktyabr-noyabr aylarında dizel yanacağının qiyməti 6-11 tetri, benzinin qiyməti isə 5-10 tetri artıb.
Gürcüstanda yanacağın artması dünya bazarında neftin qiymətinin artması, dollar və avronun milli valyuta olan lariyə qarşı bahalaşması ilə əlaqələndirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31