Rusiya və Ermənistan birgə hərbi təlimlər keçirib

Rusiya və Ermənistan birgə hərbi təlimlər keçirib. Bu haqda Rusiyanın Cənub Hərbi Dairəsi məlumat yayıb. Hərbi təlimlər Cənub Hərbi Dairəsinin Ermənistandakı bazasında keçirilib və orada xidmət edən rus hərbçilərlə yerli qüvvələr iştirak edib. Təlimdə Ermənistan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının vəsaitlərindən istifadə olunub.

Hərbi təlimə 300-ə yaxın hərbçi və 50-dən çox hərbi texnika, o cümlədən "Buk-M1", "S-300B" zenit-raket kompleksləri, Rusiyanın Erebuni aviasiya bazasının "MiQ-29" qırıcılarının 4-cü nəsli cəlb edilib.  Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31