Türk düşməni Stalinin Xəzəri yoxetmə planı

Bir neçə ay əvvəl uzun illər DTK –ya (KQB) rəhbərlik edən İvan Serovun hərfi olaraq tərcüməsi bu şəkildə olan “ Çamadandan qeydlər” (“Записки из чемодана “)xatirələr kitabı əlimə keçdi. Kitabı oxuduğum zaman çox maraqlı bir məlumat gördüm , bu türklərə və bütün müsəlman xalqlara nifrət bəsləyən İosif Stalinin Xəzər dənizini neft üçün qurutmaq niyyəti olduğu haqqında absurd düşüncələri idi. İ.Serov bu mövzu ilə əlaqədar cəmi bir neçə kəlmə yazmışdı, ancaq mən bu məsələni araşdırmağa qərar verdim.

Bir neçə ay əvvəl uzun illər DTK -ya (KQB) rəhbərlik edən İvan Serovun hərfi olaraq tərcüməsi bu şəkildə olan " Çamadandan qeydlər" ("Записки из чемодана ")xatirələr kitabı əlimə keçdi. Kitabı oxuduğum zaman çox maraqlı bir məlumat gördüm , bu türklərə və bütün müsəlman xalqlara nifrət bəsləyən İosif Stalinin Xəzər dənizini neft üçün qurutmaq niyyəti olduğu haqqında absurd düşüncələri idi. İ.Serov bu mövzu ilə əlaqədar cəmi bir neçə kəlmə yazmışdı, ancaq mən bu məsələni araşdırmağa qərar verdim. Və Stalinin gerçəkdən də belə bir fikri olduğunun başqa qaynaqlardan da təsdiqini tapdım. 1990-cı ildə SSRİ-nın neft sənayesinə 30 ildən çox rəhbərlik etmiş və özünü hər zaman bakılı kimi təqdim edən Nikolay Baybakovun xatirələr kitabında da Stalinin bu qatil planı haqqında qeydlərinə rast gəldim. Tapdığım başqa qaynaqlardan gerçəkdən 1950- ci ildən etibarən Stalinin belə bir fikri olduğu ortaya çıxdı.
  Stalinin düçüncələrinə görə, Azərbaycanı və türk yurdu Orta Asiyanı tam bir fəlakət gözləyirdi. O, neft üçün Xəzər dənizini qurutmaq xəyalları qururmuş. Layihəyə görə, Volqa çayının suyu, Şimali Qazaxıstana çəkiləcəkmiş , Terek çayı Kalmıkiya çöllərinə axıdılacaqmış Kürün isə yolu tamam kəsiləcəkmiş. ( Kürün ətrafındakı əraziyə nə olacaqmış? Bunun haqqında heç bir qeyd yoxdur) Stalinin bu fikrinə isə o zamanki respublika rəhbərliyi, bəzi siyasi büro üzvləri və hidroloqlar, əsasən də Əzrail əngəl oldular: "Stalinin bu fikrinin tarixçəsi isə fikrimizcə bu şəkildə inkişaf etmişdir. Xəzər dənizində neft hasilatının səmərəli şəkildə aparılması üçün hələ XIX əsrin sonlarında bir çox layihə və mülahizələr ortaya atılmışdı. İlk olaraq Bibi-Heybət körfəzi quruduldu.1906-cı ildə isə bəzi sahil bölgələrinin qurudulması üçün layihələrin müsabiqəsi keçirildi. 1909-cu ildə isə böyük bir bəndin tikintisi başa çatdı və çəpərlənən ərazinin qurudulmasına start verildi. Ancaq 1917-ci ildə baş verən oktyabr çevrilişi və uzun illər davam edən daxili qarşıdurmalar bu planların bir müddət ertələnməsinə səbəb oldu. Layihə isə başladığından tam 18 il sonra 1927-ci ildə başa çatdı. 1977-ci ildə rejissor Eldar Quliyevin çəkdiyi "Sevinc buxtası" bədii filmi də məhz bu mövzuya, torpaqla doldurulan ərazidən ilk neft fəvvarəsinin çıxışının tarixinə həsr edilmişdi. Doldurulan ərazi tam olaraq 300 hektar təşkil edirdi.1949- cu ildə isə sahildən 40 kilometr uzaqlığında olan Neft Daşları fəaliyyətə başladı. Xəzər o zamanlar SSRİ-nın əsas neft çıxarma sahəsi idi və görünür bu strateji məhsulun türk torpağında türk dənizində olması İosif Vissarionoviçi çox narahat edirdi. Azərbaycan xalqının II Dünya Müharibəsində etdiyi bütün fədakarlığa baxmayaraq pinəçioğlunun etibarını qazana bilməmişdi. Stalinin anormal düşüncə aləmində neft hasilatı müsəlman -türk övladının əlində ola bilməzdi. Uzun düşüncələrdən sonra Stalinin ağlına bu fəlakət planı gəldi ki, Xəzər qurudulsa bəlkə neft hasilatı daha da surətlənər. Çünki müharibədən çıxan ölkənin valyutaya ehtiyacı var idi, valyuta isə ancaq neftdən və Sibirin kəsilən ağaclarından gəlirdi. İvan Serov yazır: " Volqodon kanalının tikintisinin başlamasından sonra Abakumov Ryasnoyu öz yanına apardı. S.Y Jukun rəhbərlik etdiyi hidrolayihənin təhkimçisi isə məni təyin etdilər. Bir axşam S.Y.Juk yanıma gələrək: "Məni Xəzər dənizinin xəritəsi ilə bərabər Stalinin yanına çağırıllar" dedi. Mən də "Yaxşı bir xəritə alaraq get", dedim. Sonra məsələ ilə əlaqədar mənə də məlumat verməsini istədim. Juk gecə saat 2- də gəldi və: "Stalinin Xəzər dənizinin qurudulması üçün bir layihənin hazırlanmasını əmr etdiyini bildirdi". Mən bu sözlərə çox təəccüb etdim və Jukdan soruşdum: "Siz yoldaş Stalinə necə cavab verdiniz?" O cavab verdi: " Mən mümkündür, ancaq hesablamamız lazımdır" dedim. Sonra: "Juk Stalinin Volqa çayının Şimalı Qazaxıstan çöllərinə çəkiləcəyini, Kür çayının qarşısının tutulacağını, digər Xəzərə axan çaylarla əlaqədar da başqa layihələrin hazırlanmasını istədi və bizə iki həftə möhlət verdiyini "dedi. Mən ona: "Yaxşı, gedin hazırlaşın" dedim. Ancaq bu layihə mənim üçün çox da məntiqli gəlmədi" yazırdı. Yaradılan komissiyanın tədqiqatları və yekun hesablamaları isə heç də yetərli deyildi. Hesabata görə: "İlkin mərhələdə Abşeron yarımadasının ətrafı qurudulmalı və Neft Daşlarına qədər olan sahə boşaldılmalı idi. Volqanın sularını Qazaxıstan çöllərinə çəkmək zəruri idi. Ancaq bunun üçün çoxlu sayda kanal çəkilməli, vəsait olaraq 10 milyard Sovet manatı və 5-6 il vaxta ehtiyac var idi. Ural çayı problemi var idi, ancaq bu çayın suyunun hansı istiqamətdə axıdılacağı haqqında bir fikir yox idi. Terek çayını Qara dənizə çəkmək lazım idi. Kürün qarşısında tikiləcək bəndin isə heç bir faydası olmayacağı ifadə edilmişdi. Bəndin tikintisi üçün milyonlarla manat vəsaitə ehtiyac olduğu hesablanmış, ayrıca bir zaman içində Kür çayının sularının gələcəkdə böyük bir gölə çevirilərək bütün Qafqazı batıra biləcəyi də ifadə edilmişdi. Atmosfer çöküntüləri sularının miqdarı nəzərə alındıqda isə suyun buxarlanmasının ildə 4-5 santimetr olacağı hesablanmışdı. Suyun kanallar vasitəsi ilə dənizdən çəkilməsini də əlavə etsəydilər Xəzərin qurudulması üçün 16-17 il vaxta ehtiyac var idi.
Azərbaycanın o vaxtki rəhbəri Mirzə Cəfər Bağırovun, siyasi büro üzvü və Stalinin çox etibar etdiyi Lavrentiy Beriyanın, neft sənayesi naziri Nikolay Baybakovun, hidroloji mütəxəssislərin aylala çəkən təkid və yalvarışları nəticəsində, məsələnin Siyasi Büroda müzakirə edilməsinə qərar verildi. İclas zamanı vəziyyət məruzə edildi. Stalin " Yaxşı gərək yoxdu dedi". İki həftə əvvəl "çox gözəl olar"deyənlər isə yoldaş Stalin düz deyir, məsələ təxirə salınsın" deyə layihənin əleyhinə səs verdilər . Bu çox nadir hallardan biri idi ki, Stalin ətrafındakıların təkidini nəzərə alaraq öz fikrindən dönmüşdü. Bu iclasdan az bir müddət keçdikdən sonra Stalin öldü .O vaxtın respublika rəhbərliyi isə rahatlıqla nəfəs aldı. Bölgə də böyük bir fəlakətdən xilas oldu. Stalinin türk övladlarına vurmaq istədiyi zərbənin də qarşısı böyük xoşbəxtlikdən öz-özünə alındı.

 Mehdi Səlimov

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31